Dünya titrədi, amma Rusiya Trampa fikir vermədi Medvedev
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı 100 faiz gömrük rüsumları tətbiq etməklə bağlı son açıqlamasına münasibət bildirib.
Sfera.az xəbər verir ki, Medvedev bu bəyanatı “dekorativ və teatr elementləri ilə zəngin ultimatum” adlandırıb. Onun sözlərinə görə, bu çıxış Avropanı məyus etsə də, Moskva bu hədələri görməzdən gəlib.
“Tramp Kremlə dekorativ ultimatum elan etdi. Dünya mümkün nəticələrdən titrəyib. Döyüşkən Avropa məyus olub. Rusiya isə buna fikir vermir”, – deyə Medvedev “X” sosial şəbəkəsində ingilis dilində paylaşım edib.
Qeyd edək ki, Tramp dünən bəyan etmişdi ki, əgər təxminən 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, ABŞ Rusiyadan idxal olunan məhsullara 100 faiz rüsum tətbiq edəcək. Bundan əlavə, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar da nəzərdə tutulur.
İnci
Baxış sayı:110
Bu xəbər 15 İyul 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















