Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Azərbaycanda havanın çirkləndirilməsinə qarşı tədbirlər planı nə vəd edir?

Azərbaycanda havanın çirkləndirilməsinə qarşı tədbirlər planı nə vəd edir?

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Tədbirlər planı çərçivəsində əsas çirklənmə mənbələrinin qiymətləndirilməsi, atmosferə atılan zərərli maddələrin azaldılması, hava keyfiyyətinin monitorinqinin və rəqəmsal nəzarətin təkmilləşdirilməsi, eləcə də ictimaiyyətin məlumatlara çıxışının genişləndirilməsi nəzərdə tutulur. Həyata keçiriləcək tədbirlər insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsinə, hava keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələrinə dayanıqlılığın artırılmasına xidmət edəcək.

"Mühit" Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev deyir ki, atmosfer havası insan həyatında ən qiymətli, həyat əhəmiyyətli təbii sərvətdir. İnsan günlərlə susuz və bəzən aylarla qidasız yaşaya bilsə də, havasız uzun müddət yaşamaq qeyri-mümkündür. Hər birimizin müqəddəs təbii sərvət saydığımız havanın çirklənməməsinə çox vaxt kifayət qədər diqqət yetirmirik. Ötən əsrin 60-80-ci illərində atmosfer havasının çirklənməsinin əsas mənbələri sənaye müəssələri, istilik sistemləri, nəhəng kimya zavodları və tullantıların düzgün idarə edilməməsi ilə bağlı idi.

Zaman keçdikcə hava çirklənməsində avtomobillər "birinciliyi" ələ aldı və bu gün də dırnaqarası liderliyini davam etdirməkdədir: "Avtomobillərin mühərriklərindən işlənmiş qazlarından havaya daxil olan kükürd anhidiridi, aldehidlər və azot oksidi ulturabənövşəyi şüaları udur və kimyəvi fəal formaya düşür. Bu proses nəticəsində atomor vəziyyətdə oksigen ayrılır. Atomor oksigen də havadakı molekulyar oksigenlə reaksiyaya girərək ozon qazı əmələ gətirir. Ozonun əmələ gəlməsində azot 2-oksidin rolu daha çoxdur. Ultrabənövşəyi şüaların təsirindən azot-2oksid azot oksidinə və atomar oksigenə parçalanır. Belə vəziyyət uzun müddət davam edərsə, ozon və azot oksidinin havanın tərkibindəki üzvü qarışıqlarla reaksiyaya girməsi nəticəsində müxtəlif maddələr, o cümlədən doymamış karbohidrogenlər əmələ gəlir. Ən təhlükəlisi peroksiaesetilintirantdır. Bu maddə atmosferdə fotokimyəvi dumanların (smoqların) əmələ gəlməsinə səbəb olur. 70-80-ci illərdə tərkibi zəhərli qazlardan ibarət olan bu smoqların təsirindən Londonda və Mexiko şəhərində kütləvi zəhərlənmə halları baş verib, insan tələfatı qeydə alınıb. Bu gün Bakının atmosferində belə smoqların nisbətən kiçik ölçülərinin müşahidə edilməsi bizi təxirəsalınmaz tədbirlər görməyə məcbur etməlidir".

Ə.Hünbətəliyev deyir ki, problemin həlli yollarından biri ekoloji cəhətdən təmiz nəqliyyatın inkişaf etdirilməsi, elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalının və istifadəsinin artırılmasıdır. Elektriklə işləyən nəqliyyat vasitələrinin istismarına üstünlük verilməsinin gələcəkdə atmosferə atılan zərərli emissiyaların azaldılmasına mühüm töhfə verəcəyi şübhə doğurmur. Hazırda dünyanın əksər ölkələrində bu proses sürətlə və uğurla həyata keçirilməkdədir: "Onu da qeyd edim ki, yalnız belə avtomobillərin sayını artırmaqla problem öz həllini tam tapa bilməz. Hər kəsə məlumdur ki, bu gün Bakının küçələrində keçmiş Sovet və indiki Rusiya istehsalı olan minlərlə avtomobil şütüyür. Həmin nəqliyyat vasitələrinin böyük əksəriyyəti istismar müddətini başa vurduğundan mövcud standartlara cavab vermir. Atmosferə normadan artıq tüstü və zərərli qaz buraxan belə avtomobillərin yollara çıxmasının qarşısının alınması üçün dövlət qurumları təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Problemin həlli məqsədilə DYP ilə ekologiya sahəsində ixtisaslaşmış ictimai birliklərlər kordinasiyalı şəkildə müxtəlif maarifləndirici tədbirlər həyata keçirə bilərlər. Digər dövlət qurumları ilə də bu gün çox aktual olan mövzuya dair maarifləndirici layihələrin həyata keçirilməsi məqsədəuyğundur".

Ə.Hünbətəliyevin sözlərinə görə, bu məqsədlə artıq bir neçə ildir ki, "Mühit" EMİB Ekologiya, Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirlikləri ilə birlikdə layihələr həyata keçirməkdədir: "Təmiz hava naminə nəqliyyat sahəsində daha ciddi və məsuliyyətli addımlar atmaq günümüzün tələbidir. Sağlam ətraf mühitdə yaşamaq hər bir insanın haqqıdır və bu haqqın qorunması hamımızın ümumi məsuliyyətidir. Hər kəs təmiz havanın əhəmiyyətini dərk etdikcə, həm öz sağlamlığını qoruyur, həm də övladlarına miras qoyacağı dünyanı qorumuş olur".

Hava çirklənməsi yalnız şəhərlərin üzərində görünən tüstü və duman məsələsi deyil. Atmosferdəki görünməz hissəciklər və qazlar insan sağlamlığına, ekosistemlərə və iqlimə təsir göstərə bilər. Bu səbəbdən havanın keyfiyyətini qiymətləndirərkən yalnız səmanın rənginə baxmaq kifayət etmir. PM2.5, PM10, azot dioksidi, kükürd dioksidi, karbonmonoksid və yer səviyyəsində ozon kimi göstəricilər havanın əsl vəziyyətini daha dəqiq anlamağa kömək edir. Beləliklə, təmiz hava anlayışı sadəcə mavi səma deyil. Bu, atmosferdə insan və təbiət üçün təhlükəli maddələrin səviyyəsinin elmi ölçmələr və müəyyən edilmiş standartlar çərçivəsində qiymətləndirilməsi məsələsidir.

Ekoloq Fikrət Cəfərov düşünür ki, Bakıda və digər böyük şəhərlərdə havanın çirklənməsi ciddi ekoloji problemlərdən biridir: "Bu problemlərin aradan qaldırılması üçün müxtəlif tədbirlər, o cümlədən dövlət proqramları nəzərdə tutulsa da, onların tam və effektiv icrası mühüm əhəmiyyət daşıyır. Bakının deyil, ümumilikdə Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görülür. Bu istiqamətdə dövlət proqramları da hazırlanır. Ola bilsin, kimsə desin ki, dövlət proqramları hazırlanır, lakin lazımi səviyyədə və tam şəkildə həyata keçirilmir. Ümumiyyətlə, bu cür proqramların icrası çətin prosesdir. İlk növbədə, maliyyə vəsaiti lazımdır. İkinci məsələ isə mütəxəssislərin cəlb olunması və bu sahədə çalışan insanların peşəkarlığıdır. Bu gün Bakıda və digər böyük şəhərlərdə havanı çirkləndirən əsas mənbə avtonəqliyyatdır. Bakıda hava çirklənməsinin təxminən 70-75 faizi avtomobillərin payına düşür. Bu istiqamətdə müəyyən tədbirlər görülür. Hazırda köhnə avtomobillərin ölkəyə gətirilməsinə və istismarına ciddi nəzarət olunur, müəyyən məhdudiyyətlər tətbiq edilir. Eyni zamanda, köhnə avtomobillərin utilizasiyası ilə bağlı kompensasiya proqramı da mövcuddur. Vətəndaşlar köhnə avtomobillərini dövlətə təhvil verərək kompensasiya ala və yeni avtomobil almaq imkanı əldə edə bilərlər. Digər tərəfdən, ictimai nəqliyyatın ekoloji baxımdan daha təmiz olması vacib amildir. Son iki ildə ölkəyə gətirilən avtobusların hamısı elektrik və ya hibrid mühərrikli avtobuslardır. Bu nəqliyyat vasitələrinin istismarı havanın çirklənməsinin azaldılmasına ciddi töhfə verir. Onlar atmosfer havasını, demək olar ki, çirkləndirmir".

Ekoloqun dediyinə görə, hazırda Azərbaycanda elektrik və digər ekoloji təmiz avtomobillər almaq mümkündür, bunun üçün xüsusi dəstək proqramları da mövcuddur: "Hibrid avtomobillər atmosferə ən azı 4-5 dəfə az zərərli qaz buraxır. Yəni onların istismarı köhnə avtomobillərlə müqayisədə daha ekoloji təhlükəsizdir və havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldır. Lakin Bakıda digər ciddi problem logistika və nəqliyyatın təşkili ilə bağlıdır. Demək olar ki, hər gün şəhərdə ən azı iki dəfə böyük tıxaclar yaranır. Xüsusilə Sumqayıt yolunda, Bakı istiqamətində şəhərə girişdə, eləcə də digər əsas avtomobil yollarında səhər və axşam saatlarında ən azı bir saat yarımdan iki saata qədər müddətdə tıxac müşahidə olunur. Hələlik bu problemin qarşısını almaq üçün effektiv həll yolları tapılmayıb. Hesab edirəm ki, nəqliyyat-logistika məsələsinə ciddi yanaşmaq və mövcud problemləri aradan qaldırmaq lazımdır".

Fikrət Cəfərov deyir ki, bu məqsədlə paytaxtda tramvay xətlərinin çəkiləcəyi, metro şəbəkəsinin genişləndiriləcəyi bildirilib. Hazırkı metro xətləri insanları şəhərin ehtiyac duyulan bütün istiqamətlərinə lazımi səviyyədə çatdırmaq baxımından yetərli deyil. Cəmi bir neçə xəttin olması, onların müəyyən istiqamətlərdə kəsişməsi və sərnişin sıxlığı insanların hərəkətində ciddi çətinliklər yaradır: "Bu məsələyə müasir yanaşma ilə həll yolu tapılmalıdır. Digər tərəfdən, Bakıda yeni yolların çəkilməsi və mövcud yolların genişləndirilməsi üçün də imkanlar məhduddur. Çünki şəhərdə bunun üçün kifayət qədər boş ərazi yoxdur. Tramvay və trolleybus xətlərinin ənənəvi üsullarla çəkilməsi də hər yerdə mümkün deyil. Buna görə də müasir texnologiyalardan istifadə etməliyik. Məsələn, kanat yollarının, elektromaqnit prinsipi ilə işləyən yerüstü nəqliyyat sistemlərinin, eləcə də torpaq səthində deyil, estakadalar üzərində qurulan tramvay xətlərinin yaradılması nəzərdən keçirilə bilər.Bu cür həlləri həyata keçirməsək, nəqliyyat-logistika problemlərini və tıxacları aradan qaldırmaq mümkün olmayacaq".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri