Dünyada ən çox hansı ət yeyilir? Cavab təəccübləndirəcək
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Toyuq əti dünyada ən çox istehlak olunan ət növü olub və onun qlobal populyarlığının yaxın illərdə də artacağı gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Financial Times yazıb. Nəşrin məlumatına görə, 2023-cü ildə dünyada 76,2 milyard toyuq yetişdirilib. 2006-cı ildə isə bu göstərici 48,3 milyard olub.
Toyuq istehsalının artımında əsas pay Asiya-Sakit okean regionunun, daha sonra isə Amerika və Avropanın payına düşür. Çin və ABŞ birlikdə qlobal toyuq ətinə olan tələbatın təxminən üçdə birini formalaşdırır.
Nəşr qeyd edir ki, XX əsrin böyük hissəsində nisbətən bahalı və məhdud istehlak olunan toyuq əti XXI əsrdə dünyanın əsas protein mənbələrindən birinə çevrilib. Ekspertlər isə “toyuq zirvəsi”nin hələ keçilmədiyini düşünürlər.
Toyuq ətinin populyarlığının əsas səbəbləri arasında onun digər ət növləri ilə müqayisədə daha münasib qiyməti, yemə çevirmə səmərəliliyi, sürətli yetişdirilməsi və müxtəlif mətbəxlərə asan uyğunlaşması göstərilir.
Bundan başqa, toyuq əti donuz və mal ətindən fərqli olaraq daha az mədəni və dini məhdudiyyətlə üzləşir. Bu xüsusiyyət onun dünyanın müxtəlif ölkələrində geniş yayılmasına imkan verib.
Financial Times yazır ki, 2022-ci ildə toyuq əti istehsal həcminə görə donuz ətini də geridə qoyub. Son illərdə qlobal toyuq istehsalının artım tempi də sürətlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 27 Avqust 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















