Icma.az
close
up
RU
Beynəlxalq Təbiəti Mühafizə Birliyi Nəsli kəsilməkdə olan növlərin Qırmızı Siyahısı nı təqdim edib

Beynəlxalq Təbiəti Mühafizə Birliyi Nəsli kəsilməkdə olan növlərin Qırmızı Siyahısı nı təqdim edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 11 oktyabr, AZƏRTAC

Əbu-Dabidə Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) Konqresi çərçivəsində "Nəsli kəsilmə təhlükəsində olan növlərin Qırmızı Siyahısı"nın yenilənmiş versiyası təqdim olunub.

AZƏRTAC IUCN-nin saytına istinadla xəbər verir ki, bu ğun təqdim olunmuş “Qırmızı Siyahı”ya görə, Arktika suitisinin üç növü (Cystophora cristata, Erignathus barbatus, Pagophilus groenlandicus) yox olmaq təhlükəsi ilə üzləşib.

Siyahıdan məlum olur ki, dünyada quş növlərinin yarısından çoxunun sayı azalmaqdadır. Sevindirici haldır ki, mühafizə tədbirləri sayəsində yaşıl dəniz tısbağasının (Chelonia mydas) populyasiyası bərpa olunub. Tropik və subtropik sularda yayılmış bu növün qlobal populyasiyası 1970-ci illərdən bəri təxminən 28 faiz artıb.

Qeyd olunur ki, qlobal istiləşmə nəticəsində dəniz buzunun azalması Arktika suitilərinin həyatını təhdid edən əsas amillərdir. Onlar çoxalmaq, qidalanmaq, balalarını bəsləmək üçün dəniz buzlarından asılıdır.

Qlobal istiləşmə Arktikada digər regionlardan dörd dəfə daha sürətli baş verir, bu da dənizlərdə buz örtüyünü və buzyaranma müddətini ciddi şəkildə azaldır. Buzdan asılı olan suitilər də digər heyvanların qida zəncirində mühüm yer tutur. Beləliklə, onların nəslinin kəsilməsi birbaşa digər canlıların da həyatına mənfi təsir edir. Arktika suitilərinin həyatına əlavə risklər arasında gəmiçilik, səs-küy, neft və mineralların istismarı, ovçuluq və balıqçılıq yer alır.

Yenilənmiş “Qırmızı Siyahı”da 1360 quş növünün təkrar qiymətləndirilməsi aparılıb. Doqquz il ərzində minlərlə mütəxəssisin iştirak etdiyi qiymətləndirmə nəticəsində məlum olub ki, 11185 növdən 1256-sı (11,5 faiz) nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Ümumilikdə, quş növlərinin 61 faizi azalır. Kənd təsərrüfatının genişlənməsi və meşələrin qırılması nəticəsində yaşayış areallarının itirilməsi və ya pisləşməsi quş populyasiyalarının azalmasına gətirib çıxarır. Siyahıda Madaqaskar, Qərbi Afrika və Mərkəzi Amerikada tropik meşələrin itirilməsinin quşlar üçün artan təhdid olduğu vurğulanır. Madaqaskarda 14 endemik meşə quşu növü yox olmağa yaxındır. Bunlardan üçü ciddi yoxolma təhdidi ilə üzləşib.

Yenilənmiş “Qırmızı Siyahı”ya görə altı növ “nəsli kəsilmiş” kateqoriyasına keçib. Bunlar arasında ağdiş Milad adası gəmiricisi (Crocidura trichura) və dəniz molyusku növü (Conus lugubris) 1980-ci illərin sonlarından etibarən yox olmuş sayılır. Miqrasiya edən sahil quşu növü (Numenius tenuirostris) sonuncu dəfə 1995-ci ildə Mərakeşdə qeydə alınıb. Eban ağaclarının eyni cinsinə aid bir növ olan Diospyros angulata isə 1850-ci illərin əvvəllərində son dəfə qeydə alınıb.

Bundan başqa, üç Avstraliya məməlisi (Perameles myosuros, Perameles notina və Perameles papillon), həmçinin Havay adalarında endemik Delissea sinuata bitkisi ilk dəfə qiymətləndirilərək “Qırmızı Siyahı”ya “yox olmuş növ” kimi daxil edilib.

1964-cü ildən bəri IUCN minlərlə canlı növünü yoxaçıxma təhlükəsi səviyyəsinə görə təsnif edir. Ötən ilin məlumatlarına görə, siyahıya salınmış 169 min növdən 47 mindən çoxu nəsli kəsilməkdə olan növlər kimi təsnif edilib. Bu isə qlobal biomüxtəlifliyə təzyiqlərin artdığını göstərir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri