Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Dünya yeni epidemiya ilə üz üzədir: YALNIZLIQ

Dünya yeni epidemiya ilə üz üzədir: YALNIZLIQ

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ÜST-ün məlumatına görə, bu gün dünyada hər altı nəfərdən biri xroniki yalnızlıq yaşayır

Mütəxəssislər xəbərdarlıq edir ki, yalnızlıq siqaret çəkmək, piylənmə və fiziki hərəkətsizlik qədər ciddi ölüm riski yaradır

Dünyanın elmi ədəbiyyatında “Yalnızlıq epidemiyası” (Loneliness Epidemic) kimi tanınan, səssiz, lakin təsiri çox dərin olan bir problemlə qarşı-qarşıya qaldığını bildirən türk dosent Berke Kırıkkanat deyib ki, araşdırmalar 18–25 yaş qrupunda yalnızlıq səviyyəsinin bəzi ölkələrdə 60 faizə çatdığını göstərir. Onun sözlərinə görə, bu, “heç kimim yoxdur” yalnızlığı deyil, insanın cəmiyyət içində anlaşılmamaq və emosional güvənsizlik hissi keçirməsidir.

Sherg.az xəbər verir ki, dosent Oğuzhan Zahmacıoğlu isə yalnızlığın klinik təsirlərinin artıq gözardı edilə bilməyəcək səviyyəyə çatdığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu gün dünyada hər altı nəfərdən biri xroniki yalnızlıq yaşayır. Mütəxəssislər xəbərdarlıq edir ki, yalnızlıq siqaret çəkmək, piylənmə və fiziki hərəkətsizlik qədər ciddi ölüm riski yaradır.

ÜST-ün 2025-ci il hesabatına görə, yalnızlıq və sosial izolyasiya dünyada ildə təxminən 871 min insanın ölümünə səbəb olur.

“Yalnızlıq təkcə ruhu deyil, bədəni də xəstələndirir”

Psixiatriya üzrə mütəxəssis dosent Oğuzhan Zahmacıoğlu isə bildirib ki, son illərdə aparılan genişmiqyaslı tədqiqatlar yalnızlığın təkcə psixoloji hal olmadığını göstərir.

Onun sözlərinə görə, yalnızlıq ürək xəstəlikləri, diabet, demensiya və erkən ölüm riskini ciddi şəkildə artırır. Bu vəziyyət beyində daimi təhlükə hissi yaradır, stress hormonu olan kortizolun səviyyəsi yüksəlir, immun sistemi zəifləyir və bədən uzun müddət stres vəziyyətində qalır.

2025–2026-cı illərdə dərc edilən elmi araşdırmalara görə:

yalnız insanlarda demensiya riski təxminən 50%,

ürək xəstəliyi riski 29%,

insult riski isə 32% artır.

Həmçinin tək yaşayan və özünü yalnız hiss edən insanlarda erkən ölüm riski də əhəmiyyətli dərəcədə yüksəlir.

“Gənclər izdiham içində təkdir”

Yalnızlıq deyəndə adətən yaşlı insanlar yada düşsə də, son məlumatlar əsas risk qrupunun gənclər olduğunu göstərir.

Psixologiya üzrə mütəxəssis Berke Kırıkkanat bu vəziyyəti “Müasir yalnızlıq paradoksu” adlandırır. O bildirib ki, gənclər daim onlayn və əlaqədə olsa da, bu əlaqələr dərin və emosional deyil.

Araşdırmalar göstərir ki, 18-25 yaş qrupunda yalnızlıq səviyyəsi bəzi ölkələrdə 60 faizə çatır. Bu isə insanın “heç kimim yoxdur” hissindən çox, izdiham içində anlaşılmamaq və emosional güvən hissinin olmaması ilə bağlıdır.

Süni intellekt və sosial medianın təsiri

2025-2026-cı illərdə yalnızlıqla mübarizə üçün süni intellekt əsaslı söhbət proqramları və rəqəmsal “yoldaşlar” geniş yayılıb. Bəzi araşdırmalar bu vasitələrin qısa müddətdə yalnızlıq hissini azaltdığını göstərsə də, mütəxəssislər ehtiyatlı yanaşmağı tövsiyə edirlər.

Kırıkkanat bildirir ki, süni intellekt insanlara “dinlənilirəm” hissi verə bilər, lakin bu real münasibətləri əvəz edə bilməz. Həddindən artıq istifadə isə sosial bacarıqların zəifləməsinə və insanın real həyatdan uzaqlaşmasına səbəb ola bilər.

“Yalnızlıq şəxsi zəiflik deyil”

ÜST və OECD hesabatlarına görə, yalnızlıq problemi yalnız fərdi terapiya və şəxsi səylərlə həll edilə bilməz. Mütəxəssislər hesab edir ki, problem fərdlərdə deyil, müasir həyat tərzinin strukturunda yaranır.

Bu səbəbdən həll yolları səhiyyə sistemi, şəhər planlaşdırılması, təhsil siyasəti və sosial həyat kimi geniş sahələri əhatə etməlidir.

Bəzi ölkələrdə tətbiq edilən “sosial reseptləndirmə” modelləri bu yanaşmanın nümunəsi sayılır. Bu model insanların ictimai fəaliyyətlərə və sosial mühitlərə qoşulmasını təşviq edərək yalnızlıq hissini azaltmağı hədəfləyir.

Dosent Zahmacıoğlu qeyd edib ki, yalnızlıq xarakter qüsuru deyil, müasir həyatın yaratdığı struktur problemdir.

Dosent Kırıkkanat isə əlavə edib ki, cəmiyyət olaraq bizə daha çox əlaqə deyil, daha mənalı və dərin münasibətlər lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Mart 2026 03:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri