“Bu halda, qıldığınız namazlar qəzaya gedir” İlahiyyatçıdan VACİB TÖVSİYƏ KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Əgər Zöhr namazı vaxtında qılınmayıbsa, onun qəza olmaması üçün son vaxt Əsr namazının axırıncı dəqiqəsinədəkdir. Yəni, “Məğrib”ə qədər dörd rükət namaz qılmaq üçün vaxt qalıbsa, bu, Əsr namazına məxsusdur. Bu vaxta daxil olanda isə Zöhr namazı qəzaya gedir”.
Bu fikirləri ilahiyyatçı Fazil Əhməd KONKRET.az-a açıqlamasında bildirib:
“Əsr namazı isə bir çox fəqihlərin fikrinə görə, Məğrib azanına qədər qəza olmur. Yəni axşam azanı oxunana qədər Əsr namazını qılmaq mümkündür. Lakin bəzi alimlər, təxminən 20 faiz fəqih belə hesab edir ki, Əsr namazını bu qədər gecikdirmək doğru deyil. Əgər o vaxtdan sonra qılınsa, qəza sayılır. Onların fikrincə, gün üfüqün arxasına keçsə, lakin Məğrib azanı verilməsə belə, artıq Əsr namazının vaxtı çıxmış sayılır. Bu isə namazın qəza sayılmasına səbəb olur”.
İlahiyyatçı sonda əlavə edir ki, amma əksər fəqihlər bu yanaşmanı qəbul etməyərək, Əsr namazının Məğribə qədər qılınmasının düzgün olduğunu bildirirlər.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















