Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Vernidub “Neftçi” azarkeşlərinə “Kəpəz” tərəfdarlarını nümunə göstərdi

Vernidub “Neftçi” azarkeşlərinə “Kəpəz” tərəfdarlarını nümunə göstərdi

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 13-cü turunda “Zirə” üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun aralarında yaşanan gərginliklə bağlı açıqlamasına münasibət bildirib.

“Mənimlə Rəşad Sadıqovun arasında heç nə olmayıb. Bəlkə onda nəsə olub. Amma mən tərəfdən heç nə yoxdur. Mən mübahisə edən biri deyiləm. Mənim ona qarşı heç bir mənfi münasibətim yoxdur, fikirlərim, emosiyalarım oyundakı bəzi epizodlarla bağlıdır. Ona görə bu mövzunu bağlamaq lazımdır”, – deyə Vernidub qeyd edib.

“Neftçi”nin baş məşqçisi “Zirə” üzərində qələbəni və qarşılaşmanın gedişində etdiyi taktiki dəyişiklikləri də şərh edib:

“Futbolçular oyuna necə çıxacaqlarını bildilər, bu da xoşuma gəldi. Oyunu iki hissəyə bölək. Birinci hissədə bizim üstünlüyümüz var idi. “Zirə”də hansısa epizod xatırlamıram. Çox tez qol vurduq. Buna baxmayaraq, fürsətlərimiz də oldu, sadəcə reallaşdıra bilmədik. İkinci hissədə 15-20 dəqiqə bərabər oyun getdi. 20 dəqiqədən sonra bizim oyunçular uduzmaq istəmirdilər deyə, daha çox müdafiədən oynadılar. Ancaq dözdük, hesabı qoruduq. Bizim üçün çox önəmlidir. İrəliyə doğru davam edirik. 85-ci dəqiqədə hətta mərkəz müdafiəçisi meydana buraxdım. Ondan sonra oyunu 5-3-2 formatında davam etdirdik. Çünki bilirdik ki, “Zirə” asmalar edir. Onlarda Davit Volkov başla çox yaxşı oynayır. Mərkəz müdafiəçiləri də həmçinin. Elvin Bədəlovu ona görə meydana buraxdım ki, üç müdafiəçimizin üçü də ucaboyludur və asmaların qarşısını alsınlar”.

Ukraynalı mütəxəssis “Neftçi”nin bütün oyun ərzində dominant futbol nümayiş etdirməsi ilə bağlı gözləntilərə münasibət bildirərkən “Sabah”ın “Barselona”ya qarşı çıxışını da nümunə göstərib:

“Mən də istəyirəm ki, “Neftçi” 90 dəqiqə dominantlıq etsin. Futbol inkişaf edir, yerində durmur. İndiki Azərbaycan çempionatında xoşuma gələn çoxlu komandalar var. “Sabah”, “Turan Tovuz”, “Kəpəz”, “Şamaxı”, “Qarabağ”, “Zirə” – heç biri asan rəqib deyil. Onlar da istəyirlər ki, hər zaman dominantlıq etsinlər. Onların da məşqçiləri var, onlar da oyun udmaq istəyirlər və oyunu buna uyğun qururlar. “Sabah” – “Barselona” oyununa baxdınız, deməzdim ki, “Barselona” bütün oyunu dominantlıq etdi. “Sabah” göstərdi ki, eyni səviyyədə futbol oynaya bilir. “Sabah” ilk qolu da vura bilərdi. Plzen “Viktoriya”sı “Benfika”dan güclüdür? Hesab 4:0 oldu. Komandamızın hər bir üzvünə minnətdaram, onların oyuna olan münasibətinə, zəhmətkeşliklərinə görə. Onlar buna davam etsələr, daha gözəl oyun ortaya qoyacağıq”.

Vernidub komandanın uğurlu çıxışına baxmayaraq, tribunaların tam dolmamasına da toxunub və bu məsələdə “Kəpəz” azarkeşlərini nümunə göstərib:

“Bu çağırışı hər oyun edirəm. Azarkeşlərimizi salamlayıram. Futbolu seyr edən digər şəxslərə də salamlarımı çatdırıram. Ümid edirik ki, hər oyundan sonra azarkeşlərin sayı daha da artacaq. Hamı da deyir ki, 90 illiyimizdir, yubileydir. Gəlin, bizə dəstək olun. Onları stadionda görmək çox xoşdur, daha dominant oynamağa çalışacağıq ki, oyun azarkeşlərimizin də xoşuna gəlsin. Azarkeşlər “Neftçi”nin 12-ci oyunçusudur. Baxın görün, “Kəpəz” azarkeşləri komandaya necə dəstək göstərirlər. Onlara baxanda ürəyim fərəhlə dolur, sanki Avropa oyunu görürəm. İstəyərdim ki, bizim də stadion tam olaraq dolsun. Azarkeşlər bizim irəliyə getməyimiz üçün generator rolunu oynayırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Noyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri