Icma.az
close
up
RU
Bərabər dünya üçün...

Bərabər dünya üçün...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədalət hər bir insanın vicdanında yaşayır

Ədalət anlayışı müxtəlif mədəniyyətlərdə və hüquq sistemlərində fərqli izah edilsə də, onun mahiyyətində iki əsas prinsip dayanır: bərabərlik və haqqın qorunması. Müasir dövrdə ədalət yalnız məhkəmə zallarında axtarılmır. O, əmək bazarında bərabər imkanlarda, təhsildə, gender balansında, sosial müdafiə sistemində də özünü göstərir. Hansı cəmiyyətdə sosial ədalət mövcuddursa, o cəmiyyətdə insan amilinə diqqət və qayğı da böyükdür. Təbii ki, sivil bir dünyada yaşamış olsaq da, sosial ədalət prinsipinə bir çox ölkədə əməl olunmur. Belə ki, dünyanın bir qismi üçün bu anlayış əlçatmazdır.

Demokratik dəyərlərə malik, mütərəqqi dövlətlərdə sosial ədalətə təsadüf olunur. Hüquq bərabərliyinin və insan hüquqlarının pozulması isə cəmiyyətdə xoşagəlməz hallarla insanları üz-üzə qoyur.

Qanunilik və ədalətlilik eyni anlayışdır

Görkəmli yunan filosofu Sokrat ədaləti “sözə sədaqət” formulunda qiymətləndirərək qeyd edirdi ki, qanunilik və ədalətlilik eyni şeylərdir. Bəli, ədalətin mövcudluğunun əsas şərti cəmiyyətdə təhlükəsizliyin və asayişin təmin edilməsidir. Sokrat ədalət məfhumu haqqındakı fikrinin qısa izahını belə verir: “Ədalət hər bir kəsin öz işi ilə məşğul olması və ona aidiyyəti olmayan məsələlərə qarışmamasıdır”. Bu da özlüyündə maraqlı bir tarixi yanaşmadır.

Ən yüksək fəzilətlərdən biri...

Qədim yunan filosofu Platon da ədaləti ictimai həyatın əsl prinsipi hesab edirdi. Onun üçün ədalət yaxşılıq, həmçinin qanunlara tabe olmaq üçün istək, arzu demək idi. O, yazırdı ki, ədalət ən yüksək fəzilətlərdən biridir.

İctimai həyatın məntiqiliyi

Konkret reallığa əsaslanan ədalətin ən mühüm tərifi isə Aristotel tərəfindən verilib. Aristotelə görə ədalət bərabərliyə əsaslanmalı və ictimai həyatın məntiqiliyi olmalıdır. Beləliklə, ədalət hər kəsə haqq etdiyini onun layiq olduğu dərəcədə verməkdir. O, ədalət anlayışının konkret tərifini belə verir: “Ədalət insanlara düzgün, ədalətli olanı etməyə və doğru, ədalətli şeylər istəməyə imkan verən xasiyyətdir”.

Həmrəylik və bərabər imkanlar üçün...

Yeri gəlmişkən, fevralın 20-si Dünya Sosial Ədalət Günüdür. Bu əlamətdar gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılıb. Müasir dünya cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edir. Daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaqda sosial ədalətin vacibliyi əsas məsələlərdəndir. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf və insan ləyaqətini yaymaqdır. 2009-cu ildə fəaliyyətə başlamış Sosial Müdafiə Təşəbbüs Platforması hər kəs üçün əsas sosial zəmanət əldə etmək naminə ümumi prioritetlər müəyyənləşdirən bir BMT sistemidir.

Azərbaycan dünya üçün nümunədir

Bütün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da Sosial Ədalət günü qeyd olunur. Sosial ədalətə nail olmaq üçün ölkəmizdə həyata keçirilən islahatları xüsusilə vurğulamalıyıq. Həyatımızın bütün sferalarını əhatə edən islahatlar öz nəticəsini verib. Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda nüfuz sahibinə çevrilən Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər ilk növbədə vətəndaşların mənafeyinə xidmət edir. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub.

Sosial Ədalət Günü bizə xatırladır ki, ədalət abstrakt anlayış deyil, gündəlik həyatımızda qəbul etdiyimiz qərarlarda, başqasının haqqına göstərdiyimiz hörmətdə və cəmiyyətə münasibətimizdə təcəssüm edir. Ədalətli dünya arzusu yalnız beynəlxalq tribunalarda deyil, hər bir insanın vicdanında başlayır. Sosial ədalətə doğru atılan hər bir addım - istər kiçik, istər böyük - daha bərabər və humanist gələcəyə xidmət edir...

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Fevral 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see389

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see309

Rəsmi valyuta məzənnələri 29.06.2026

29 İyun 2026 09:08see304

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see242

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see235

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see224

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see215

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see212

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see208

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see207

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see204

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see203

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see194

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see187

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see187

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see183

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see181

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see177

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see168

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri