“WhatsApp”da Yenilik: Wi Fi axtarmağa ehtiyac qalmayacaq
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“WhatsApp” istifadəçilərə xarici səfərlər zamanı beynəlxalq rouminqdən istifadə etmədən mobil internetə qoşulmaq imkanı verən yeni funksiyasını təqdim edib.
Bizim.Media xəbər verir ki, şirkət “Travel eSIM” adlı funksiyanı elan edib. Yenilik istifadəçilərə tətbiqdən çıxmadan virtual SIM-kart almağa və quraşdırmağa imkan verəcək.
Yeni funksiya sayəsində xaricə səfər edənlər yerli mobil operator axtarmağa və ya ictimai Wi-Fi şəbəkələrinə qoşulmağa ehtiyac duymayacaqlar.
İstifadəçilər mobil internet paketini birbaşa “WhatsApp” hesabının parametrlərindən əldə edə biləcəklər.
Bu zaman istifadəçinin əsas telefon nömrəsi zənglər və mesajlar üçün aktiv qalacaq, eSIM isə yalnız mobil internet trafiki üçün istifadə olunacaq.
eSIM almaq bölməsi hesab menyusunda yerləşdiriləcək. İstifadəçilər siyahıdan və ya axtarış vasitəsilə istədikləri ölkəni seçə biləcəklər. Yeni funksiyadan yararlanmaq üçün eSIM texnologiyasını dəstəkləyən smartfon tələb olunur.
Funksiyanın yaxın vaxtlarda bəzi ölkələrdə istifadəyə veriləcəyi bildirilir.
Bizim.Media
Baxış sayı:91
Bu xəbər 27 Noyabr 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















