Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Dünyada sürücülər nə qədər cərimələnir? Məbləğlər

Dünyada sürücülər nə qədər cərimələnir? Məbləğlər

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Avtomobil sürücülərinin yol hərəkəti qaydalarını pozmasına görə bütün ölkələrdə cərimələr tətbiq edilir. Lakin bu cərimələrin məbləği eyni deyil və ölkələr üzrə fərqlənir. Bəzi dövlətlərdə cərimələr sabit məbləğlə müəyyənləşdirilir, bəzi ölkələrdə isə sürücünün gəliri də nəzərə alınır. Bu yanaşma ağır qayda pozuntularında cərimələrin çox yüksək məbləğlərə çatmasına səbəb olur.

Avtosfer.az bir neçə ölkədə tətbiq edilən cərimələrin məbləğini təqdim edir.

İsveçrədə sürət həddinin pozulmasına görə cərimələr pozuntunun dərəcəsindən asılı olaraq dəyişir. Yaşayış məntəqəsində sürət həddini 1-5 km/saat aşmağa görə 40 frank (təxminən 82 manat), 11-15 km/saat aşmağa görə isə 250 frank (təxminən 512 manat) cərimə tətbiq olunur.

Finlandiyada yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələr 20-200 avro (təxminən 39-387 manat) arasında dəyişir.

Norveç də yüksək cərimələri ilə seçilən ölkələrdəndir. Sürət həddini 5 km/saatadək aşmağa görə 1 250 kron (təxminən 223 manat), 10 km/saatadək aşmağa görə 3 350 kron (təxminən 599 manat) cərimə tətbiq edilir. Sürət həddinin 20 km/saatadək aşılması zamanı cərimə 8 650 krona (təxminən 1 546 manat), daha ciddi pozuntularda isə 16 700 krona (təxminən 2 984 manat) çata bilər.

Sinqapurda sürət həddinin 20 km/saatadək aşılmasına görə avtomobil sürücüləri 200 Sinqapur dolları (təxminən 266 manat) cərimələnə bilər. Sürətin 20-30 km/saat artıq olması 300 dollar (təxminən 399 manat), 30-40 km/saat artıq olması isə 400 dollar (təxminən 532 manat) cərimə yazılır.

Böyük Britaniyada sürət həddinin pozulmasına görə standart cərimə 100 funt sterlinq (təxminən 225 manat) təşkil edir. İş məhkəməyə çıxarıldıqda cərimə sürücünün gəlirinə əsasən hesablanır. Adi yollarda maksimum cərimə 1 000 funt sterlinq (təxminən 2 250 manat), magistral yollarda isə 2 500 funt sterlinq (təxminən 5 625 manat) ola bilər.

Türkiyədə sərxoş sürücülük pozuntunun təkrarlanmasından asılı olaraq təqribən 1 200 AZN-dən 7 500 AZN-ə qədər yüksəlir. Təcili yardım zolağını qanunsuz zəbt etməyin cəriməsi isə təqribən 580 AZN təşkil edir.

ABŞ-də vahid yol cəriməsi sistemi yoxdur, çünki hər bir ştat (və hətta şəhərlər) öz cərimə məbləğlərini və qaydalarını müstəqil müəyyən edir. Amerika sistemində cərimələr sabit tariflər üzərində qurulsa da, yekun ödəniş bir çox əlavə xərclərlə formalaşır.

Ən varlı ştatlardan olan Kaliforniyada minimal baza cəriməsi 398-405 manat, Nyu-York, İllinoys və Texasda isə 204-374 manatdan başlayır.

Bu ölkələrdə tətbiq olunan sistemlər göstərir ki, yüksək cərimələr yalnız sabit tariflərlə məhdudlaşmır. Xüsusilə İsveçrə və Finlandiya kimi ölkələrdə sürücünün gəlirinin nəzərə alınması ağır yol pozuntularına görə ödənilən məbləğin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər./sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri