Ağdamda yaradıcı master klas təşkil olundu FOTO
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzinin dəhlizində təsviri sənət üzrə master-klas keçirilib.
Redaktor.az xəbər verir ki, Ağdam şəhər məktəbliləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin müəllimi Ziyafət Aslanlı və peşəkar rəssam Zöhrab Dadaşovun verdiyi istiqamətlə rəsm bacarıqlarını nümayiş etdiriblər.
Uşaqlar əsasən Ağdamın təbii gözəlliklərini, tarixi-mədəni irsini və müasir inkişafını təsvir ediblər.
Ustad dərsinin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət nazirinin müavini Murad Hüseynov uşaqların əl işləri ilə tanış olublar. Uşaqlar çəkdikləri rəsm barədə məlumat veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Noyabr 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















