Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Dünya qlobal məskunlaşma axtarışında İlham Əliyevin uzaqgörənliyinin şahidi oldu

Dünya qlobal məskunlaşma axtarışında İlham Əliyevin uzaqgörənliyinin şahidi oldu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

WUF13-də 27 lider, 176 ölkə təmsilçiləri bu gerçəyi alqışladılar

Tarix dəfələrlə sübuta yetirib ki, onun konkret dövrü, əhəmiyyət kəsb edən mərhələsi ayrı-ayrı liderlərin fəaliyyəti və taleyi ilə bağlı olub. Bu gün Azərbaycan və dünya belə bir mərhələnin formalaşmasına, onun gündəliyini müəyyənləşdirən şəxsiyyətin çağdaş tarixin təkərinə yön verməsinə şahidlik edir. Mərhələnin xarakteri insanyönümlü qlobal çağırışlar və həmin çağırışları Yer sakinlərinin birgə səyləri ilə reallaşdırmaq yollarını dünyaya bəyan etməkdirsə, onu göstərən liderin adı İlham Əliyevdir.

Şərq və Qərb, Şimal və Cənub arasında uzlaşma nöqtələrini dəqiq müəyyənləşdirən, beynəlxalq əməkdaşlığın çeşidli seqmentlərini strateq-diplomat fəhmi və səriştəsi ilə ortaya qoyan İlham Əliyev Bakıda 6 gün davam edən WUF13-ün yekununda bütün istiqamətlərdə, o cümlədən şəhərsalma sahəsində də uzaqgörən liderliyini sübuta yetirmiş oldu. Dövlətimizin başçısı 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edərkən Azərbaycanın bu platformada da özünəməxsus yeni təqdimat formaları, əvvəlcədən düşünülmüş strategiyası ilə uğur qazanacağına tam əmin idi.

***

İlham Əliyevin qloballaşan dünyanın çağırışlarının nüvəsində bəşər övladının rahat və sağlam yaşayışının, “hər şey insan üçün” fəlsəfəsinin dayandığını dərindən duyan və bunu beynəlxalq arenaya yansıdan bənzərsiz diplomat, siyasi qrossmeysterlik missiyasının BMT üzvü olan 176 ölkənin nümayəndəsi, 27 dövlət və hökumət başçısı tərəfindən qəbul və təqdir edilməsi onların gözündə Azərbaycanın güvənilən tərəfdaş kimi nüfuzunun və imicinin daha da möhkəmlənməsi deməkdir.

Bakı - WUF13 forumunda iştirakçılara təqdim olunan innovativ yanaşmalar, rəsmi qurumlarla yanaşı, dünyanın aparıcı beyin mərkəzlərinin ekspertləri, vətəndaş cəmiyyəti, gənclər və idman sahələrinin təmsilçiləri üçün yeni məzmunlu debat və müzakirələrin təşkili Azərbaycanın qlobal çağırışların həll yollarına konseptual baxışının təcəssümü sayılmalıdır. Forumun proqramına ilk dəfə daxil edilmiş Liderlərin Bəyanatları Sessiyası isə yüksək səviyyəli qonaqların gələcəyin şəhərsalma tendensiyalarına dair təklif və ideyalarını irəli sürdükləri tribuna rolunu oynadı. Forumun devizindən irəli gələn və yekun sənədlərdə öz əksini tapan ideyalar: təmiz hava, sağlam həyat tərzi və gələcəyə yönəlik şəhər inkişafı istiqamətləri ilə yanaşı, mədəni irsin qorunması və kiçik ada dövlətlərin ehtiyaclarının qarşılanması kimi çağırışların qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcəyinə və düzgün istiqamət verəcəyinə əminik. Liderlərin Bəyanatları Sessiyası tribunasından səslənən fikirlərdə Azərbaycan ilə BMT-Habitatın Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyaların təşkili üçün əməliyyat təlimatlarına dair əməkdaşlıq niyyəti alqışlandı və Bakı WUF forumun bundan sonrakı ev sahiblərinə nümunə olaraq göstərildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq məhz Bakı Forumunda reallaşdırılan Liderlərin Bəyanatları Sessiyasında kifayət qədər maraqlı, yaddaqalan çıxışlar, bu çıxışlarda ölkəmizin və onun liderinin ünvanına səslənin təqdiredici notlar eşitdik. 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinın qatıldığı bu seqmentdə, eyni zamanda, Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış mükəmməl şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi.

***

Altı gün ərzində dünya mediasının gündəmindən düşməyən Bakı Forumunda Liderlərin Bəyanatları Sessiyasının təşkili Azərbaycanın bütün ölkələrlə strateji dialoq, qarşılıqlı əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi güclənən rolunu bir daha nümayiş etdirmiş oldu. Bütün bunlar, öz növbəsində, WUF13-ün siyasi əhəmiyyətini daha da artırdı.

Oxuculara xatırladaq ki, Bakı Forumunda aparılan dərinməzmunlu və hərtərəfli müzakirələrin sonunda iki vacib yekun sənəd – “Sədrin Xülasəsi” və “Bakı Fəaliyyətə Çağırış” qəbul olundu. 13-cü Sessiya, eyni zamanda, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən məsələlər ətrafında beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni dialoq platformaları formalaşdırmaq qabiliyyətini də təsdiqlədi. Bu faktı İlham Əliyev sosial media hesabında WUF13-lə bağlı paylaşımında xüsusi olaraq qeyd edib: “Təxminən 60 min iştirakçının rekord sayı ilə WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi impuls vermiş oldu”.

Azərbaycanın COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbirə – BMT-Habitatın WUF13 kimi qlobal platformasına ev sahibliyi etmək şərəfinə nail olduğunu yazan dövlətimizin başçısı daha sonra paylaşımında bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitatı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik etməyi də unutmayıb.

İlham Əliyevin sosial media platformasındakı paylaşımında urbisid, kultursid və ekosidin qurbanı olmuş Azərbaycan barədə də qeydlər var: “Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədənsonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq; bu səylər dünyanın digər postmünaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır”.

***

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal qeyri-müəyyənliyin, qarşıdurma və kataklizmlərin artdığı bir dövrdə Azərbaycanın çoxtərəfliliyə, daha rahat və sağlam gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir töhfəsi ilə yadda qalacaq. Bunu birmənalı şəkildə yaza bilərik ki, bu gün İlham Əliyev Böyük Atatürkün “Yurdda sülh, cahanda sülh”, Ulu öndərin “Bir millət – iki dövlət” kimi milli və bəşəri konsepsiyalarının XXI əsrdə daha da irəli aparılması missiyasının icraçısı rolundadır. 23 il bundan əvvəl Azərbaycanın 4-cü Prezidenti seçilərkən ona bağlanan ümidləri doğruldacağına söz verəndə, bəlkə də bir çoxları buna əmin deyildi. Amma tarix və zaman bir daha göstərdi ki, sovet ideologiyasının cəmiyyətə təlqin etdiyi narrativin əksinə olaraq, şəxsiyyətin tarixi hadisələrin gedişatına təsiri və rolu danılmazdır. Bəli, tarix kütlə deyil, onun qarşısında gedən lider-şəxsiyyətlər, bizim timsalımızda ata vəsiyyətinə əməl edən layiqli varis tərəfindən yaradılır. Alimlərin gəldiyi qənaətdir: ən ədalətli imperiyalar yaradan Türk hökmdarları, sərkərdələri əsrlər boyu tarix yaratmaqla məşğul olsalar da, özlərinin xidmətlərini yazıya köçürüb sənədləşdirməyiblər. Artıq iyirmi birinci yüzillikdə bu yanlışlıq Azərbaycan xalqının lideri, Türk coğrafiyasının qürur duyduğu, üçrəngli Zəfər bayrağını heç vaxt enməyəcək əbədi zirvəyə qaldıran İlham Əliyev tərəfindən aradan qaldırılır.

BMT – Habitatın 13-cü Bakı Forumunda dünyanın 176 ölkəsinin təmsilçisinin, o cümlədən 27 dövlət və hökumət başçısının Azərbaycan Prezidenti İlham Əliyevin liderliyini ayaqüstə alqışlaması bu həqiqətin aşkar təsdiqi oldu.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see290

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see286

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see269

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see265

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see241

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see232

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see217

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see216

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see215

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see211

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see201

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see196

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see179

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see174

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri