Icma.az
close
up
RU
Dünyanı heyrətə gətirən əməliyyat: hər kəs axtarışa başladı Tarixdə İLK

Dünyanı heyrətə gətirən əməliyyat: hər kəs axtarışa başladı Tarixdə İLK

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 8-də Şuşanın azad edilməsi Azərbaycan hərb tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Bu zəfər Qarabağ müharibəsində üstünlüyün əldə edilməsinə şərait yaratdı. 

Şuşanın azad edilməsində əsas uğur açarımız nə idi?

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, 8 noyabr 44 günlük müharibənin ən unikal hərbi əməliyyatı kimi tarixə düşüb:

“Şübhəsiz ki, burada Azərbaycan əsgərinin vətən sevgisi əsas təsiredici qüvvə idi. Ölkəmizin işğal altında olan hər bir yaşayış məntəqəsinin azad edilməsi böyük əhəmiyyət daşıyırdı. Lakin Şuşa əməliyyatı xüsusi strateji və mənəvi önəmə malik idi. Məhz bundan sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu gün dünyanın bir çox hərbi elmi-tədqiqat mərkəzləri Şuşa əməliyyatının həyata keçirilmə təcrübəsini öyrənməyə çalışır, bir sıra ölkələrin hərbi təhsil müəssisələrində nümunə kimi tədris olunur”.

Ədalət Verdiyev

Ekspert qeyd edib ki, Şuşa döyüşünə qədər dünyada heç bir ordu, hətta təlim şəraitində belə bu tip tapşırıqları yerinə yetirməyib:

“Çünki belə bir əməliyyatın insan imkanları daxilində mümkün olacağına inanılmırdı. Lakin Azərbaycan Ordusu bu unikal əməliyyatı uğurla həyata keçirməklə öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Hərb tarixində bu qədər mürəkkəb coğrafi mövqedə, yəni yüksək qayalıq üzərində yerləşən qala şəhərin azad edilməsi kimi bir nümunə mövcud deyildi. Şuşada yerləşən erməni silahlı birləşmələrinin sayı şəhəri azad etməyə cəlb olunan Azərbaycan xüsusi təyinatlı qüvvələrinin sayından yeddi dəfə çox idi. Bu, əsas çətinliyimiz idi. Bundan başqa, düşmən şəhəri qaya üzərində yerləşən möhkəm istehkamdan müdafiə edir, zirehli texnika, artilleriya və tank əleyhinə vasitələrdən istifadə edirdi. Belə şəraitdə, yəni yeddi dəfə üstün qüvvə və ağır texnika ilə müdafiə olunan bir şəhəri ordumuz yalnız yüngül atıcı silahlarla və məhdud sayda tank əleyhinə vasitələrlə azad etməyə nail oldu. Bu, hərb tarixində ilk oldu”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri