Icma.az
close
up
RU
Dünyada dizel yanacağı ucuzlaşacaq

Dünyada dizel yanacağı ucuzlaşacaq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş verən telefon söhbətindən sonra dünya bazarında dizelin qiyməti 5 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, prezidentlər arasında baş tutan telefon söhbətindən sonra ABŞ Maliyyə Nazirliyi xüsusi lisenziya imzalayaraq 7 aprel 2027-ci ilə kimi Rusiyaya dünya bazarına dizel yanacağı ixrac etməyə icazə verib.

ABŞ analitikləri bunun siyasi qərar olduğunu bildirərək qeyd edirlər ki, noyabrda Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində yanacağın qiymətinin artması ilə əlaqədar olaraq bütün istehlak mallarının qiyməti və inflyasiya artıb. Yaxın Şərqdə İrana qarşı aparılan hərbi əməliyyatların nəticəsi Hörmüz boğazının bağlanması və dünya bazarına neft təchizatının dayanması ilə nəticələndi ki, bu da Avropa ilə yanaşı ABŞ-nin özündə də neft və neft məhsullarının bahalaşmasına və əhalinin narazılığına səbəb oldu.

Payız mövsümündə ABŞ-də dizelə tələbat xüsusilə artır. Təsadüfi deyil ki, Rusiyaya qarşı xoşməramlı addımına görə bir sıra tənqidlərə cavab verən Prezident D.Tramp bildirib: “Mənim üçün vacib olan ABŞ fermerlərinin və uzaq məsafələrə yük daşıyan maşınlarının həyata keçirdiyi işdir”.

Dizelin qiymətinin artması ABŞ-də kənd təsərrüfatının fəaliyyətini demək olar ki, yavaşladıb. Bu da gələn il üçün ərzaq məhsullarının qiymətinin kəskin artmasına səbəb ola bilərdi. Bu səbəbdən ABŞ administrasiyası Rusiyaya tətbiq etdiyi sanksiyanı müvəqqəti ləğv edib. Hazırda Rusiya dünya bazarına 300 min, noyabrda 500 min, daha sonra isə 1 milyon ton dizel yanacağı ixrac etməyə hazırlaşır.

ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına əsasən, Rusiya dizel yanacağını ixrac etməyə başladıqda qiymətlər daha da aşağı düşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri