Icma.az
close
up
RU
Dünyaca məşhur “Palgrave Macmillian” nəşriyyatı Heydər Əliyev haqqında akademik kitab nəşr etdi FOTO

Dünyaca məşhur “Palgrave Macmillian” nəşriyyatı Heydər Əliyev haqqında akademik kitab nəşr etdi FOTO

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dünyanın ən nüfuzlu nəşriyyat evlərindən biri olan“Palgrave Macmillian” tərəfindən Azərbaycan xalqınınUlu Öndəri Heydər Əliyev haqqında akademik kitabnəşr edilib. Yuta Universitetinin professoru M. HakanYavuz, Tennessi Texnologiya Universitetinin professoruMaykl M. Qanter və Humboldt Universitetinindoktorantı Şamxal Əbilovun redaktorluğu ilə çap edilmiş“Heydar Aliyev and the Foundations of Modern Azerbaijan” adlı bu kitab müasir Azərbaycan dövlətininmemarı Heydər Əliyevin siyasi irsini və liderlik dövrünüəhatə edən dərin təhlillər təqdim edir.
Kitab 12 bölmədən ibarət olub ABŞ, Rusiya, Belçika, Almaniya, Türkiyə, Azərbaycan, Cənubi Koreya kimiölkələrin nüfuzlu universitetlərində və tədqiqatmərkəzlərində çalışan alimlərin məqalələrini özündəehtiva edir. Əsər Heydər Əliyevin 1993–2003-cü illəriəhatə edən rəhbərlik dövrünü – Azərbaycanın müstəqildövlət quruculuğu prosesini, milli kimlik və  dövlətçilik konsepsiyasının yenidən formalaşdırılmasını və Ermənistanın işğal etdiyi ərazilərin azadlığı üçüntəhlükəsizlik strukturunun yaradılmasını elmi baxımdanaraşdıran ən əhəmiyyətli akademik mənbələrdən birikimi qiymətləndirilir.
Kitabda Heydər Əliyevin rəhbərliyi altındaAzərbaycanın məqsədyönlü strategiyası, idarəetməmodeli və təhlükəsizlik siyasəti detallı şəkildə araşdırılır. Bu dövr Azərbaycanın siyasi sabitliyinin, iqtisadiinkişafının, geosiyasi strategiyasının və beynəlxalqarenada mövqeyinin gücləndirilməsi ilə yadda qalıb. Eyni zamanda, əsər Azərbaycan Respublikasının caridövlətçilik modelinin formalaşması proseslərini həmdaxili, həm də beynəlxalq kontekstdə analiz edir.
Sözügedən kitabda Azərbaycanın siyasi mədəniyyəti, iqtisadi inkişafı, diplomatik əlaqələri, media vəmədəniyyət, tarix, texnologiya, hərb və təhlükəsizliksahələrində əldə etdiyi nailiyyətlərə dair geniş təhlillərtəqdim edilir. Həmçinin təhsil və xarici siyasətə dairəhəmiyyətli məsələlər də bu fundamental araşdırmanınəsas mövzularındandır.
Məzmun baxımdan kitabın əhatə etdiyi mövzularolduqca zəngindir. Belə ki, Azərbaycanın son ikiyüzillikdəki tarixi proseslərindən bəhs edilən girişhissəsindən sonra verilmiş ikinci fəsildə HeydərƏliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığısiyasət ətraflı şəkildə araşdırılır və onun liderliyidövründə dövlətin formalaşması və millət quruculuğuprosesini işıqlandıran mühüm suallar cavablandırılır. Bundan əlavə, Heydər Əliyevin dövlətə və onun sosial-siyasi mənzərədəki mühüm roluna dair baxışlarının təhliledildiyi bu fəsildə onun milli kimlik anlayışına dair incəyanaşması təqdim edilir.
Üçüncü fəsildə Heydər Əliyev irsi Şarl de Qoll vəAvraam Linkoln kimi ikonlaşmış dünya liderləri iləmüqayisəli təhlil edilərək daha kiçik bir ölkədəngəlməsinə baxmayaraq, Heydər Əliyevin bu kimimötəbər şəxsiyyətlər sırasında əhəmiyyətli yer tutduğuvurğulanır. Eynilə, çətin dövrlərdə öz dövlətləriningələcəyini təmin edən xilaskar obrazı qazanmış Şarl de Qoll və Avraam Linkoln kimi Heydər Əliyevin də siyasieniş dövründən sonra böyük qayıdış edərəkAzərbaycanın milli lideri kimi tanınması və xalqınqoruyucu simvoluna çevrilməsi bu fəsildə analiz edilir.
Dördüncü fəsil Heydər Əliyevin siyasi bioqrafiyasınadair daha geniş tədqiqatın bir hissəsi kimi Rusiyaarxivlərinə istinad edir. Bu fəsildə Mixail Qorbaçovunyenidənqurma və aşkarlıq siyasətinin ermənimillətçilərinə Qarabağ hərəkatını başlatmaq üçünəlverişli şərait yaratdığı qeyd edilir. Burada həmçininSSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü olan HeydərƏliyevin nüfuzdan salınması istiqamətində aparılan kampaniyaya, ermənilərin Qarabağ siyasətininqarşısında duran ciddi maneə hesab edilən Ümummillilideri SSRİ-nin ali hakimiyyət orqanındanuzaqlaşdırmaq cəhdlərinə də yer verilib.
Növbəti fəsil Heydər Əliyevin müdrik dövlət quruculuğustrategiyalarına həsr olunub. Xüsusilə, bu fəsildə “Əsrinmüqaviləsi” kimi tanınan mühüm enerji sazişlərininAzərbaycanın müstəqilliyinin möhkəmləndirilməsindəki əhəmiyyəti rolu araşdırılır.
Bu sazişlərin təkcə institusional quruculuğu stimullaşdırmaqlakifayətlənmədiyini həm də ölkədə özəl sahibkarlığıninkişafı üçün zəruri konstitusion təməli təmin etdiyi göstrəilmiş və eləcə də Azərbaycanın beynəlxalq arenadaiqtisadi və siyasi nüfuzunun artmasına və ölkəniniqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmətetdiyi analiz edilmişdir.
Altıncı fəsil Azərbaycanın milli təhlükəsizliyi və xaricisiyasətinin əsas məsələlərindən biri olan Qarabağmünaqişəsindən bəhs edir. Fəsildə Heydər ƏliyevinQarabağ münaqişəsi ilə bağlı siyasətinin əsas prinsiplərivə bölgəyə dair baxışları təhlil olunur. MünaqişəninAzərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yollarıaraşdırılır. Fəsildə Heydər Əliyevin strateji səbirliliksiyasəti, diplomatik və iqtisadi vasitələrdən istifadəedərək ölkənin mövqeyini gücləndirmək cəhdləri təqdimedilir. Həmçinin Heydər Əliyevin münaqişənin həllindəhərbi yanaşmanın kifayət etmədiyini, beynəlxalqtəşkilatlarla əməkdaşlıq və beynəlxalq hüquqprinsiplərinə əsaslanan siyasət yürütməsinin detallarıaçıqlanır. Onun bu yanaşmasının milli təhlükəsizliyintəmin edilməsi və ərazi bütövlüyünün bərpasınayönəlmiş uzunmüddətli strategiyanın bir hissəsi olduğuvurğulanır.
Yeddinci fəsil Heydər Əliyevin xarici siyasətinəhərtərəfli baxış təqdim edir. Fəsildə onun xaricisiyasətdəki əsas məqsədləri və bu məqsədlərə çatmaqüçün tətbiq etdiyi metodlar araşdırılır. Təhlillər HeydərƏliyevin xarici siyasətində Azərbaycanın siyasimüstəqilliyini qorumağı və ərazi bütövlüyünü təminetməyi əsas prioritetlər kimi müəyyənləşdirir. Fəsildəonun xarici siyasət strategiyasının yalnız münaqişələrinhəllinə deyil, eyni zamanda Azərbaycanı regiondaetibarlı tərəfdaşa çevirmək məqsədinə xidmət etdiyivurğulanır. Xarici təzyiqlərə qarşı dayanıqlılıq nümayişetdirərək Azərbaycanın beynəlxalq mövqeyinigücləndirmək və müstəqilliyini möhkəmləndirməkistiqamətində əldə edilən uğurların təhlili təqdim olunur.
Heydər Əliyevin xarici siyasət doktrinası Rusiya, ABŞ, İsrail, İran və Türkiyə ilə münasibətlərin inkişafındamühüm rol oynayıb. Bu istiqamətdə aparılan tədqiqatınyekun hissəsi göstərir ki, Heydər Əliyevin xarici siyasətiAzərbaycanın milli maraqlarının qorunması vəbeynəlxalq arenada nüfuzunun artırılması məqsədinigüdürdü.
Bu baxımdan kitabın səkkizinci fəsli Azərbaycanın1993-cü ildən əvvəlki xarici siyasətinin Rusiya iləmünasibətlərə təsirini və Heydər Əliyevin 1993-cü ildənsonrakı dövrdə iki ölkə arasında əlaqələri gücləndirməküçün atdığı addımları təhlil edir. Bu dövrdə Rusiya iləmünasibətlərin inkişafına təsir göstərən amillər vəHeydər Əliyevin bu istiqamətdə apardığı siyasət genişşəkildə araşdırılır.
Doqquzuncu fəsildə Azərbaycan-ABŞ münasibətləritəhlil edilir. Xüsusilə, “Azadlığa Dəstək Aktı”nın 907-ci bölməsinin təsiri diqqət mərkəzində tutularaq bu dövrdəHeydər Əliyevin əsas məqsədinin qlobal güclər arasındatarazlıq yaradaraq Azərbaycanın milli maraqlarınıqorunması istiqamətindəki siyasəti analiz edilir.


Növbəti fəsil Heydər Əliyev dövründə Azərbaycan-İsrailmünasibətlərinin inkişafını əhatə edir. Bu əlaqələrinsiyasi və iqtisadi amillər əsasında formalaşdığıvurğulanır. Məhz bu dövrdə iki ölkə arasında stratejitərəfdaşlığın qurulduğu və bunun da Azərbaycanınbeynəlxalq mövqelərinin gücləndirilməsinə xidmətetdiyi oxucuların diqqətinə çatdırılır.
On birinci fəsil Heydər Əliyev dövründə Azərbaycan–İran münasibətlərinin əsaslarını və inkişaf dinamikasınıəhatə edir. Burada İranın Qarabağ münaqişəsinə dairmövqeyinin Azərbaycan–İran münasibətlərinə təsirigeniş şəkildə araşdırılır. Bu fəsildə Heydər Əliyevinİranla əlaqələri möhkəmləndirmək üçün tətbiq etdiyisiyasət və qarşılaşdığı çətinliklər təhlil edilir.
Və nəhayət, son fəsil olan on ikinci fəsil HeydərƏliyevin Türkiyə ilə əlaqələrə xüsusi əhəmiyyətverdiyini göstərərək Türkiyəni Azərbaycanın əsasmüttəfiqi kimi qəbul etdiyini diqqətə çatdırır.
İki qardaşölkə arasında mədəni, siyasi və iqtisadi münasibətlərinəsaslarının təhlil edildiyi bu fəsildə xüsusilə HeydərƏliyevlə Türkiyənin o dövrdəki prezidenti SüleymanDəmirəl arasında qurulan şəxsi dostluq əlaqələrinin ikiölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirdiyivurğulanaraq bu əlaqələrin Azərbaycanın siyasimüstəqilliyinin qorunmasına və ölkə vətəndaşlarınınrifahının yüksəldilməsinə xidmət etdiyi göstərilib.
Alimlər, siyasətçilər və tədqiqatçılar tərəfindən dəyərlivə unikal mənbə kimi təqdim edilən “Heydar Aliyev and the Foundations of Modern Azerbaijan” kitabınıAzərbaycanın tarixi və inkişafı ilə maraqlanan hər kəs“Amazon” və digər aparıcı onlayn platformalardan əldəedə bilər.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see246

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see199

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see135

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see131

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see129

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see127

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see127

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see127

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri