Icma.az
close
up
RU
Dünyadan köçən əzizləriniz üçün bu duanı oxuyun İlahiyyatçıdan tövsiyə

Dünyadan köçən əzizləriniz üçün bu duanı oxuyun İlahiyyatçıdan tövsiyə

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Müzakirə olunan məsələlərdən biri də dünyasını dəyişmiş insanlara edilən dualarla bağlıdır. Bəzi alimlər deyirlər ki, ölmüş insana yaxşılıq etmək istəyən, onun ruhuna dua hədiyyə edə bilər. Bu, hansı dualardır?

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, ən təsirli dualar əsasən Quranda olan dualardır.

O deyib ki, bundan başqa peyğəmbərimizin də səhih hədislərində gələn dualar var:

“Dünyadan köçən insanlar üçün dua etmək islamda mühüm ibadətlərdən biridir. Bu dualar, həm ölən şəxsin ruhuna fayda verir, həm də dua edənin öz mənəvi vəziyyətini gücləndirir. Ən təsirli dualardan biri cənazə namazında oxunan duadır. Həmin dua, Hz. Məhəmmədin (s.ə.s) sünnəsindən gəlir və ölən şəxsin günahlarının bağışlanmasını, imanla dünyadan köçməsini və axirət həyatında rahatlıq tapmasını ehtiva edir.
Dua belədir: “Allahumməğfir lihəyyinə və meyyitinə və şahidinə və ğayibinə və sağirinə və kəbirinə və zəkrinə və ünsənə. Allahummə mən əhyəytəhu minnə fəəhyihi ələl-islam. Və mən təvəffəytəhu minnə fətəvəffəhu ələl-iman. Allahummə la təhrimna əcrəhu və la tudılləna bədəhu.”

Bu duada Allahdan diri və ölülərin, kişi və qadınların, böyük və kiçiklərin bağışlanması dilənir. Eyni zamanda həyatda olanların islam üzərində yaşaması və dünyadan köçənlərin imanla ruhlarını təslim etməsi arzu edilir”.

İlahiyyatçı qeyd edib ki, Quranda və hədislərdə də ölən şəxslər üçün dua etməyin əhəmiyyəti vurğulanır:

“Quranda Haşr surəsinin 10-cu ayəsində belə buyurulur: “Onlardan sonra gələnlər belə deyərlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirən qardaşlarımızı bağışla”. Bu, iman sahiblərinin həm özləri, həm də əvvəlki nəsillər üçün dua etmələrinin vacibliyini göstərir. Hz. Məhəmməd (s.ə.s) isə buyurur: “İnsanın əməli öldükdən sonra üç şeydən başqa kəsilir: davam edən sədəqə, faydalı elm və onun üçün dua edən saleh övlad.” (Müslim, “Vəsiyyətlər,” 14). Bu hədisdə duaların ölən şəxs üçün əhəmiyyətli bir mənəvi dəstək olduğu aydın ifadə edilir”.

Əkrəm Həsənov

Ə.Həsənov bildirib ki, cənazə duasından əlavə, ölən şəxs üçün Qurandan digər dualar da oxuna bilər:

“Məsələn, İbrahim surəsinin 41-ci ayəsi olan “Rəbbənəğfir li vəli valideyyə və lil-mumininə yəvmə yəqumul hisab” duası ilə, dualar daha fərdiləşdirilə bilər. Bunun mənası isə belədir: “Ey Rəbbimiz! Hesab günündə mənim, valideynlərimin və möminlərin günahlarını bağışla.” Bu duaya özün digər yaxınlarını da əlavə edə bilərsən. Əlavə olaraq, ölən şəxs üçün edilən digər dualar da mənəvi təsir baxımından mühüm yer tutur.

Məsələn, “Allahummərhamhu vəğfir ləhu və əkrim nuzuləhu və vassi’ mudxələhu və əğsilhu bilmai vəs-səlci vəl-bərəd” duası oxuna bilər.

Bunun mənası belədir: “Allahım, ona rəhm et, onu bağışla, məqamını yüksəlt, qəbri geniş və nurlu et, onu su, qar və dolu ilə təmizlə.” Bu dua, ölən şəxsin həm qəbri, həm də axirət həyatı üçün rahatlıq və bağışlanma diləyir”.

İlahiyyatçı deyib ki, dualar sadəcə Allahdan rəhmət diləmək üçün deyil, həm də dua edən şəxsin Allahla mənəvi əlaqəsini gücləndirmək üçündür:

“Bu səbəbdən ölən şəxsin ruhuna edilən dualar onların günahlarının yüngülləşməsinə, rəhmətə nail olmasına və axirət həyatında xeyir tapmasına səbəb olur. Belə dualar həm dua edən, həm də ölən şəxs üçün mənəvi bir rahatlıq və xeyir mənbəyidir”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see245

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see201

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see199

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see155

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see149

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see147

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see146

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see140

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see135

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see133

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see132

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see128

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see127

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see125

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see125

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see122

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see121

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri