Dünyada korrupsiya artır Son 10 ildə ən aşağı səviyyə
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyada korrupsiya səviyyəsi artmaqda davam edir, bu tendensiya demokratik ölkələrdə də müşahidə olunur.
Bakupost.az xəbər verir ki, bu barədə “Transparency International” təşkilatının açıqladığı 2025-ci il üzrə Korrupsiyanın Qavranılması İndeksi (KQİ) hesabatında bildirilir.
Hesabata əsasən, bir sıra inkişaf etmiş demokratik ölkələrdə göstəricilər pisləşib. Belə ölkələr sırasında ABŞ, Kanada, Yeni Zelandiya, eləcə də bir neçə Avropa dövləti yer alır.
2025-ci ildə dünya üzrə orta KQİ göstəricisi 42 bal təşkil edib ki, bu da son 10 ildən artıq dövrdə ən aşağı səviyyə sayılır. Dünyadakı ölkələrin üçdə ikisindən çoxu 50 baldan aşağı nəticə göstərib. Eyni zamanda, 80 baldan yuxarı nəticə əldə edən ölkələrin sayı son on ildə 12-dən 5-ə enib.
KQİ-də Danimarka səkkizinci il ardıcıl olaraq lider mövqeyini qoruyub (89 bal). Ondan sonra Finlandiya (88 bal) və Sinqapur (84 bal) qərarlaşıb.
Bununla belə, “Transparency International” təşkilatı vurğulayır ki, indeks üzrə yüksək bal korrupsiyanın tamamilə mövcud olmaması anlamına gəlmir. Qeyd olunur ki, yüksək göstəricilərə malik bəzi ölkələr – məsələn, İsveçrə və Sinqapur – digər ölkələrdə korrupsiyaya şərait yaradan mexanizmlərdə iştirak edir və bu amil indeks hesablamalarında nəzərə alınmır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Dünyada ÜDM artımının ən yüksək və ən aşağı olduğu 10 ölkə Siyahı
16 İyun 2026 15:11
Dünyada ən çox danışılan 10 dil
12 Avqust 2025 15:43
Azərbaycanda doğum nisbəti ən aşağı səviyyəyə düşüb Dünyada son sıralardayıq
07 Oktyabr 2025 12:33
Son 10 ildə dünyada göllər və çaylar ciddi şəkildə quruyub
14 Noyabr 2025 23:48
Dünyada ən çox satılan 10 KİTAB SİYAHI
19 Avqust 2025 16:07
Baxış sayı:148
Bu xəbər 10 Fevral 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















