Icma.az
close
up
RU
Dünya siyasətində yeni Azərbaycan obrazı

Dünya siyasətində yeni Azərbaycan obrazı

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində özünün kifayət qədər təsirli rolunu və yerini artıq müəyyənləşdirib. Bu, danılmaz faktdır. 
Günümüzdə qlobal problemlərin həllində Azərbaycanın təşəbbüsləri və mövqeləri real rol oynayır və dünya dövlətləri tərəfindən diqqətlə izlənilir. Ərazilərimizi Ermənistanın işğalından azad etdikdən və ölkənin bütün ərazisində suverenliyimizi təmin etdikdən sonra, Azərbaycan beynəlxalq münasibətlər sistemindəki obrazını yeniləmiş oldu. Beləliklə, ölkəmiz yeni bir simada daha fəal və təsirli beynəlxalq aktora çevrildi". 

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında sabiq millət vəkili, politoloq Elşad Mirbəşiroğlu deyib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev 2004-cü il fevralın 14-də parlamentdə keçirilən andiçmə mərasimində vurğulamışdı: 

“Azərbaycan bundan sonrakı mərhələdə özünün təsir imkanlarını daha da genişləndirməlidir”. Təsir imkanlarının genişlənməsi və beynəlxalq arenada iştirakçılıq səviyyəsinin artırılması, dövlətlərarası münasibətlərdə Azərbaycanın tənzimləyici rolunu da gücləndirmiş olur. Əgər Azərbaycanla dostluq münasibətlərində olan dövlətlər arasında hər hansı gərginlik mövcuddursa, onun aradan qaldırılmasında ölkəmizin təsirli rol oynaya biləcəyi şübhəsizdir. Xüsusilə də Azərbaycan həm Türkiyə, həm də İsraillə kifayət qədər inkişaf etmiş münasibətlər sisteminə sahibdir. Bu münasibətlər xüsusilə hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq baxımından dərinləşib. Azərbaycanın ən yaxın tərəfdaşlarından ikisi məhz Türkiyə və İsraildir. Bu mənada, Azərbaycan bu istiqamətdə real barışdırıcı mövqe tutmaq potensialına malikdir". 

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi mövcud olan müttəfiqlik münasibətlərini rəsmiləşdirmiş oldu:

“Biz müstəqilliyimizin ilk illərindən etibarən qardaş Türkiyə ilə isti münasibətlər qurmuşuq. Həyat fəaliyyətinin demək olar ki, bütün sahələrində əməkdaşlıq mövcuddur. 1990-cı illərin ortalarından başlayaraq iki ölkə arasında sıx hərbi əməkdaşlıq inkişaf edib. Azərbaycan Ordusunun zabitlərinin hazırlanmasında Türkiyənin əvəzsiz rolu olub. 2007-ci ildən etibarən isə yüksək səviyyəli hərbi məsləhətləşmələr həyata keçirilir və bu gün də sistemli şəkildə birgə hərbi təlimlər təşkil olunur. Bu əməkdaşlıq həm Azərbaycan, həm də Türkiyənin təhlükəsizliyinin etibarlı təminatı baxımından mühüm əhəmiyyət kəsb edir, həm də ümumilikdə Cənubi Qafqaz regionunun təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır. Çünki Cənubi Qafqaz hər zaman yüksək münaqişə potensialına malik bir region olub. Bu gün isə Azərbaycanın iradəsi ilə regionda keyfiyyətcə yeni təhlükəsizlik mühiti formalaşıb. Düşünürəm ki, bu mənada Azərbaycan-Türkiyə əməkdaşlığının və müttəfiqlik münasibətlərinin çox təsirli rolu olub. Gələcək mərhələdə də bu müttəfiqlik prinsiplərinə əsaslanaraq iki ölkə bütün sahələrdə əməkdaşlığını daha da inkişaf etdirəcək. Cənubi Qafqaz regionunda strateji iqtisadi, nəqliyyat-kommunikasiya və enerji xarakterli layihələrin irəlilədilməsində də Azərbaycan-Türkiyə münasibətləri həlledici amil rolunu oynamaqda davam edəcək". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Azərbaycan - Türkiyə Şuşa Bəyannaməsi Elşad Mirbəşiroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Aprel 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri