Icma.az
close
up
RU
Dünya su savaşları ilə üz üzə: Türkiyə güc mərkəzinə çevrilməlidir

Dünya su savaşları ilə üz üzə: Türkiyə güc mərkəzinə çevrilməlidir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bu gün dünyada baş verən hadisələr göstərir ki, ölkələr arasındakı münasibətlər və güc balansı dəyişir. Bu baxımdan Türkiyə də həm bölgədə, həm də dünyada önəmli rol oynamağa başlayıb. Onun iqtisadi gücü artır, siyasi mövqeyi möhkəmlənir və bir çox problemlərin həllində vasitəçi kimi çıxış edir.

Eyni zamanda, dünya qarşısında duran yeni problemlər: enerji və su resursları uğrunda mübarizə, əhali artımı və ekoloji problemlər Türkiyənin liderliyinə və qlobal məsələlərin həllində fəal roluna olan ehtiyacı daha da artırır. 

Bir neçə gün öncə Türkiyə prezidenti R.T.Ərdoğan gələcəkdə dövlətlər arası mübarizənin neft deyil, XXI əsrin ən strateji resursu olan su uğrunda olacağını söylədi. Ərdoğan qeyd etdi ki, Türkiyə bol su olan ölkə deyil və əgər tədbir görülməsə daha ciddi problemlərlə üzləşə bilərlər.


Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Türkiyənin siyasi aktor olaraq mövqeyinə və dünyanın üz-üzə qalacağı su qıtlığına diqqət çəkib:


"Türkiyə prezidenti Ərdoğan öz siyasəti ilə "yurdda sülh, cahanda sülh" fəlsəfəsini həyata keçirməkdədir. Həmçinin Türkiyə regional gücdən qlobal gücə çevrilməkdədir. Rəsmi Ankara istər iqtisadi, istərsə də siyasi baxımdan dünyada gedən proseslərə təsir etmək gücünə malikdir. Avropanın enerji təhlükəsizliyi, Türkiyə üzərindən həyata keçirilir. Türkiyə Yaxın Şərqdə aparıcı dövlətdir. Onun Suriya probleminin həllində müstəsna xidməti var. Eyni zamanda Türkiyə Cənubi Qafqazdakı proseslərin də sülh yolu ilə həlli üçün mövqe nümaiş elətdirib. O cümlədən Rusiya-Ukrayna münaqişəsində problemin sülh yolu ilə həll edilməsinin ilk təşəbbüskarı Türkiyə olub. 

Gedən proseslər onu göstərir ki, dünya yenidən qütbləşəcək və çox qütüblü bir sistemə çevriləcək. Bu baxımdan Türkiyənin yeni dünyada güc mərkəzinə çevrilməsi üçün Türk Dövlətləri Təşkilatının fonunda Turan İttifaqının yaradılması prosesi gedir. Bu proses Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı fonunda həyata keçirilməkdədir. 

Təbiidir ki, gələcəkdə baş verəcək hadisələr iqtisadi və siyasi maraqlar üzərində baş tutacaq".

Ekspert müasir dünyamızın enerji və iqtisadi baxımından savaş içində olduğunu, gələcəkdə yeni problemləri meydana gələcəyindən söz açıb: 

"Problemlərdən də biri dünyanın şirin su qıtlığı ilə üz-üzə qalmasıdır. Dünyada əhalinin sayı artır, iqtisadi, sosial problemlər getdikcə çoxalmaqdadır. Kənd təsərrüfatını və insan tələbatını ödəmək üçün mütləq şəkildə şirin suya ehtiyac var. Yeni texnologiyalar vasitəsi ilə dəniz suyunun şirin suya çevirmək üçün proseslər aparılır. Buna baxmayaraq şirin su problemi dünyada diqqət mərkəzindədir. Bu problemləri aradan qaldırmaq üçün mütləq şəkildə Türkiyə güc mərkəzinə çevrilməlidir. Türkiyə prezidenti də çıxışında qeyd edib ki, dünya beşdən böyükdür. BMT-nin təhlükəsizlik şurasının daimi 5 üzvü dünyada sülhü, əminamanlığı, ədalət prinsiplərini həyata keçirmək iqtidarında deyil. Dünyada su problemi var. Bu problemdən təziq vasitəsi kimi istifadə etmək yol verilməzdir. Bu baxımdan yeni konfliktlərin baş verməməsi üçün mütləq şəkildə dünya yenidən qütbləşməlidir, yeni güc mərkəzləri yaranmalıdır. Bu güc mərkəzlərindən də biri Turan İttifaqı ola bilər. Dünyanın ədalət tərəzisinin nizamını yaratmaq üçün mütləq şəkildə bu İttifaqa ehtiyac var".

Müsahibimiz sonda Türkiyə və Azərbaycanın dünyada gedən yeni proseslərdə aparıcı rol oynayacağını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri