Dünyada ən çox mineral istehsal edən 25 ölkə Siyahı
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünya üzrə mineral istehsalının yarıdan çoxu bir neçə ölkənin payına düşüb.
Yeniavaz.com Avstriya Maliyyə Nazirliyinin məlumatları əsasında hazırlanan hesabata istinadən xəbər verir ki, Çin 5,3 milyard metrik ton hasilatla qlobal mineral istehsalında birinci olub.
Minerallar enerji sistemləri, tikinti, istehsal və qabaqcıl texnologiyalar üçün əsas xammal mənbələrindən hesab olunur. Lakin qlobal mineral istehsalı əsasən böyük təbii ehtiyatlara və geniş qazıntı yanacağı sənayesinə malik ölkələrdə cəmləşir.
Dünya üzrə ümumi illik mineral istehsalı 19,857 milyard metrik ton təşkil edib. Hesablamalara metallar, boksit və almaz kimi sənaye mineralları ilə yanaşı, kömür, xam neft və təbii qaz kimi mineral yanacaqlar da daxildir.
Burada göstəricilər istehsalın həcminə, yəni metrik tona əsaslanır. Buna görə də reytinq mineral hasilatının maliyyə dəyərini deyil, ümumi çəkisini göstərir. Məsələn, böyük həcmdə hasil edilən kömür ümumi tonajda qızıl kimi qiymətli metallardan daha böyük paya malik olur.
Çin 2024-cü ildə 5,34 milyard metrik ton mineral istehsal edib. Bu, dünya üzrə ümumi istehsalın 26,9 faizi deməkdir. Çinin hasilatında kömür əsas yer tutur və ölkənin illik kömür istehsalı təxminən 4,8 milyard metrik tona çatıb.
ABŞ 2,4 milyard metrik ton hasilatla ikinci sırada qərarlaşıb və qlobal istehsalın 12,1 faizini təşkil edib. ABŞ-nin yüksək göstəricisində xam neft və təbii qaz hasilatının böyük həcmi mühüm rol oynayır.
İlk beşlikdə Rusiya, Hindistan və Avstraliya da yer alıb. Rusiya qazıntı yanacaqları, qızıl və əsas metalların böyük istehsalçılarındandır. Hindistan dünyanın ən böyük kömür istehsalçılarından biridir. Avstraliya isə boksit, dəmir filizi və litium istehsalında aparıcı ölkələr sırasındadır.
İlk 10-luqda İndoneziya, Səudiyyə Ərəbistanı, Kanada və İran da yer alır. İndoneziya həm böyük qazıntı yanacağı istehsalçısı, həm də dünyanın əsas nikel istehsalçılarından biridir.
Dünyda ən çox mineral hasil edən 25 ölkə belə olub:
Çin – 5 341,4 milyon metrik ton (26,9%)
ABŞ – 2 397,4 milyon metrik ton (12,1%)
Rusiya – 1 566,6 milyon metrik ton (7,9%)
Hindistan – 1 413,8 milyon metrik ton (7,1%)
Avstraliya – 1 332,4 milyon metrik ton (6,7%)
İndoneziya – 941,9 milyon metrik ton (4,7%)
Səudiyyə Ərəbistanı – 620,0 milyon metrik ton (3,1%)
Kanada – 570,2 milyon metrik ton (2,9%)
İran – 540,3 milyon metrik ton (2,7%)
Braziliya – 529,8 milyon metrik ton (2,7%)
Cənubi Afrika – 295,8 milyon metrik ton (1,5%)
Qazaxıstan – 253,8 milyon metrik ton (1,3%)
BƏƏ – 238,3 milyon metrik ton (1,2%)
İraq – 226,6 milyon metrik ton (1,1%)
Qətər – 215,2 milyon metrik ton (1,1%)
Norveç – 199,0 milyon metrik ton (1,0%)
Küveyt – 156,2 milyon metrik ton (0,8%)
Əlcəzair – 151,3 milyon metrik ton (0,8%)
Meksika – 147,2 milyon metrik ton (0,7%)
Türkiyə – 144,4 milyon metrik ton (0,7%)
Qvineya – 141,8 milyon metrik ton (0,7%)
Almaniya – 122,8 milyon metrik ton (0,6%)
Nigeriya – 115,1 milyon metrik ton (0,6%)
Monqolustan – 109,2 milyon metrik ton (0,5%)
Kolumbiya – 108,8 milyon metrik ton (0,5%)
Bu mövzuda digər xəbərlər:Dünyada ən çox elektrikli avtomobil istehsal edən şirkətlər Siyahı
10 Aprel 2026 10:12
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə Siyahı
27 Sentyabr 2026 13:21
Dünyada enerji ən çox hansı mənbələrdən istehsal olunur Siyahı
07 May 2026 10:35
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu Siyahı
11 Avqust 2026 11:52
Dünyada ən çox milyarder hansı şəhərdə yaşayır? Siyahı
04 Aprel 2025 15:25
Baxış sayı:142
Bu xəbər 30 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















