BDU Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Filologiya üzrə elm müsabiqəsi” elan edir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 22 oktyabr, AZƏRTAC
Filologiya elmi sahəsində tədqiqat aparan Bakı Dövlət Universitetinin (BDU) magistrant, doktorant və əməkdaşları arasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” elan edilir.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Müsabiqənin məqsədi filologiya elmi sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 22 Oktyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















