Icma.az
close
up
RU
Dünya üçün bərpa olunan enerji dövrü

Dünya üçün bərpa olunan enerji dövrü

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Bütün dünyada zaman ötdükcə qlobal inkişaf səvviyyəsinə və dəyişən tələblərə adekvat olaraq qarşıya yeni çağırışlar çıxır. Əsrlər boyunca insanlar enerji mənbəyi kimi əsasən neftdən, qazdan, kömürdən və digər qazıntı yanacağından istifadə ediblər. Sonrakı mərhələlərdə hidrogen və atom enerjisi kəşf olunub və geniş yayılıb. Hazırda isə dünya enerji transformasiyasının yeni mərhələsindən - bərpa olunan enerji dövründən keçməkdədir. Getdikcə daha çox ölkə daha çox dərəcədə öz ehtiyaclarını külək, Günəş və digər bərpa olunan enerji mənbələri hesabına qarşılayır. Sürətli enerji keçidini şərtləndirən mühüm amillərdən biri yüksək texnoloji inkişafla bağlıdırsa, digər vazkeçilməz səbəb ətraf mühitin qorunması zərurətidir. Sürətli sənaye inkişafı insanların həyatına yeni-yeni rahatlıqlar gətirməklə, inkişaf üçün daha geniş imkanlar açmaqla yanaşı, həm də atmosferə böyük həcmlərdə karbon emissiyalarının buraxılması, ətraf mühitin daha geniş miqyasda çirkləndirilməsi anlamında qəbul olunur. Bunun nəticəsində intensivləşən qlobal istiləşmə bəzi yerlərdə daşqınlara, digər yerlərdə isə kəskin quraqlığa səbəb olur. Belə bir vəziyyətdə dünya çıxış yolunu enerji resurslarından balanslı şəkildə istifadə edilməsində görür. İqlim dəyişiklikləri ilə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması bu transformasiyanın əsas hərəkətverici qüvvələridir.

Qlobal enerji sistemində sürətli transformasiya - yaşıl enerji üzrə rekord artım

Qlobal enerji sistemində son illərdə müşahidə olunan dəyişikliklər bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı ilə səciyyələnir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2026-cı il üzrə dərc edilən hesabatına görə, bərpa olunan enerji artıq qlobal enerji sistemində aparıcı mövqeyə doğru sürətlə irəliləyir.

IRENA-nın 2025-ci il üzrə əsas göstəricilərinə əsasən, dünyada bərpa olunan enerji üzrə qoyuluş gücü 5149 GVt səviyyəsinə çatıb. Cari il ərzində əlavə olunan yeni güc 692 GVt təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə rekord artım deməkdir. Bərpa olunan enerji mənbələri artıq qlobal elektrik istehsalının təxminən 49,4faizini təşkil edir. Bununla yanaşı, Günəş və küləyin payı 35,3 faizə çatıb.

İllik artım tempinə gəldikdə, ümumi bərpa olunan enerji mənbələrinin gücü 15,5 faiz, Günəş və külək isə 22,2 faiz artıb. Bu göstəricilər enerji keçidinin sürətləndiyini və xüsusilə Günəş və külək enerjisinin əsas lokomotiv rolunu oynadığını göstərir.

Eyni zamanda, IRENA tərəfindən təqdim olunan 1,5°C ssenarisinə əsasən, 2030-cu ilə qədər qlobal bərpa olunan enerji gücünün 11,17 TVt səviyyəsinə çatdırılması tələb olunur. Lakin 2025-ci ilin sonuna faktiki göstəricinin 5,15 TVt səviyyəsində olduğu, bu da təxminən 6,02 TVt həcmində əlavə potensial çatışmazlığın mövcudluğunu göstərir. Bu hal mövcud artım tempinin əhəmiyyətli dərəcədə sürətləndirilməsinin zəruriliyini bir daha təsdiqləyir.

Bərpa olunan enerji güclərinin mənbələr üzrə bölgüsü göstərir ki, Günəş enerjisi açıq şəkildə dominant mövqedədir. Günəş enerjisi üzrə qoyuluş gücü 2392 GVt səviyyəsinə çatıb ki, bu da onu qlobal enerji keçidinin əsas hərəkətverici qüvvəsinə çevirir.

Hidroenerji 1296 GVt ilə ikinci yerdə qərarlaşsa da, artım tempi nisbətən aşağıdır və daha çox sabit baza enerji mənbəyi kimi çıxış edir. Külək enerjisi isə 1291 GVt ilə hidroenerjiyə yaxın səviyyədə olmaqla sürətli inkişaf edən sektor kimi diqqət çəkir.

Bioenerji (154 GVt), geotermal enerji (16 GVt) və dəniz enerjisi (0,5 GVt) isə ümumi strukturda nisbətən kiçik paya malikdir, lakin enerji diversifikasiyası baxımından əhəmiyyətlidir. Bu struktur onu göstərir ki, enerji sistemlərinin gələcək inkişafı əsasən Günəş və külək enerjisinin genişlənməsi üzərində qurulacaqdır.

Dünyada bərpa olunan enerji güclərinin regionlar üzrə bölgüsü

IRENA-nın məlumatlarına əsasən, bərpa olunan enerji güclərinin regionlar üzrə bölgüsü qeyri-bərabər xarakter daşıyır və əsas artım müəyyən coğrafiyalarda cəmləşib.

Asiya regionu qlobal lider mövqeyini qoruyur. Bu regionda qoyuluş gücü 2891 GVt təşkil edir və bu, qlobal gücün 56,1faizinə bərabərdir. Cari il ərzində əlavə olunan güc 513,3 GVt olub və 21,6 faiz artım tempi qeydə alınıb. Bu göstəricilər Asiyanın, xüsusilə Çinin qlobal enerji keçidində əsas rol oynadığını təsdiqləyir.

Avropa regionunda bərpa olunan enerji gücü 934 GVt səviyyəsindədir və qlobal payı 18,1 faiz təşkil edir. Cari il ərzində 76,8 GVt artım və 9,0 faiz inkişaf tempi müşahidə olunur. Bu, regionun sabit və planlı şəkildə dekarbonizasiya siyasəti həyata keçirdiyini göstərir.

Şimali Amerikada quraşdırılmış güc 614 GVt, artım isə 42,1 GVt olub. Regionun qlobal payı 11,9 faiz, artım tempi isə 7,4 faiz təşkil edir ki, bu da stabil, lakin Asiya ilə müqayisədə daha sabit inkişaf deməkdir.

Cənubi Amerika 333 GVt güc və 6,3 faiz artım tempi ilə inkişaf etməkdə olan regionlar arasında nisbətən daha yaxşı mövqedədir. Mərkəzi Amerika və Karib regionu isə 21 GVt güc ilə daha kiçik paya malik olsa da, 9,1faiz artım tempi müsbət dinamikanı göstərir.

Afrikada bərpa olunan enerji gücü 82 GVt təşkil edir və 15,9 faiz artım tempi ilə diqqət çəkir. Bu, aşağı baza səviyyəsinə baxmayaraq, regionda sürətli inkişaf potensialının olduğunu göstərir.

Yaxın Şərq regionu 56 GVt gücə malik olmaqla ən yüksək artım tempini (28,9  faiz) nümayiş etdirir. Bu, regionda enerji siyasətinin transformasiya mərhələsində olduğunu göstərir.

Azərbaycanın daxil olduğu Avrasiya regionu, 141 GVt qoyuluş gücünə malikdir və qlobal gücün 2,7 faizini təşkil edir. Cari il ərzində bu regionda 8,4 GVt əlavə güc yaradılıb və 6,3 faiz artım tempi qeydə alınıb.

Bu göstəricilər Avrasiya regionunun hələlik qlobal miqyasda nisbətən kiçik paya sahib olsa da, sabit inkişaf dinamikasına malik olmasını əks etdirir. Xüsusilə enerji ixracatçısı ölkələrinin bərpa olunan enerji sahəsinə keçidi bu regionda gələcək artım potensialının daha böyük olacağı qənaətini yaradır. Azərbaycan üçün isə bu kontekst xüsusi əhəmiyyət daşıyır, çünki ölkə həm ənənəvi enerji ixracatçısı, həm də bərpa olunan enerji potensialına malik dövlət kimi enerji keçidində mühüm rol oynaya bilər.

Okeaniya regionunda isə 76 GVt güc və 1,5 faiz qlobal pay mövcuddur. Regionda 6,1 GVt artım və 8,6faiz inkişaf tempi müşahidə olunur.

IRENA-nın qiymətləndirmələrinə əsasən, mövcud inkişaf tempi saxlanılarsa belə, 2030-cu il iqlim hədəflərinə çatmaq üçün əlavə sürətlənmə tələb olunur. Xüsusilə 1.5°C ssenarisinə uyğun olaraq bərpa olunan enerji güclərinin təxminən iki dəfə artırılması zəruridir.

IRENA-nın təqdim etdiyi göstəricilər bərpa olunan enerji sektorunun qlobal enerji sistemində aparıcı mövqeyə yüksəldiyini aydın şəkildə nümayiş etdirir. Günəş və külək enerjisinin dominantlığı, Asiya regionunun liderliyi və ümumi artım tempinin yüksək olması enerji keçidinin intensiv xarakter aldığını göstərir.

Bununla yanaşı, potensial problemlər qlobal səylərin daha da gücləndirilməsini tələb edir. Effektiv siyasət və koordinasiyalı fəaliyyət nəticəsində dayanıqlı enerji gələcəyinə keçid mümkün olacaq.

Qlobal təmiz enerji texnologiyaları bazarında sürətli artım dinamikası

Ticarət maneələrinin artmasına baxmayaraq, qlobal təmiz enerji texnologiyaları bazarı 2025-ci ildə rekord göstəricini - 1,1 trilyon dolları ötüb. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.

Bildirilir ki, Günəş panelləri, külək turbinləri, batareyalar, elektrik nəqliyyat vasitələri, istilik nasosları və elektrolizatorlardan ibarət bazar son 10 ildə illik orta hesabla təxminən 20 faiz artıb. Bu bazar artımı da təmiz enerji texnologiyalarında qiymətlərin düşməsi ilə paralel olaraq irəliləyib. 2023-2025-ci illər arasında Günəş paneli modullarının qiymətləri təxminən 50 faiz, batareya paketlərinin qiymətləri isə 30 faiz azalıb. Xərclərin azalması bu texnologiyaların rəqabət qabiliyyətini artırıb.

Təmiz enerji texnologiyalarının istehsalına qoyulan investisiyalar 2023-cü ildə 220 milyard dollara çatıb, 2024-cü ildə azalıb və 2025-ci ildə 200 milyard dollardan aşağı düşüb. Avropa İttifaqında (Aİ) təmiz enerji istehsalına qoyulan investisiyalar 2023-2024-cü illər arasında təxminən iki dəfə, Koreya Respublikasında 25 faiz, Hindistanda isə 65 faizdən çox artıb. İstehsal gücünün artımının mövcud tələbatı aşması investisiyaların azalmasına təsir edib.

Agentliyin məlumatına görə, 2024-cü ildə Günəş panelləri istehsal gücü qlobal tələbatın ikiqatından, batareya elementləri istehsal gücü isə bu səviyyədən üç dəfədən çox olub. Təmiz enerji texnologiyaları sektorunda gömrük rüsumları, məhsulların istehsal xərclərindən aşağı satılması səbəbindən tətbiq olunan antidempinq tədbirləri və digər ticarət məhdudiyyətləri də artıb. 2024-cü ildə Günəş enerjisi təchizatı zəncirində qlobal çəkili orta gömrük rüsumu və tarif dərəcəsi əvvəlki ilə nisbətən 9 dəfə artaraq təxminən 36 faizə çatıb. Lakin, təmiz enerji texnologiyaları üzrə beynəlxalq ticarətin ümumi dəyəri 2025-ci ilin ikinci rübündə rekord səviyyəyə çatıb.

IEA-nın proqnozlarına görə, mövcud siyasətlər davam etdirilərsə, təmiz enerji texnologiyaları bazarının 2035-ci ildə təxminən 1,9 trilyon dollara çatacağı gözlənilir. Lakin, hökumətlərin siyasət hədəfləri nəzərə alınarsa, bazarın 2035-ci ildə 2,6 trilyon dolları keçəcəyi təxmin edilir. Hər iki ssenaridə 2030-cu illərin ortalarına qədər elektrikli nəqliyyat vasitələrinin ümumi bazar dəyərinin təxminən dörddəüçünü təşkil edəcəyi gözlənilir. Aİ-də ümumi enerji istehlakında qalıq yanacaq idxalı payının 2024-cü ildəki 55 faizdən 2035-ci ildə 40 faizə düşəcəyi gözlənilir.

Asiya nəhəngi Çinin liderliyi

Təqdim olunan statistika dünyada bərpa olunan enerji və müvafiq texnoloji avadanlıqların istehsalında güclü rəqabətin başladığını təsdiqləyir. Son illərdə dünyanı özünün təsəvvürəgəlməz texnoloji inkişafı ilə tez-tez təəccübləndirən Çin bu sahədə də böyük uğurlara imza atmaqla perspektiv üçün ambisiyalı hədəflər müəyyənləşdirir. Hazırda Çin bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyanın lider ölkəsidir və bu göstərici üzrə ən yaxın rəqibi ABŞ-ı iki dəfə qabaqlayır.

Çin 2020-ci ildən bəri təmiz enerji texnologiyalarının istehsalına qoyulan qlobal investisiyaların təxminən 70 faizini təşkil edərək liderliyini qoruyub saxlayıb. Həmçinin bu ölkənin təmiz enerji texnologiyaları ixracatı  2025-ci ildə əvvəlki ilə nisbətən 11 faiz artaraq 160 milyard dolları keçib. Çinin elektrikli nəqliyyat vasitələri, batareya elementləri və istilik nasosları istehsalında növbəti 10 ildə artımın 40-50 faizinin ixrac bazarlarına yönəldilməsi gözlənilir.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Avqust 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri