Icma.az
close
up
RU
Soydaşlarımızın qayıdış hüququna ədalətli təminat

Soydaşlarımızın qayıdış hüququna ədalətli təminat

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq konfransın yekun sənədi qəbul edilib

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib.

Sənəddə konfransda aparılmış müzakirələrin xülasəsi verilir. Konfransın yekun sessiyasında sənədi Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba oxuyub.

Yekun sənəddə deyilir: “Aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması” mövzusunda ikinci beynəlxalq konfransda toplaşaraq Ermənistandan məcburən çıxarılmış azərbaycanlıların qayıdış məsələsini və qlobal miqyasda məcburi köçkünlük problemini müzakirə etdilər.

İştirakçılar qeyd etdilər ki, köçkünlük insan hüquqlarının ən ciddi pozuntularından biridir və azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir. İştirakçılar vurğuladılar ki, qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunub və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd etdilər.

İştirakçılar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıq ifadə etdilər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunu Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırdılar.

İştirakçılar qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyini vurğuladılar. Onlar Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addım atmağa çağırdılar. Qeyd etdilər ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz.

İştirakçılar Ermənistanın azərbaycanlıların mədəni irsinin, o cümlədən məscidlərin, qəbiristanlıqların və tarixi abidələrin sistemli şəkildə məhv olunmasından narahatlıq ifadə etdilər. Onlar bunu azərbaycanlı kimliyini silmək cəhdi kimi qiymətləndirərək bu mədəni irsin vəziyyətinin qiymətləndirilməsi, qorunması və bərpası üçün UNESCO-nun və digər beynəlxalq təşkilatların cəlb olunmasına çağırdılar. İştirakçılar mədəni irsin qorunmasının barışıq və anlayış üçün əhəmiyyətini vurğuladılar.

İştirakçılar xatırlatdılar ki, azərbaycanlılar postsovet məkanında etnik münaqişələrin ilk qurbanları olmuş və beynəlxalq ictimaiyyətin yetərsiz reaksiyası digər münaqişələrin yaranmasına gətirib çıxarmışdır. Onlar vurğuladılar ki, Qərbi azərbaycanlıların təhlükəsiz qayıdış hüquqlarının tam bərpası dünyada münaqişələrin həlli üçün müsbət nümunə ola bilər.

İştirakçılar vurğuladılar ki, ədalət barışıq və daimi sülh üçün zərurətdir. İştirakçılar Ermənistanı azərbaycanlılara qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin şöhrətləndirilməsinə son qoymağa, nifaqı davam etdirən strukturları ləğv etməyə və Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamağa çağırdılar. Onlar bildirdilər ki, barışıq üçün Ermənistanın tarixi ədalətsizlikləri aradan qaldırması, birgəyaşayış və inam üçün şərait yaratması vacibdir.

İştirakçılar geri dönəcək Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə qayıtması və qayıdış prosesinin hərtərəfli planlaşdırılması və resursla təmin edilməsi üçün BMT-ni və dünya dövlətlərini diplomatik səylər göstərməyə çağırdılar. İştirakçılar qayıdanların reinteqrasiyası sahəsində gözlənilən çətinlikləri qeyd etdilər və Qərbi azərbaycanlılar qayıdacaq yerlərdə infrastrukturların bərpası, onlara humanitar yardım göstərilməsi və uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş səylərin vacibliyini vurğuladılar.

Onlar Ermənistan hökumətini regional sülhə mane olan siyasətini və konstitusiya müddəalarını aradan qaldırmağa və iqtisadi və sosial əməkdaşlıq imkanlarını qəbul etməyə çağırdılar. Onlar Ermənistanın öz öhdəliklərinə uyğun olaraq kommunikasiyaları açmasının Cənubi Qafqazda ümumi rifaha və sabitliyə yardım edəcəyini bildirdilər.

İştirakçılar qayıdış hüququnu regional sülh və ədalətin əsas prinsipi kimi qəbul etməkdə qərarlı olduqlarını təsdiqlədilər. Onlar Qərbi azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətlə geri dönüşünün yalnız siyasət prioriteti deyil, həm də insan hüquqları və ləyaqətin təmin edilməsinə kollektiv qətiyyətin sınağı olduğunu vurğuladılar.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq hüququn aliliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərin bərpasında liderliyini və ədalət və barışıq istiqamətindəki səylərini yüksək qiymətləndirdilər. Onlar, həmçinin Qərbi Azərbaycan İcmasının insan hüquqları və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstək ifadə etdilər.

Bu xülasə konfrans zamanı qaldırılmış əsas məqamları əks etdirir və Ermənistandan məcburi köçürülmüş azərbaycanlılar üçün ədalətin, eləcə də bölgədə sülhün, təhlükəsizliyin və barışığın təşviqinə xidmət göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri