Icma.az
close
up
RU
Dünyada sürət limiti olmayan cəmi 2 məkan qaldı FOTO

Dünyada sürət limiti olmayan cəmi 2 məkan qaldı FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın avtomagistrallarının (avtoban) üçdə ikisində nəzəri olaraq sürət limiti yoxdur. Yəni, təxminən 500 km yolda maksimum sürətlə hərəkət edən sürücünü heç kim cəzalandırmayacaq. 

Avtosfer.az xəbər verir ki, limitsiz yollarda da almanların çoxu 130 km/saatdan yuxarı sürətlə getmirlər. Çünki həm yanacaq sərfi artır, həm də qəza zamanı sığorta ödənişindən imtina edilə bilər. 

Son illərdə ekoloqlar məsələ ilə bağlı hökumətə təzyiqi artırırlar. Onlar avtobanlarda 130 km/saat sürət limitinin tətbiqinə çağırış edirlər. 

Britaniya kralının mülkiyyəti olan Man adasında da sürət limiti yoxdur. Bura Birləmiş Krallığın ərazisi olsa da, qanunvericilik baxımından muxtar idarəetməyə malikdir. İngiltərədən fərqli olaraq adada sürət limiti olmayıb və yoxdur. Burada 1907-ci ildən keçirilən “Tourist Trophy” yarışmalarında yollar bağlanır, peşəkarlar öz bacarıqlarını nümayiş etdirirlər. 2006-cı ildə keçirilən yarışmada motosikletlə 331 km/saat sürət rekordu qeydə alınıb.

Ada həm də sürət həvəskarlarını cəlb edir. Yüksək sürətdə öz qabiliyyətini sınamaq istəyənlər bura axın edirlər. 

Lakin limitsiz sürət qəzasız ötüşmür. 1907-ci ildən indiyədək yarışlarda 150-dən çox sürücü həyatını itirib. Buna görə də, yerli əhali və siyasi fəallar arasında qaydaların dəyişməsi tələb edənlərin sayı artır.  Adanı idarə edənlər hələ ki, müqavimət göstərə bilirlər. Amma bu müqavimətin nə qədər davam edəcəyi bəlli deyil.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri