Icma.az
close
up
RU
Ermənilərin dünyanı heyrətləndirən dəhşətli silahı Bənzəri yoxdur!

Ermənilərin dünyanı heyrətləndirən dəhşətli silahı Bənzəri yoxdur!

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Aprelin 23-də İrəvanda “erməni soyqırımı”nın 110 illiyinə görə keçirilən məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması, Ermənistanda revanşist məqsədlərin hələ də aktual qaldığını göstərdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan və digər hökumət rəsmiləri bu addımı hər nə qədər qınasa və sülh tərəfdarı olduğunu desə də, xalqın iqtidarla eyni fikirdə olmadığı müşahidə edilir. İctimaiyyətin Azərbaycana qarşı qərəzli münasibəti, sülh prosesinin tamamlanması və normallaşma hədəflərinə də zərər verəcək amil kimi qiymətləndirilir.

Bakı erməni cəmiyyətinin revanşist düşüncələrini gələcəkdə həyata keçirmək planlarının qarşısını almaq üçün necə addım atmalıdır? Sülh müqaviləsi imzalandıqdan sonra belə Ermənistan təkrar təxribata cəhd göstərə bilərmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması erməni cəmiyyətində kök salmış, saxta ideologiyalara, miflərə və əsatirlərə söykənən ultramillətçi dünyagörüşünün təzahürüdür:

“Digər tərəfdən, bu vandalizm aktı erməni cəmiyyətində dövlətçilik ənənələrinin və əxlaqının olmadığını təsdiqləyir. Çünki öz gücü və potensialı hesabına dövlət quran bir toplum, heç vaxt on milyonlarla insanın qurduğu dövlətlərin atributlarına qarşı vandalizm aktı törətməz. Bu, həm də acizliyin, qorxudan doğan aqressiyanın nümunəsidir. Təsadüfi deyil ki, Ermənistan vaxtilə işğal altında olan Azərbaycan torpaqlarına da eyni vandal təfəkkürü ilə yanaşıb. İstər azadlığına qovuşmuş ərzilərimizdə, istərsə də Qərbi Azərbaycanda xalqımızın məxsus böyük mədəniyyətin nümunələrini və izlərini silmək üçün ən böyük vəhşiliklərə əl atıblar. Bütün bunlar klassik erməni sosial varlığının dağıdıcılığından, vandal mahiyyətindən xəbər verir.


Elçin Mirzəbəyli

Deputatın sözlərinə görə, erməni ultramillətçiliyi həm formasına, həm də məzmununa görə, son 200 ildə mövcud olan bütün millətçi dünyagörüşlərindən fərqlənir:

“Daha aqressiv, mərhəmətsiz və amansızdır. Bu dünyagörüşü özündə bəşər tarixinin bütün pisliklərini, anti-insani təfəkkür və davranışlarını birləşdirən, son nəticədə paranoid şəxsiyyət pozuntusuna, indiki halda isə paranoid millət pozuntusuna gətirib çıxaran təfəkkür və həyat tərzidir. Erməni vandalizminin kökləri haqqında apardığım araşdırmalar zamanı da buna bir daha əmin oldum.

Nifrət, yalan, xəstə, şizofrenik təfəkkürdən doğan mistik fərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətlidir. Faşizmin, o cümlədən erməni faşizminin tarixi də bunu sübuta yetirir.

Düşünürəm ki, erməniləri türklərə, azərbaycanlılara və bütövlükdə erməni olmayanlara qarşı nifrət üzərində kökləyən əfsanə və nağılların, Adolf Hitleri ekstaza gətirən mistik hekayədən fərqi yoxdur. ”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri