Icma.az
close
up
RU
Dünyada güllələnərək öldürülən futbolçular və faciələrin arxasındakı səbəblər in ARAŞDIRMASI

Dünyada güllələnərək öldürülən futbolçular və faciələrin arxasındakı səbəblər in ARAŞDIRMASI

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya futbol ictimaiyyəti bu gün səhəri Ekvadorun “Barselona SC” komandasının müdafiəçisi Mario Alberto Pineida Martinesin küçədə həyat yoldaşı ilə birlikdə güllələnərək öldürülməsi xəbəri ilə açdı. Silahlı hücum zamanı onun anası da ağır şəkildə yaralanıb. Hadisənin baş verdiyi ərazinin son dövrlərdə narkotik kartellərinin və cinayətkar dəstələrin təsiri altında zorakılıq səviyyəsinin artdığı bir yerə çevrildiyi qeyd edilir.

Futbol çox zaman milyonları birləşdirən, ümid və sevinc gətirən oyun kimi təqdim olunur. Amma baş verən son hadisə insanı bir qədər düşündürməyə vadar edir. Rəsmi istintaq Pineidanın qətlini onun futbol fəaliyyəti ilə birbaşa əlaqələndirməsə də, futbolçunun hadisədən bir neçə saat əvvəl ölüm təhdidləri aldığını bildirməsi və xüsusi mühafizə tələb etməsi təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Bu hadisə Ekvador futbolunda son illərin ən səs-küylü faciəsi kimi qiymətləndirilir.

Görünən odur ki, bəzi ölkələrdə futbolçular cəmiyyətin ən təhlükəli reallıqları ilə üz-üzə qalır və bəzən faciə ilə nəticələnir. Tarixdə bir neçə futbolçu silahlı hücum nəticəsində həyatını itirib və hadisələrin arxasında təkcə idman yox, daha dərin sosial, kriminal və siyasi səbəblər dayanıb.

Oxucularımıza futbol tarixində qeydə alınmış və ölümlə nəticələnmiş bəzi hadisələri təqdim edirik.

Andres Eskobar - mərc mafiyasının qara kölgəsi (2 iyul 1994)

Kolumbiyalı müdafiəçi Andres Eskobar 1994 Dünya Çempionatında öz qapısına vurduğu qoldan sonra Medellində güllələnərək öldürülüb. Onun ölümü mərc mafiyası və narkokartellərlə əlaqələndirilir. Kolumbiyanın turnirdən erkən kənar qalması böyük maliyyə itkilərinə səbəb olmuş və bu, Eskobarı hədəfə çevirib. Bu hadisə futbol tarixində idman nəticələrinin kriminal aləmlə necə təhlükəli şəkildə kəsişə bildiyinin ən acı nümunəsi sayılır. Eskobar öldürülərkən 27 yaşında olub.

Abel Tador - soyğun və təhlükəsizlik boşluğu (14 iyun 2009)

Nigeriyalı futbolçu Abel Tador silahlı quldurlar tərəfindən həyata keçirilən soyğun zamanı öldürülüb. Hadisə onun klubunun çempionluğunu qeyd etdikdən sonra evinə gedərkən baş verib və futbol fəaliyyəti ilə əlaqəsi olmayıb. Bu faciə Nigeriyada futbolçuların və ümumilikdə tanınmış şəxslərin maddi imkanlarına görə tez-tez hədəf seçildiyini göstərən nümunələrdən biridir. Tadorun 24 yaşı olub.

Alexandro Penaranda - şəxsi münaqişənin faciəvi sonu (1 iyun 2018)

Kolumbiyalı hücumçu Alexandro Penaranda başqa bir futbolçuya məxsus evdə keçirilən məclis zamanı baş verən silahlı basqın nəticəsində həyatını itirib. İstintaq hücumu planlı sui-qəsddən daha çox kriminal zorakılıq və şəxsi münaqişə kimi qiymətləndirib. Alexandro Penaranda da qətlə yetirilərkən 24 yaşında olub.

Tito Diaz - müharibədən sonrakı zorakılığın izi (12 dekabr 1998)

Salvadorlu futbolçu Tito Diaz Santa Rosa de Lima şəhərində bar mühitində yaranan qarşıdurma zamanı açılan atəş nəticəsində öldürülüb. Hadisə El Salvadorun vətəndaş müharibəsindən sonrakı dövrdə ölkədə silahlanmanın və küçə zorakılığının yüksək olduğu bir vaxtda baş verib. Qətl daha çox sosial gərginlik və təhlükəsizlik problemləri ilə əlaqələndirilir. Tito öldürülərkən 28 yaşında olub.

Raul Esnal - siyasi qeyri-sabitliyin qurbanı (15 dekabr 1993)

Uruqvaylı futbolçu Raul Esnal El Salvadorda silahlı hücum nəticəsində qətlə yetirilib. Cinayəti törədən şəxslər rəsmi olaraq müəyyən edilməyib və bu hadisə uzun illər açıq qalan işlərdən biri kimi xatırlanır. Raul Esnal qətlə yetirilən 37 yaşı olub.

Emil Hüseynov - bazarda münaqişə (19 aprel 2015)

Təəssüflə qeyd etmək yerinə düşərdi ki, qətlə yetirilən futbolçular sırasında azərbaycanlı sabiq futbolçu Emil Hüseynovun da adı var. O, Rusiyanın Yekaterinburq şəhərində 2015-ci il aprelin 19-da ermənilərlə dava zamanı bıçaqlanıb. Qatil qarışıq döyüş idman ustalığına namizəd Tiqran Çiçakyan olub

Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi", "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron" komandasının 2011-ci ildə dağılmasından sonra həmyerlimiz futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. Qətlə yetirilərkən 28 yaşında olub.

Hadisələrin ümumi mənzərəsi göstərir ki, futbolçuların güllələnərək öldürülməsi təkcə idmanla bağlı deyil, daha çox cəmiyyətin dərin problemləri ilə əlaqəlidir. Araşdırılan faktlar sübut edir ki, narkokartellərin və mərc mafiyasının təsiri, silahlı quldurluq və soyğun hallarının geniş yayılması, şəxsi münaqişələrin nəzarətdən çıxması, eləcə də siyasi və sosial qeyri-sabitlik futbolçuları asanlıqla hədəfə çevirir. Xüsusilə Latın Amerikası və Afrikanın bəzi ölkələrində təhlükəsizlik zəifliyi tanınmış idmançıların belə qorunmasız qalmasına səbəb olur. Andres Eskobar hadisəsindən sonra beynəlxalq futbol qurumları təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa başlasa da, son illərdə yaşanan faciələr problemin hələ də aktual olduğunu göstərir. Bütün bu olaylar futbolun yalnız meydandakı oyun olmadığını, onun cəmiyyətin reallıqları ilə sıx şəkildə bağlı olduğunu və futbolçuların da bu reallıqların qurbanına çevrilə bildiyini acı şəkildə xatırladır.

Aqil Tağıyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Dekabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri