Icma.az
close
up
RU
“Dünyada qəbul edilmiş təcrübə var, siz nə danışırsınız?”

“Dünyada qəbul edilmiş təcrübə var, siz nə danışırsınız?”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Seçicilərim mənə dərmanların təlimatlandırıcı içlik vərəqini veriblər. Qəzet yazırsınız?! (gülür). Bu qədər izahat olar?”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

“Biz hamımız bilirik ki, aptekdən dərman alanda əczaçıya deyirik, bunu neçə dəfə qəbul edəcəyimi onun üstünə yaz. Dərmanla bağlı görün nələr yazır, bunu o xəstə oxuyandı?! Bunun əsəbləri onsuz da korlanıb, çoxu da yaşlı adamlardır”, - deputat qeyd edib.

Spiker Sahibə Qafarova deputatın fikirlərinə münasibət bildirib: “Səyyad müəllim, orada bir az yazılsa, deyəcəksiniz ki, niyə o söz yazılmayıb. Siz nə danışırsınız? Dünyada qəbul edilmiş təcrübə var ki, dərman vasitəsilə bağlı mütləq qutunun içində izahat olur. Başqa cür də ola bilməz”.

Səyyad Salahlı sözünə davam edərək söyləyib ki, həmin fikirləri o yox, vətəndaşlar deyir: “Bunları mənə camaat verir. Bu, mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunlar xəstəyə lazım deyil, heç kim oxumur. Camaat bunu oxuyanda başa düşməlidir, xalq dilində olmalıdır. Əgər sən bunu dərman qutusunun içinə qoyub xəstəyə satırsansa, onun başa düşə biləcəyi dildə danış”.

Spiker yenidən deputatın çıxışı ilə bağlı qeyd edib ki, həkimlər hər bir dərman vasitəsilə bağlı xəstəni məlumatlandırır: “Deyirsiniz ki, gərək xalqın dilində olsun. Həkim hər bir regionun dialekti ilə xəstəyə başa salır ki, dərmanı bir və ya iki dəfə iç”.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri