Icma.az
close
up
RU
Azərbaycanda ət yeyənlərin sayı artıb Ən çox TOYLARDA YEYİLİR

Azərbaycanda ət yeyənlərin sayı artıb Ən çox TOYLARDA YEYİLİR

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Azərbaycan əhalisi əvvəlki illərlə müqayisədə daha çox ət yeyir. 

Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında əks olunub. 

Azərbaycanda son 3 ildə ət və ət məhsullarının (2022,2023,2024) adambaşına illik istehlakı 42,1 kq-dan, 44,9 kq-ya yüksəlib. 

İllər ərazində ət istehlakı artsa da, onunla bərabər qiymətlər də artıb. Bu gün mal əti 15-16 manata, qoyun əti isə 20-22 manata təklif olunur. İllik 44,9 kiloqram ət istehsalı isə ayda orta hesabla 3,7 kq, həftədə isə təxminən 1 kg ət deməkdir. 

Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 1043,6 manat, minimum əmək haqqı isə 400 manat müəyyənləşib. 1 ailədə 4 nəfərin yaşadığını nəzərə alsaq, ayda 15 kiloqrama yaxın ət istehlakı olunduğunu söyləmək olar.  Bu da, təxminən 225-330 manat edir.

Ət istehlakının artması minimum əmək haqqının yüksəlməsi ilə bir qədər bağlı olsa da, onunla yanaşı qiymətlər də artıb.

Minimum əmək haqqı ilə çalışan bir neçə vətəndaş bildirir ki, onlar hər ay iki dəfə ət ala bilirlər. 

“Ailədə 3 nəfərik. Mən və yoldaşım çalışsaq da, ayda iki dəfə ət almağa gücümüz çatır. Qəssablar onu da sümüklə çəkirlər”. 

Sakinlər mal, xüsusən qoyun ətinin bahalığından şikayətlənir, ətin ucuz olduğu vaxtlarda daha çox istehlak etdiklərini deyirlər. 

“Hər il mal və qoyun ətinin qiyməti artır. Hər yerdə də, bir qiymətə satılır. Yayda ehtiyat etdiyimiz üçün də, güvəndiyimiz və yaxud biraz baha qiymətə satılan yerlərdən ət alırıq”. 

Ət istehlakının ən yüksək olduğu məkanlardan biri toy süfrələridir.

“Ayıbdır, süfrə zəif olmasın” düşüncəsi ilə ailələr minlərlə manatı borca götürürüb, şad günlərində 5-7 növ ətli yeməklər təqdim edirlər. Amma çox zaman müşahidə edib görürük ki, toydan sonra həmin ailənin gündəlik süfrəsində ət yox, bəzən sadəcə makaron və kartof olur. 

Digər tərəfdə isə şəhər restoranlarında ətlərlə zəngin italyan, fransız mətbəxlərinə dair yeməklər təqdim olunur. Sözsüz ki, həmin restoranları da gün ərzində dolu görmək mümkündür. Bu iki süfrə arasında bütövlükdə sinfi fərq dayanır.  

Ət yeməyə meyilli xalq olsaq da, bəs “rifah göstəricisi” kimi qəbul olunan ətin sağlamlığımıza zərəri varmı? Xüsusən də isti aylarda. 

Dietoloqların fikrincə, qırmızı ət istehsalı xolesterini artırır, ürək-damar xəstəlikləri, xərçəng və obezitə risklərini artırır. 

Ət və ət məhsullarının əksinə paxlalı bitkilərin (noxud, mərcimək və s.) istehlakının 2022-ci ildə 3,1 kq-dan 2024-cü ildə 2,9 kq-a endiyini görürük. Halbuki bu məhsullar həm sağlamlıq baxımından faydalıdır, həm də daha ucuz protein mənbəyidir. 

Bütün bu rəqəmlərə baxmayaraq, cəmiyyətin qida mədəniyyəti anlayışında ət hələ də “status” rəmzini daşıyır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri