Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Dünyada mədəniyyət necə maliyyələşdirilir? Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Dünyada mədəniyyət necə maliyyələşdirilir? Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bir neçə gün əvvəl Milli Məclisdə mədəniyyət və ədəbiyyat nümayəndələrinin bu sahələrə dövlət büdcəsindən ayrılan vəsaitin azlığı ilə bağlı giley-güzarları ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Bir tərəfdən, mədəniyyətin dövlət qayğısına ehtiyacı vurğulanır, digər tərəfdən isə yaradıcı şəxslərin və təşkilatların dövlət hesabına maliyyələşdirilməsinin nə dərəcədə əsaslı olduğu sual altına alınır. 
İnsanlar arasında bəzən haqlı etirazlar yaranır ki, yazıçının kitabı satılmırsa, bu, avtomatik olaraq dövlətin onu maliyyələşdirməli olduğu deməkdirmi? Ya da bəstəkarın əsəri ifa olunmursa, dövlət onu mütləq satın almalıdırmı?
Dövlətin mədəniyyətə maliyyə ayırması beynəlxalq təcrübədə var, təbii ki qərbi Avropa dövlətlərində çəkilən hər kommersiya filmi, serialı, klipi dövlətin dəstəyindən bəhrələnmir, konkret dövlətin özünə “sərf edən” yaradıcılıq nümunələrinə pul ayrılması əsas prioritetdir. 
Lakin konkret yaradıcı şəxslərin dövlət hesabına təmin edilməsi tamamilə başqadır. Bu, daha çox postsovet məkanında müşahidə olunan haldır. Tanınmış yazıçı, şair, bəstəkar dövlət tərəfindən diqqətə alınır, müalicə olunur, ev verilir və s. 
Ümumiyyətlə dövlət yazıçıya, bəstəkara, rəssama və digər sənət adamlarına pul ayırmalıdır, yoxsa onlar öz yaradıcılıqları hesabına yaşamalı, bununla da dövlətə vergi ödəməlidirlər?
Mədəniyyət və ümumiyyətlə yaradıcı sahə yalnız kommersiya gəliri ilə ölçülmür.  Muzey, teatr, ədəbiyyat və s. sahələrin daha çox mənəvi dəyər daşıyır, yəni gəlir gətirməsə də dünyanın bütün sivil ölkələrində bu sahəyə pul ayrılır. Sadəcə bizdəki kimi birbaşa büdcədən deyil, ayrı-ayrı sahələrdən. Məsələn, tikinti şirkətlərinin, İT sahəsinin “boynuna qoyulur” ki, gəlirindən bu qədər ədəbiyyata və incəsənətin təşviqinə pul ayıracaqsan. 
Hərçənd bu ölkələrlə Azərbaycanın müqayisəsi 15 yaşında yeniyetmə ilə 50 yaşlı kişini bir tutmaq kimi tərs mütənasibdir. Müasir Azərbaycan ədəbiyyatı, incəsənəti hələ oturuşmayıb, hələ əksərən plagiat, ilhamlanma, üzköçürmə, tərcümə səviyyəsindədir. Beynəlxalq mahnı, film müsabiqələrinə əgər xarici bəstəkarlar, rejissorlar, dizaynerlər vasitəsilə çıxırıqsa “ey vah, mədəniyyət batdı” vaveylası ilə gündəmə gəlmək düzgün deyil. Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması üçün bır yığın kitabı dünya dillərinə tərcümə etmək üçün külli miqdarda büdcədən vəsait ayırmağa  ehtiyac yoxdur, onu elə səviyyəyə qaldırmaq lazımdır ki, başqa ölkələr özləri onu öz hesabına tərcümə etməyə maraqlı olsun, əlində müqavilə kağızları ilə yazıçılarımızın təqibindən ayrılmasın. 
İnsanları qıcıqlandıran da budur: nə vaxta qədər klassik ədəbiyyatımız, 60-70-ci illərin nostalji sovet Bakısının nimdaş xatirələri tərcümə olunub xaricə göndəriləcək? Bəs bu gün əldə nə var?
Süni İntellektlə yazılmış, qismən az tanınan dünya yazıçılarından köçürülmüş, böyük yazarlardan isə ilhamlanmış ən yeni nəsr (poeziya can verir) niyə ədəbiyyat bilicisi olan avropalının, amerikalının diqqətini çəksin? Buna ayrılacaq pullar da havaya sovrulmuş hesab olunmayacaqmı? 
Sənətkarın dolanışığı dövlətin məsuliyyətidirmi?
Burada əsas mübahisə büdcənin azlığı deyil, maliyyələşdirmənin istiqaməti olmalıdır, məsələn, dövlət yazıçıya sadəcə Yazıçılar Birliyinin üzvü olduğuna görə, bəstəkara sadəcə Bəstəkarlar İttifaqının üzvlüyündə olduğuna görə pul verməməlidir. Şəffaf (?) baxış keçirərək gənc yaradıcıların fəaliyyətinə şərait yaratmalıdır, son zamanlarda dəyərli ədəbi əsərlər yaranıbsa, onları ortaya çıxarıb nəşrini maliyyələşdirməlidir. Ən əsası ayrılan vəsaitin nəticələri, görülən işlər  ictimaiyyətə hesabat şəklində təqdim etməlidir. Yəni dövlətin vəzifəsi yaradıcı şəxsləri ömürlük dolandırmaq deyil, yaradıcılıq üçün işlək mühit yaratmaqdır. 
Başqa sözlə, dövlət mədəniyyət xadimlərini yox, mədəniyyətin özünü maliyyələşdirməlidir. Necə ki, qərb ölkələri Fransa, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Finlandiya, İsveç, Norveç və s. yaradıcı sahəyə qrantlar, subsidiyalar, güzəştli kreditlər ayırır. OECD – (Organisation for Economic Co-operation and Development - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri bu vasitə ilə büdcənin təxminən 1,2 faizini mədəni sahələrin təşəkkülünə yönəldir. 
Şəfiqə Şəfa, Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Noyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see271

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see269

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see260

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see259

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see253

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see249

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see244

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see240

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see226

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see217

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see215

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see205

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see203

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see203

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see200

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see199

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see196

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see194

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see188

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri