Icma.az
close
up
RU
Dünya yeni dövrün çağırışları ilə üz üzədir

Dünya yeni dövrün çağırışları ilə üz üzədir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;


Azərbaycanda dövlət qurumları yavaş-yavaş süni intellekt layihələrinin reallaşmasına resurslar ayırmağa başlayıb


Qlobal iqtisadi böhran, silahlı münaqişələr, ərzaq çatışmazlığı və s. məsələlər dünyanı narahat edən əsas problemlərdir. Davos İqtisadi Forumunda da ilk növbədə bu məsələlər müzakirə predmetidir. Başlıca məqam bu platformanın mühüm problemlərin müzakirəsi xüsusundakı etibarlılığıdır. İqtisadi və siyasi sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların rəhbərlərinin toplaşdıqları Davos Forumu interaktiv dialoqlarla yanaşı, həm də qeyri-rəsmi təmasların gerçəkləşdirildiyi əlverişli müstəvidir. 

Önəmli məqamlardan biri də odur ki, 2025-ci ilin Davos Forumunun hədəflərində fərqlilik var. Əvvəlki bir neçə Forumda xüsusən süni intellekt, iqlim dəyişikliyi, insan kapitalı və texnoloji yeniliklər kimi mövzuların sadəcə müzakirəsi ön planda idisə, hazırda bu istiqamətlər üzrə konkret və strateji yanaşmaların müəyyənləşdirilməsi də əsas götürülür. Forumda ənənəvi mövzularla yanaşı, yeni dövrün çağırışları, texnoloji inqilab, süni intellektin (Sİ) təklif etdiyi imkanların yaratdığı təhlükələr və gələcəkdə transformasiya potensialı ilə bağlı müxtəlif formatlarda debatların keçirilməsi gələcək addımların müəyyənləşdirilməsində mühüm rol oynayır. Forum çərçivəsində “İntellektual əsrdə sənayelər” mövzusunda 120-dən çox natiqin təmsil olunduğu 30-dan çox sessiya keçirilib. Dünya İqtisadi Forumunun (DİF) keçirdiyi sorğuların nəticələrinə əsasən, rəhbər şəxslərin 83 faizi süni intellekti təşkilatları üçün strateji prioritet olaraq qəbul edirlər. Lakin müxtəlif sektorlar arasında süni intellektin tətbiqi və inkişafı səviyyələrində nəzərəçarpan fərqlər var. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədova bildirib ki, Forumda Sİ-nin enerji sektorunda rolu, xüsusilə neft və qaz hasilatında istehsalın artırılması və ətraf mühitə təsirin azaldılması yolları müzakirə olunur. Eyni zamanda, səhiyyə sahəsində süni intellektin tətbiqi ilə dərman istehsalı və xəstəliklərin daha effektiv diaqnozu təklif edilir: 


"Qida istehsalı və təchizat zəncirində proseslərin təkmilləşdirilməsində də süni intellektin rolu və dayanıqlı inkişaf təşəbbüsləri vurğulanıb. Spikerlər Sİ-nin biznes transformasiyasındakı rolu, şirkətlərin rəqəmsallaşmada üzləşdiyi çağırışlar və tərəfdaşlıqların əhəmiyyətindən danışıblar. Bulud texnologiyaları və Sİ vasitəsilə məlumatların idarə edilməsi, müştəri təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturun gələcək perspektivləri də diqqət mərkəzindədir. Qeyd olunub ki, bulud texnologiyalarında süni intellektin tətbiqi sürətlənsə belə, məlumat inteqrasiyası ilə bağlı problemlər var. Bildirilib ki, şirkətlərin 74 faizi süni intellektin genişmiqyaslı tətbiqi ilə bağlı çətinliklərlə üzləşir, yalnız 16 faiz qurumlar bu prosesə tam hazırdır. Sənayelər öz biznes strategiyalarını təkcə bu əsas texnoloji dəyişikliklərə görə deyil, həm də seysmik geoiqtisadi dəyişiklikləri nəzərə alaraq uyğunlaşdırmalıdırlar. Liderlər bu dərin və struktur dəyişikliklərə uyğunlaşmaq və onlardan tam yararlanmaq üçün yeni liderlik alətləri ilə təchiz olunmalıdırlar". A.Əhmədova bildirib ki, "Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması" mövzusunda panel müzakirədə avtomobil sənayesinin liderləri, siyasətçilər və ekspertlər elektrikli avtomobillərin təchizat zəncirlərinin optimallaşdırılması və davamlılığının təmin edilməsi məsələlərini müzakirə ediblər: "Elektrikli avtomobil bazarının sürətlə genişlənməsi ilə əlaqədar olaraq təchizat zəncirlərinin dayanıqlılığı və şəffaflığı daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Xüsusilə, batareya istehsalı üçün vacib olan xammalın, məsələn, litium və kobaltın etibarlı və etik mənbələrdən təmin edilməsi zərurəti vurğulanıb. Elektrikli avtomobillərin təchizat zəncirlərinin düzgün qurulması, həm də karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. Süni intellekt, kvant hesablaması, biotexnologiya, robototexnika və avtomatlaşdırma və digər sahələrdə irəliləyişlər çoxsaylı imkanlar təqdim etsə də, yeni texnologiyalar enerji tələbatını artırır. Sektorun elektrik enerjisinə tələbatı 2026-cı ildə 1000 teravat saata (TWh) çata bilər, halbuki bu gün bu rəqəm 460 TWh-dır. "İntellektual əsrdə sənayelər: Kriptovalyuta yol ayrıcında" panelində isə rəqəmsal aktivlər üçün perspektivlər və siyasət dəyişikliklərinin maliyyə sisteminə təsiri müzakirə olunub. Rəqəmsal aktivlərin, kriptovalyutaların qlobal maliyyə sisteminə sürətli, ucuz və səmərəli təsiri vurğulanıb. Qeyd olunub ki, kriptovalyutalar və blokçeyn texnologiyası bank xidmətlərinə çıxışı olmayan insanlar üçün əlverişli fürsətlər yaradır. İnsanlar öz maliyyə vəsaitlərini daha sərbəst idarə edə və müxtəlif iqtisadi imkanlardan yararlana bilirlər. Bu perspektiv texnologiyanın maliyyə sahəsində imkanlarını genişləndirsə də, dövlətlərin və maliyyə qurumlarının dəyişikliklərə reaksiyası müzakirə mövzusudur".

Ekspertin fikrincə, süni intellekt yalnız texnoloji bir alət deyil, həm də cəmiyyətlər, sənayelər və hökumətlər üçün strateji mexanizmlərin müəyyən olunmasında mühüm rol oynayır. Bu istiqamətdə fəaliyyətdə DİF öz tərəfdaşları vasitəsilə daha böyük təsirə nail olmaq üçün dövlət və özəl sektorun səylərini birləşdirir". 

Davosda “Enerjidə Süni intellekt həlləri” də müzakirə edilib. Forumda iştirak edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov DİF-in Enerji və Materiallar Mərkəzinin (Centre for Energy and Materials) Enerji Keçidi və Regional Akselerasiya üzrə rəhbəri Espen Mehlum ilə görüşüb. Görüşdə Forum ilə birgə həyata keçirilən “Enerjidə Süni intellekt həlləri” və icrası nəzərdə tutulan “Transitioning Industrial Clusters” (Keçid edən Sənaye Klasterləri) təşəbbüsü haqqında müzakirələr aparılıb. Sözügedən təşəbbüs 4 qitəni və 11 ölkəni əhatə edən 25-dən çox sənaye klasterini birləşdirir.


“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz dünya gündəmində müzakirə olunan süni intellektin Azərbaycanda hansı vəziyyətdə olmasından danışıb. Ekspert vurğulayıb ki, Azərbaycanda dövlət qurumları yavaş-yavaş süni intellekt layihələrinin reallaşmasına resurslar ayırmağa başlayıb: 


"2024-cü ildə bir neçə süni intellekt layihələri ilə üzrə tenderlər olub. İqtisadiyyat Nazirliyi “Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqi üçün proqram təminatının hazırlanması və əlaqədar xidmətlər” üçün vəsait ayırıb. Tenderin qalibi olmuş "Smart Solyuşns Group" şirkəti layihə çərçivəsində “Nitq analitik platforması”nın hazırlanmasını, məlumatların öyrənilməsi və təhlil işlərinin aparılmasını, ilkin sınaqların aparılmasını, böyük dil modelinin təlimini,  "Çatbot idarəetmə platforması" hazırlamalıdır. Mənzil İnşaatı Dövlət Agentliyi isə "Güzəştli mənzil" sistemi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi üçün vəsait ayırıb. RİSK şirkəti MİDA sisteminin dayanıqlığı və təhlükəsizliyinin təmin edilməsi üçün platforma hazırlayacaq. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi daha bir süni intellekt layihəsi, “Sənaye 4.0 Akselerasiya Mərkəzinin və Süni İntellekt Laboratoriyası”nın yaradılması üçün vəsait ayırıb. Bu layihəni "Bakinity distribution" şirkəti qazanıb. Şirkət Analitik sistem üçün "Vahid Saxlama Sistemi" - server və digər avadanlıqlar alacaq, laboratoriya quracaq. Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu isə "su ehtiyatlarının idarə olunmasında süni intellekt və digər innovativ həllərə dair "bootcamp"in təşkili xidmətinin satın alınması”na vəsait ayırıb. Xatırladıram ki, 2023-cü ildə yalnız bir süni intellekt əsaslı layihə tenderə çıxarılıb. Dövlət İmtahan Mərkəzi “Çağrı mərkəzi üçün süni intellekt əsaslı Səsli bot sisteminin satın alınması” layihəsini hazırlayıb. "Robotronics" şirkəti eyni anda daxil olan çoxsaylı zəngləri cavablandıra bilən sistem formalaşdırmalı, şifahi dialoq apara bilən bot üçün proqram təminatını hazırlamalı, süni intellekt sistemini yaratmalıdır. Həmçinin, data toplanmasını, zəng səs yazıları arxivi formalaşdırmalıdır. Artıq Azərbaycan Beynəlxalq Bankı və "Azercell"də də real olaraq işləyən süni intellekt əsaslı həllər tətbiq edilir. Əvvəllər ASAN-ın, Baş Prokurorluğun, Ali Məhkəmənin və s. bir çox qurumların da süni intellekt əsaslı layihələrinin olacağı haqqında mesajlar verilmişdi". 


O.Gündüz bəyan edib ki, Azərbaycanda süni intellekt sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AİLab və İqtisadiyyat Nazirliyinin 4SİM qurumları, Elm və Təhsil Nazirliyinin İS və İT İnstitutları, ADA və AzTU və bir neçə qurumlar məşğuldur:

"Ancaq süni intellekt sahəsi üçün vacib olan, hamı üçün əlçatan olan təkmil bir Dil Korpusu indiyədək mövcud deyil. Milli Dil Korpusunun yaradılması ilə AMEA-nın Dilçilik İnstitutu, ETN-in İS (keçmiş Kibernetika) və İnformasiya Texnologiyaları İnstitutunun birgə iş apardığı bildirilsə də, hələlik ortada heç nə yoxdur. Bildiyim qədər hazırda ölkədə süni intellekt sahəsindəki həllər və tədqiqatlar üçün hamıya əlçatan olan, dövlət və özəl sektorun, elmi-tədqiqat sahəsinin bəhrələnməsi üçün vacib olan Super Kompüter Mərkəzinin formalaşdırılmasına da start verilib. Azərbaycanda iki qurum, RİNN və İN süni intellektin, data sahəsinin inkişafı ilə bağlı konseptual sənəd layihəsi hazırladıqlarını açıqlayıblar. İki il öncə süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri ölkəyə cəlb etmək məqsədilə Süni İntellekt Alyansı formalaşmışdı. Ümid edirəm, müvafiq qurumlar süni intellektin inkişafı sahəsindəki səylərini gücləndirəcəklər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Yanvar 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri