Icma.az
close
up
RU
Dünya yeni “Türk NATO”su ilə üz üzədir POLİTOLOQ

Dünya yeni “Türk NATO”su ilə üz üzədir POLİTOLOQ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

TDT-nin vahid güc mərkəzi kimi çıxış etməsi müasir geosiyasi reallıqların diktəsidir


Oktyabrın 6-7-də Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşünə ev sahibliyi etdi. İki gün davam edən tədbir türk liderlərini bir araya gətirərək, gələcək strateji istiqamətlərin müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynadı. "Regional sülh və təhlükəsizlik" devizi ilə keçirilən Zirvə görüşü geosiyasi gərginliklərin artdığı bir dövrdə türkdilli ölkələrin vahid mövqedən çıxış etməklə sabitlik və kollektiv təhlükəsizliyə töhfə verməsinin göstəricisi oldu. Toplantıda siyasi, iqtisadi, nəqliyyat, müdafiə və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə qərarlar qəbul edildi. Xüsusilə Orta Dəhliz və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu idi. Qəbələ Zirvəsi türk birliyinin möhkəmlənməsi, TDT-nin beynəlxalq nüfuzunun artması və inteqrasiyanın yeni mərhələyə keçidi baxımından əlamətdar oldu. 

Prezident İlham Əliyev Sammitdə çıxışında təşkilatın ortaq dəyərlərə əsaslanaraq siyasi, iqtisadi və hərbi gücü ilə qlobal arenada strateji mərkəzə çevrildiyini vurğuladı. Dövlət başçısının çıxışı təkcə Azərbaycanın regional liderlik iddialarını deyil, eyni zamanda TDT-nin qlobal arenada artan rolunu və təşkilatın gələcək prioritetlərini əks etdirdi. Ölkə rəhbərinin vurğuladığı əsas tezislərdən biri TDT-nin artıq "sadəcə əməkdaşlıq platforması" olmayıb, "ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşması"dır. Bu ifadə təşkilatın keçdiyi əhəmiyyətli təkamülü əks etdirir. TDT-nin beynəlxalq nüfuzunun artması bir sıra obyektiv amillərə - daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali strukturu, nəqliyyat-logistika sahəsində böyük imkanlar və zəngin təbii resurslara əsaslanır. Azərbaycanın təşkilata 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi isə ölkənin TDT-nin institusional güclənməsinə verdiyi əhəmiyyəti göstərir. Zirvə görüşlərinin iki formatda - rəsmi və qeyri-rəsmi - keçirilməsinin ənənəyə çevrilməsi, türk diplomatiyasının çevikliyini və effektivliyini artıran mühüm yenilikdir. Eyni zamanda Azərbaycanın 2026-cı ildə TDT üzvü ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi təşkilat daxilində müdafiə sahəsində əməkdaşlığın yeni səviyyəyə qaldırılması cəhdidir. 2024-2025-ci illərdə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib.


Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a deyib ki, Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzi kimi çıxış etməsi müasir geosiyasi reallıqların diktə etdiyi zərurətdir. Siyasi şərhçinin sözlərinə görə, müasir geosiyasi şəraitdə əsas güc mərkəzləri arasında dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi, dünyanın kəskin və sürətlə qütbləşməsi prosesi gedir: 


"ABŞ və Avropa ilə Rusiyanın geosiyasi qarşıdurmasına Çinin qoşulması yeni qlobal və regional güc mərkəzlərinin formalaşmasını şərtləndirir. Türk dövlətlərinin coğrafiyası geosiyasi maraqların daha çox toqquşduğu məkandır. Yaxın Şərqdə İsrailin təcavüzkar siyasəti, İranın diplomatik fəallığının artması da nəzərə alınmalı olan məqamlardandır. Belə bir şərait Türk dünyasının bir araya gələrək vahid güc mərkəzi kimi çıxış etməsini aktuallaşdırır. Türk dövlətlərinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi geosiyasi rəqabətə davam gətirmək baxımından praktiki olaraq qeyri-mümkündür. Türk dünyası yalnız vahid güc mərkəzinə çevrilməklə bu geosiyasi mübarizədən sağ-salamat çıxa, ümumi maraqlarını təmin edərək regional siyasətdə aktiv bir aktora çevrilə bilər və birgə maraqlarını digər güc mərkəzləri tərəfindən nəzərə alınmağa məcbur edə bilər".


Həmsöhbətimiz hesab edir ki, Türk Dövlətləri Təşkilatının üzvləri arasındakı münasibətlər dövlətlərarası əlaqələrin bütün mümkün sahələrini, o cümlədən hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsini də nəzərdə tutur: 

"İndiyə kimi Azərbaycan ilə Türkiyə və digər türk dövlətlərinin iştirakı ilə birgə bir neçə hərbi təlimlər keçirilib. Lakin bu hərbi təlimlər ikitərəfli xarakter daşıyır. Qəbələ sammitində isə təşkilatın bütün üzvlərinin iştirakı ilə çoxtərəfli hərbi təlim keçirilməsi təklif olunur. Bu da türk dövlətləri arasında siyasi və hərbi əməkdaşlığın yeni bir mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Birgə təlimlər türk dövlətlərinin silahlı qüvvələrinin peşəkarlığını artırar, birgə fəaliyyətinin əlaqələndirilməsi təcrübəsini formalaşdırar, orduların maddi-texniki və silahla təchizatında vahid standartların yaranmasına kömək edər. Əlbəttə, birgə təlimlərin keçirilməsi hələ vahid ümumtürk hərbi ittifaqının yaradılması demək deyil. Lakin birgə təlimlərin keçirilməsi ümumtürk hərbi ittifaqının (bəzi dairələrdə "Türk NATO"su da adlandırılır - red) yaradılması yolunda ilk addımlardan biri ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu gün türk dövlətləri içərisində hərbi cəhətdən daha çox inkişaf etmiş Türkiyə NATO-nun üzvüdür. Azərbaycan ikitərəfli hərbi əməkdaşlığa üstünlük verməklə heç bir hərbi blokda təmsil olunmur. Mərkəzi Asiyanın Türk dövlətləri isə "rus NATO-su" adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvləridir. Ona görə də ümumtürk hərbi ittifaqının yaradılması nə qədər arzuedilən olsa da, yaxın perspektivdə gerçəkləşməsi çətin görünür. Bu gerçəkləşmə uzaq perspektivdə olsa da, ABŞ-ni, Avropanı, Rusiyanı, Çini, İsraili və İranı indidən qorxu bürüyüb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri