Dünyada nadir ağacın cəmi bir nümunəsi qalıb Nəsli xilas edilməyə çalışılır
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyada nadir bitki növlərindən biri olan Dendroseris neriifolia ağacının yalnız bir nümunəsi qalıb. Çilinin sahilləri yaxınlığındakı Robinzon Kruzo adasında bitən bu ağacın məhv olması bütöv bir növün Yer üzündən silinməsi deməkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Futura” nəşri məlumat yayıb.
Məlumata görə, ağac adanın dik vulkanik yamacında yerləşir. Onun gövdəsi aşaraq yıxılmasın deyə xüsusi kəndirlərlə bərkidilir. Vaxtilə adanın aşağı yüksəkliklərində, dərələrdə və küləkdən qorunan ərazilərdə geniş yayılan bu bitkinin sayı illər ərzində kəskin azalıb.
Növün yox olmaq təhlükəsi ilə üzləşməsinə təbii yaşayış mühitinin məhv edilməsi, torpaq eroziyası, meşə yanğınları, mal-qaranın otarılması və yad bitki növlərinin yayılması səbəb olub.
Botaniklər Dendroseris neriifolia bitkisini ilk dəfə XIX əsrdə, 1830-cu illərdə toplanmış nümunələr əsasında təsvir ediblər. 1980-ci ildə aparılan araşdırmalar zamanı adada bu ağacdan cəmi bir neçə nümunənin qaldığı müəyyənləşdirilib. Hazırda isə məlum olan yeganə ağac Çilinin Milli Meşə Korporasiyasının (CONAF) əməkdaşlarının nəzarətindədir.
Alimlər növün qorunması istiqamətində mühüm addım atıblar. Belə ki, sonuncu ağacdan toplanan toxumlar ilk dəfə Böyük Britaniyada xüsusi toxum bankına göndərilib.
Toxumların əldə edilməsi də kifayət qədər çətin olub. Ağacın yerləşdiyi əraziyə çatmaq üçün təxminən dörd saat yol getmək, daha sonra isə iki saat dağa qalxmaq lazımdır. Hər il mart ayında toxumlar yetişdikdə mühafizəçilər kəndirlərin köməyi ilə ağacın budaqlarına qalxaraq onları xüsusi torlarla toplayırlar.
Əldə edilən 29 toxum nümunəsinin rentgen müayinəsi nəticəsində 25-nin cücərmə potensialına malik olduğu müəyyən edilib. Aparılan təcrübələr nəticəsində isə səkkiz yeni ting yetişdirmək mümkün olub.
Bununla belə, mütəxəssislər əldə olunan nəticənin növün tam xilas edilməsi üçün kifayət etmədiyini bildirirlər. Ağacların sayının son dərəcə az olması genetik müxtəlifliyin itirilməsi və yaxın qohum fərdlərin çarpazlaşması riskini artırır.
Hazırda tədqiqatçılar tingləri çiçəkləyib toxum verə biləcək səviyyəyə qədər böyütməyi planlaşdırırlar. Onların bir hissəsinin Şotlandiyadakı Loqan Botanika Bağına göndərilməsi nəzərdə tutulur.
Alimlərin əsas məqsədi əldə edilən təcrübə əsasında Dendroseris neriifolia növünü təbii yaşayış mühitində yenidən bərpa etməkdir. Nəşrin yazdığına görə, səkkiz tingin yetişdirilməsi ümidverici başlanğıc olsa da, sağlam və çoxala bilən ağacların əldə edilməsi, eləcə də təbii populyasiyanın bərpası illərlə davam edən elmi araşdırma və sahə işləri tələb edəcək.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Noyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















