Icma.az
close
up
RU
Dünya soydaşlarımızın qayıdış hüququnu dəstəkləyir

Dünya soydaşlarımızın qayıdış hüququnu dəstəkləyir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq hüquq bu məsələyə milli, dini, etnik yanaşmaları rədd edir

Ermənistan Qərbi azərbaycanlıların beynəlxalq gündəmə çıxarılmış təməl hüquqlarının bərpası üçün konkret addımlar atmağa məhkumdur. İrəvan hələlik bu problemin mövcudluğunu etiraf etməyə tələsməsə də, gec-tez danışıqlar masasına oturmalı olacaq.

Bəli, Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması problemi tədricən qlobal humanitar gündəmə daxil olmaqdadır. Otuz ildir işğalçını müdafiə edən, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkünlük aqibəti ilə bağlı ağızlarına su alıb susan Ermənistanın himayədarları indi könülsüz, dişini bir-birinə sıxaraq münaqişənin bu səhifəsini də vərəqləməyə məcburdurlar. Həmin səhifə azərbaycanlıların Qərbi Azərbaycandakı öz doğma yurdlarına qayıtmaq hüququndan bəhs edir.

Bu baxımdan, problemin beynəlxalq səviyyədə işıqlandırılmasında danılmaz xidməti olan diplomatiyamızın, eləcə də bu istiqamətdə səmərəli və operativ şəkildə çalışan Qərbi Azərbaycan İcmasının əməyini yüksək qiymətləndirmək lazımdır.

“Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırsa da, qarşı tərəf bundan imtina edib. Ermənistan icma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpası üçün əməli addımlar atmalıdır”. Azərbaycan Prezidenti

İlham Əliyevin Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransının iştirakçılarına müraciətində məhz Qayıdış Konsepsiyasının həyata keçiriləcəyini xüsusi vurğulaması təsadüfi deyildi. Göründüyü kimi, Azərbaycan lideri nəinki problemin mövcudluğu barədə məlumat verir, həm də Ermənistana onun həlli yollarını təklif edir – İrəvan Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır ki, başını quma basmasın, problemi humanitar normalara uyğun həll etsin. Bu prinsipin önəmini qeyd edən dövlətimizin başçısı Ermənistanı da bu kontekstdə beynəlxalq təşkilatlarla əməkdaşlığa çağırıb. Ermənistan dağıntı və saxtakarlıqla bağlı vəziyyəti izləmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə icazə verməli, xalqımıza məxsus tarixi-mədəni irsin qorunması sahəsində bu qurumla əməkdaşlıq etməlidir.

Bu çağırış təkcə Ermənistana deyil, fransız emissarlarının idarə etdiyi, onların “xidmətləri” sayəsində türkofobiya və islamofobiya silahına çevrilmiş UNESCO-nun özünə ünvanlanıb. Son otuz ildə erməni işğalçıları tərəfindən Azərbaycanın tarix və mədəniyyət abidələrinin dağıdılması ilə bağlı UNESCO-nun necə susduğunu xatırlatmağımız kifayətdir. Qərbi Azərbaycan İcması üzvlərinin öz doğma torpaqlarına qayıtmaq hüquqlarını təmin etmək üçün beynəlxalq hüquq normalarına uyğun olaraq dünya ictimaiyyətinin sülh təşəbbüslərini dəstəkləməsi son dərəcə vacibdir.

Bu məqamda oxuculara maraqlı xatırlatma: Beynəlxalq ictimaiyyət artıq Qərbi azərbaycanlıların probleminə diqqət yetirməyə başlayıb. Bu faktı BMT-də İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin 114-cü sessiyası çərçivəsində bu yaxınlarda baş vermiş insident də təsdiqləyib. Ermənistanın dövri hesabatını diqqətə çatdıran məruzəçi Yonq Siq Yuen bu ölkədə irqçi təşkilatları və həmin təşkilatlarda iştirakı cinayət hesab edən qanunvericiliyin olmamasından narahatlığını bildirib. O, son vaxtlar Ermənistanda etnik nifrət zəminində baş verən cinayətlərdən danışıb. Komitənin üzvü Çunq Çinsunq isə rəsmi İrəvanın hesabatında Azərbaycanla bağlı şübhəli iddiaların yer almasından çaşdığını deyib. Bu da feyk-informasiyaya söykənən hay saxtakarlığının BMT-nin komitəsi səviyyəsində ifşası.

* * *

Konfransda çıxış edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli son vaxtlar bir sıra xarici ölkələrin parlamentlərində və digər formatlarda Qarabağdan könüllü köçüb getmiş ermənilərin qayıdışı məsələsindən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıldığını nəzərə çatdırdı. Onun fikrincə, Qərbi Azərbaycana qayıdışa dair fəaliyyət özlüyündə haqq-ədalət məsələsi olmaqla yanaşı, hayların bu cür qeyri-sağlam cəhdlərinin qarşısını almaq üçün də əhəmiyyət kəsb edir.

Dünya artıq gözlərini və qulaqlarını reallığın üzünə bağlamamalıdır. Konfransda iştirak edən xarici qonaqların vurğuladığı əsas tezislərdən biri bu idi. “BMT, Avropa Şurası və digər beynəlxalq təsisatlar Qərbi azərbaycanlıların səsini dünyaya eşitdirməlidirlər”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması” mövzusunda keçirilən panel sessiyada deyib.

Çıxışında bu məsələyə toxunan Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri, deputat Mövlud Çavuşoğlu qayıdışın torpaq deyil, insan haqları məsələsi olduğunu bildirdi: “Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvasından məcburi çıxarılıb, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır”.

* * *

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yeganə Hacıyeva bu məsələnin aktuallığını şərtləndirən amillərdən danışdı: “Təxminən ilyarımdır ki, biz separatçıların təhriki ilə Qarabağı tərk etmiş ermənilərin geri dönüşü ilə bağlı İrəvanın müxtəlif təşəbbüslərini müşahidə edirik. Bu zaman onlar fundamental insan hüquqlarının qorunması, yaşamaq haqqının tanınması kimi mülahizələrdən çıxış edirlər. Guya, Qarabağ erməniləri doğulduğu və yaşadığı “dədə-baba” torpaqlarına qayıtmalıdır. Bəli, hər bir insanın anadan olduğu və ata-babasının dəfn olunduğu yerə qayıtmaq hüququ var. Azərbaycan bu məsələdə beynəlxalq hüququn müəyyən etdiyi insan haqları prinsiplərini dəstəkləyir. Digər bir məqam ondan ibarətdir ki, Ermənistan hakimiyyəti, xaricdəki erməni diasporu etnik ermənilərin Qarabağa qayıdışını tələb edən bəyanatlar yayanda, məsələni əllərində siyasi bayrağa çevirəndə heç Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarını yada salmırlar. Yəni, onlar bütün bu “təşəbbüsləri” birtərəfli qaydada aparırlar. Amma beynəlxalq hüquq bu təməl haqlara milli, dini, etnik yanaşmanı tanımır. Açıq demək lazımdır ki, ermənilər məhz xristian olduqlarına görə onların geri qayıdışını dəstəkləyən qüvvələr soydaşlarımızın hazırda Ermənistan adlanan Qərbi Azərbaycana qayıdış haqqını görməzdən gəlirlər. Bu isə məhz milli, dini mənsubiyyətə söykənən yanlış və qərəzli yanaşmadır”.

Y.Hacıyeva hesab edir ki, istər beynəlxalq hüquq, istərsə də bəşəri prinsiplər nöqteyi-nəzərindən məsələyə selektiv yanaşma qəbul edilmədiyi üçün beynəlxalq mexanizmin tətbiqinin bir cinahı da haqqı tapdanan soydaşlarımızla bağlı olmalıdır: “Yəni, bu proses paralel şəkildə getməlidir. Bu zaman beynəlxalq hüququn və ədalətin təmin edilməsi, ümumilikdə, regional təhlükəsizlik üçün də sağlam zəmin formalaşdırır. Məlum konfransa müraciətində Azərbaycan Prezidenti Ermənistanı məsələyə məhz bu cür sağlam mövqedən yanaşmağa çağırdı. Bəli, Qərbi azərbaycanlıların haqqının təmin edilməsinə beynəlxalq ictimaiyyət də öz töhfəsini verməlidir”.

Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarına müraciətində xalqımızın zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdıran konfransın yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəyinə əminliyini ifadə edib.

Bakı bu məsələdə də İrəvanı dialoqa dəvət edir. Amma təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış şovinizm, nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında arzuedilən sülhün əldə olunmasını əngəlləyir.

* * *

Dünən öz işini başa çatdıran “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II Beynəlxalq Konfransın yekun sənədi qəbul edilib. Sənəddə deyilir ki, aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı Ermənistandan məcburən çıxarılmış azərbaycanlıların qayıdış məsələsini və qlobal miqyasda məcburi köçkünlük problemini müzakirə etdilər. İştirakçılar vurğuladılar ki, qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd etdilər.

Konfrans iştirakçıları qayıdış hüququnu regional sülh və ədalətin əsas prinsipi kimi qəbul etməkdə qərarlı olduqlarını təsdiqlədilər. Onlar Qərbi azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətlə geri dönüşünün yalnız siyasət prioriteti deyil, həm də insan hüquqları və ləyaqətin təmin edilməsinə kollektiv qətiyyətin sınağı olduğunu vurğuladılar. Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq hüququn aliliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azad olunmuş ərazilərin bərpasında liderliyini və ədalət və barışıq istiqamətindəki səylərini yüksək qiymətləndirdilər. Onlar, həmçinin Qərbi Azərbaycan İcmasının insan hüquqları və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstək ifadə etdilər.

Yekun sənəd bu sözlərlə bitir: “Bu xülasə konfrans zamanı qaldırılmış əsas məqamları əks etdirir və Ermənistandan məcburi köçürülmüş azərbaycanlılar üçün ədalətin, eləcə də bölgədə sülh, təhlükəsizlik və barışığın təşviq edilməsinə xidmət edir".

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:276
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri