Icma.az
close
up
RU
Dünyada ən keyfiyyətli pambığı istehsal etməklə yanaşı, ekologiyaya da qayğı göstəririk Video

Dünyada ən keyfiyyətli pambığı istehsal etməklə yanaşı, ekologiyaya da qayğı göstəririk Video

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Bu ilin 9 ayının nəticələrinə görə, şirkətimiz ilk pillədə qərarlaşmışdır. Bu d uzun illlər bu istiqamətdə görülən işlərin nəticəsidir. Şirkətimiz son illərdə beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi, innovasiyaların öyrənilməsi, texnologiyaların inkişafı istiqamətində bir çox işlər görmüşdür. Bu da nəinki bizim şirkətin inkişafı, eyni zamanda bu sektorda iştirak edən digər müəssisələrin də inkişafına dəstək olmuşdur. Toxumçuluq, gübrələmə və dərmanlama sahəsində əldə etdiyimiz təcrübələri onlarla da bölüşürük. Təsadüfi deyil ki, yaxın coğrafiyada Türkiyədə, Orta Asiyada, Rusiya bazarlarında, Yaxın Şərq bazarlarına məhsullar ixrac edir. Yaxın zamanlarda Uzaq Şərq, Pakistan, Çin və Hindistan kimi ölkələrə də məhsulların ixracını planlaşdırırıq”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan “Prime Cotton” şirkətinin Baş Kommersiya direktoru Tural Əlizadə bildirib ki, hazırda pambıq mahlıcı ilə yanaşı, pambıq çiyidi, pambıq çiyidindən alınan pambıq yağı və heyvandarlıq üçün pambıq yemlərinin istehsalı artırılır: “Bu məhsulların da Yaxın Şərq, Türkiyə, Uzaq Şərq, Malaziya bölgələrinə satışı təşkil edilir. Eyni zamanda iplik fabriklərinin məhsulları da gündən günə artır.

Bu gün Türkiyə və Rusiya bazarlarında bizim məhsullar böyük rəğbət görür. Çünki müəyyən keyfiyyət göstəricilərinə görə, digər rəqib ölkələrin məhsulları ilə müqayisədə daha üstün sayıldığı üçün istifadəsi artır”-deyən Tural Əlizadə vurğulayıb ki, şirkətin məqsədləri ilə BMT-nin COP29 hədəfləri üst-üstə düşür.

Tural Əlizadənin sözlərinə görə, torpağın sağlamlığının yaxşılaşdırılması, torpağın düzləşdirilməsi, formalaşdırılması və deqradasiya olunmuş torpaqların sağlamlaşdırılması istiqamətində bir çox layihələr həyata keçirilir.

“Eyni zamanda karbon emissiyasını azaltmaq üçün görülən işlər də mövcuddur. Biz fermerlərin məhsul aldığımız zaman ortaya çıxan qaz emissiyası dünya üzrə nəzərdə tutulmuş rəqəmin 12 faiz altındadır. Pambıq emalı zamanı, mahlıc əldə edərkən emisiyası 0,5 faiz azdır. Bu da oba görədir ki, hazırda 1 kq mahlıc istehsal edə bilmək üçün istifadə edilən pambıq daha çoxdur. 1 kq mahlıc emal etmək üçün 2,38 kq pambıq lazım olur. Amma dünya praktikasında bu rəqəm 2,08 kiloqramdır. Bunun üzərində bizim bir çox layihələrimiz var. Eyni zamanda su sərfiyyatının qarşısını almaq üçün müxtəlif drenaj və s. layihələrimiz mövcuddur”-deyə qeyd edən Tural Əlizadə qeyd edib ki, hazırda bölgələrdə sosial inkişafı təmin etmək üçün bir çox işlər həyata keçirilir.

“Hazırda 7 minə yaxın fermerlə əməkdaşlıq həyata keçirilir. Fermerlər texnoloji, maliyyə istiqamətində şirkət tərəfindən dəstəklənirlər. “Prime Cotton” eyni zamanda yeni iş yerlərinin açılması istiqamətində də müxtəlif işlər görür”-deyə Tural Əlizadə əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri