Icma.az
close
up
RU
Dünyanı heyrətləndirən ŞUŞA DÖYÜŞÜ

Dünyanı heyrətləndirən ŞUŞA DÖYÜŞÜ

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Azərbaycanın Şuşa şəhəri 1992-ci il mayın 8-də, I Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu şəhər düz 28 il erməni işğalı altında qaldı. Həmin dövrdə şəhər erməni qarəti və talanını yaşadı.

Şuşa təkcə Azərbaycan üçün deyil, işğalçı Ermənistan üçün də strateji əhəmiyyət daşıyırdı. Düşmən nəyin bahasına olursa olsun, Qarabağ bölgəsinin tacı olan bu şəhəri əlində saxlamağa çalışırdı.

Lakin Azərbaycan dövləti Şuşanın əbədi olaraq düşmən tapdağı altında qalması ilə barışa bilməzdi.

Şuşa şəhəri Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. Şuşanı əbəs yerə “Azərbaycanın mədəniyyət paytaxtı” adlandırmırlar. Çox az şəhər Azərbaycanda Şuşa qədər istedadlı insanlar yetişdirə bilib. Bu şəhərin işğalı ilə Azərbaycan xalqının mədəni irsinə ağır zərbə vurulmuşdu.

Nəhayət o gün yetişdi. 2020-ci il sentyanrın 27-də başlayan II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun hədəflərindən biri Şuşanın işğaldan azad edilməsi idi.

Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Şuşa şəhəri nəhəng təbii qalanı xatırladır. Şəhər üç tərəfdən sıldırım qayalarla əhatə olunub. Buna görə də Şuşanın azad edilməsi çətin məsələ idi. Amma Azərbaycan Ordusu bu çətinliyin öhdəsindən şərəflə gəldi.

Dağların başında yerləşən şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Şuşanı işğalçılardan geri almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Lakin Azərbaycan Ordusunun komandanlığı buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi.

Şuşaya hücum Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin komandiri, general Hikmət Mirzəyevin taktiki planı əsasında həyata keçirildi. Həm ərazinin çətin relyefi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan hərbçiləri 5 gün Şuşa istiqamətində piyada getməli, şəhərə çatmaq üçün dərin dərələri, qalın meşələri və sıldırım qayaları keçməliydilər. Noyabrın əvvəlində yola çıxan 400 nəfərlik Azərbaycan xüsusi təyinatlısı yalnız yüngül silahlarla – bıçaq, tapança, avtomat silahlı və qumbara ilə silahlanmışdılar.

Ağır silahlara və zirehli texnikaya sahib olan Erməni ordusu bütün gücünü şəhər istiqamətinə gələn iki əsas yola cəmləmişdi. Düşmən hücumu bu yollardan gözləyirdi.


Şuşanın sıldırım qayalar üzərində yerləşməsi oradakı erməni qüvvələrinə taktiki üstünlük qazandırırdı. Azərbaycan qüvvələrinin şəhərə hücumu zamanı Şuşada 3 minə yaxın erməni əsgəri, 100-dən artıq hərbi texnika və çoxsaylı artileriya qurğuları vardı. Amma düşmən bu döyüş zamanı bir məsələni də diqqətdən kənarda qoymuşdu – Azərbaycan əsgərinin Vətən sevgisini. Şuşa döyüşündə həlak olan Azərbaycan əsgərlərinin əksəriyyəti gənc nəslin nümayəndələri idi. Heç biri bu şəhəri görməmişdi, amma Vətən sevgisi hər şeydən, hətta ölümdən də öndə idi.

Noyabrın 6-da hərəsi 100 nəfərdən ibarət olan dörd qrupdan ibarət Azərbaycan xüsusi təyinatlıları Şuşanın sıldırım qayalarına çatdılar. Onlar qayalara iplərlə dırmaşaraq dörd tərəfdən şəhərə daxil olub ermənilərlə yaxın məsafədən ağır küçə döyüşlərinə atıldılar.

Sayca üstünlüyə malik olan ermənilər Azərbaycan hərbçilərinin görünməmiş qəhrəmanlığı, cəsarəti qarşısında duruş gətirə bilmədilər və noyabrın 7-də ağır itkilər verərək qaçmağa məcbur oldular.

Məğlubiyyəti həzm edə bilməyən düşmən bir neçə dəfə əks-hücuma keçərək, T-72 tanklarından və BMP-2 döyüş maşınlarının hesabına şəhəri geri almağa çalışdı.

Hətta noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketi də atıldı. Amma ermənilərin əks hücumlarına baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular.

Şuşada Ermənistan ordusuna məxsus çoxlu texnika, silah-sursat ələ keçirildi, mindən çox işğalçı məhv edildi.

2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad olunduğunu bildirdi. Məhz Şuşa zəfəri müharibənin taleyini həll etdi və ertəsi gün Ermənistanın baş naziri kapituliyasiya aktını imzalamağa məcbur oldu.

Şuşa döyüşü dünyanın hərb tarixində unikal əməliyyat kimi qiymətləndirilir. Bu qələbə Azərbaycanın döyüş brendinə çevrilib. Ağlasığmaz döyüşlər ən qüdrətli dövlətlərin, NATO-nun ekspertləri tərəfindən diqqətlə araşdırıldı. İsrailli hərbi ekspertlər bildiriblər ki, Şuşanı azad etməklə Azərbaycan ordusu dünya hərb elmində yenilik edib. NATO generalları da etiraf ediblər ki, Şuşa əməliyyatı hərb tarixində tamamilə yeni bir dönəmdir.

Yüksəklikdəki şəhər dağın ətəklərindən başlanan hücumla ələ keçirilib. Bu əməliyyat zamanı Azərbaycan hərbçiləri nə bir yaralını, nə bir şəhidi döyüş meydanında buraxıb. Əsgər döyüş yoldaşı çiynində daşıya-daşıya döyüşüb və sıldırım qayalarla şəhərə qalxıb.

Hərbii mütəxəssislər Şuşanın azad olunmasını müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar. Çünki Şuşa aşağıdan yuxarıya doğru azad olunub və bu, müasir hərb elminin bütün prinsiplərinə sığmayan hadisədir.

İndi dünyanın hərbi mərkəzləri 400 nəfərlik qüvvənin ağır artilleriya olmadan şəhəri əlbəyaxa döyüşlə azad etməsinin taktikasını öyrənir. Bu döyüş hətta xaricdə hərbi dərsliklərə də salınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri