Icma.az
close
up
RU
Dünyada on minlərlə insanın ölümünə səbəb olub... Qorxunc virus yarım əsr sonra qayıdır?

Dünyada on minlərlə insanın ölümünə səbəb olub... Qorxunc virus yarım əsr sonra qayıdır?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

20-ci əsrin ilk yarısında dünya dəhşətli bir virusun təsiri altında idi. 5 yaşdan kiçik uşaqlara yoluxan bu virus ağır xəstəliklərə səbəb olur, bəzi hallarda sağaldıqdan 40 il sonra ifliclə nəticələnirdi. Nə müalicəsi, nə də qarşısını almaq üsulu bilinirdi. Bu, 1953-cü ilə qədər belə davam etdi.

Qaynarinfo "Business Insider"ə istinadən xəbər verir ki, son dövrlərdə ABŞ-da "uşaq iflici" kimi tanınan poliomielit xəstəliyinin peyvəndi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

ABŞ-da poliomielitə qarşı ilk peyvənd 1953-cü ildə Yonas Salk tərəfindən hazırlanıb və 1955-ci ildə təsirli olduğu sübut edilib. Nəticədə 1979-cu ilə qədər ABŞ-da uşaq iflici tamamilə yox edilib. 

Bununla belə, 2022-ci ildə ABŞ-da vəkil Aaron Siri bu peyvəndin təsdiqinin ləğvini tələb edən müraciət təqdim edib. Müraciət hələ də araşdırılır və bu müzakirələr poliomielitin yenidən gündəmə gəlməsinə səbəb olub.

Poliovirus əsasən 5 yaşdan kiçik uşaqları təsir edir. Çoxu bu xəstəliyi yüngül simptomlarla keçirsə də, hər 200 hadisədən biri geri dönməz iflicə səbəb olur. Xəstəlik bəzən tənəffüs əzələlərini zəiflədir, nəfəs almağı mümkünsüz edir və ölümə gətirib çıxarır.

1916-cı ildə Nyu-Yorkda başlayan böyük epidemiya 6 min insanın ölümünə və 21 min nəfərin iflic olmasına səbəb olmuşdu. 1952-ci ildə isə poliovirus 20 min nəfəri iflic edib. Həmin dövrdə sosial məsafə tədbirləri tətbiq olunmağa başlanmışdı.

1954-cü ildə Yonas Salk peyvəndini 6-9 yaş arası 2 milyon uşaq üzərində sınaqdan keçirib. Bir il sonra peyvəndin yüksək effektivliyi təsdiq olunub və tətbiqinə başlanıb. Elvis Presli kimi məşhurlar bu kampaniyalara dəstək verdi, nəticədə qısa müddət ərzində əksər amerikalı uşaqlar peyvənd edilib.


Daha sonra Albert Sabin tərəfindən hazırlanmış ağızdan qəbul edilən peyvənd tətbiq olunmağa başlayıb. Bu peyvəndin həm iqtisadi, həm də praktiki üstünlükləri olduğundan geniş yayılıb.

Poliomielit xəstəliyi hazırda əsasən peyvəndləmə nisbətinin aşağı olduğu ölkələrdə müşahidə olunur. Dünya Səhiyyə Təşkilatı 2026-cı ilə qədər virusun tamamilə məhv edilməsini hədəfləyir.

Poliomielit xəstəliyi peyvəndlər sayəsində demək olar ki, tamamilə aradan qaldırılıb. Lakin bu tədbirlərin davam etdirilməsi vacibdir, çünki peyvəndləmə səviyyəsinin azalması xəstəliyin yenidən ortaya çıxmasına səbəb ola bilər.

"Yale Medicine Magazine" görə, poliomielit hadisələri 1944-cü ildə 100.000-də 8-ə, 1952-ci ildə isə 100.000-də 37-yə yüksəlib. Bu dövrdə hər il 60 minə yaxın uşaq bu xəstəlikdən əziyyət çəkib. Üstəlik, 10 yaşdan yuxarı insanlarda yoluxma nisbətləri də artır. İlk illərdə həkimlər xəstələrin bütün bədənlərini gipsə salırdılar ki, bu da daimi iflicə səbəb olurdu.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri