Icma.az
close
up
RU
Dünyanı silkələyən qərar: azərbaycanlılar üçün də risk var, amma...

Dünyanı silkələyən qərar: azərbaycanlılar üçün də risk var, amma...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çində korrupsiya ilə bağlı qəbul edilən məhkəmə qərarı dünyada səs-küyə səbəb olub. Belə ki, Haynan əyalətinin Xalq Məclisi Daimi Komitəsinin keçmiş sədr müavini Lyu Sintay əmlakı tam müsadirə olunmaqla ölüm cəzasına məhkum edilib. O, 316 milyon yuandan (təxminən 45 milyon dollar) çox rüşvət almaqda təqsirli bilinib. Quylin Şəhər Məhkəməsi Lyunu 2003-2024-cü illərdə Şandun və Haynan əyalətlərində yüksək vəzifələrdə çalışdığı müddətdə korrupsiyada ittiham edib. O, şirkətlərə və şəxslərə biznesdə köməklik göstərmək, müqavilələr əldə etmək və maliyyə vəsaitlərini bölüşdürmək üçün rüşvət alıb. Məhkəmənin qərarına əsasən, Lyunun edamı iki il müddətinə təxirə salınıb.

Azərbaycanda da vaxtaşırı məmurlar rüşvət və korrupsiya halları ilə bağlı məsuliyyətə cəlb olunur, vəzifədən azad edilir və həbs edilirlər. Mütəxəssislər hesab edirlər ki, korrupsiyaya qarşı mübarizədə ən təsirli vasitələrdən biri sərt cəzaların tətbiqi ilə yanaşı, şəffaflığın artırılmasıdır.

Ölkəmizdə məmurlar üçün ən sərt cəza hansıdır? Nə qədər məbləğdə rüşvət ağır cinayət sayılır?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda 23 mindən artıq məbləğdə alınan rüşvət ağır cinayət sayılır:

“Ölkəmizdə heç bir cinayət əməlinə, o cümlədən korrupsiyaya görə ölüm cəzası yoxdur. Belə hallarda maksimum cəza 15 ilə qədər azadlıqdan məhrumetmədir. Praktikada isə 10 ildən çox cəza alan məmurlar nadirdir və həbs olunanların çoxu müəyyən müddətdən sonra sərbəst buraxılırlar. Çində korrupsiyaya qarşı sistemli mübarizə aparılır, Azərbaycanda isə bu sahədə sistemli nəzarət yoxdur. Hazırda məmurlar nadir hallarda məsuliyyətə cəlb olunur və azadlığa buraxılmaları uzun bir dövrü əhatə etmir”.

Həmçinin oxuyun:

Bu qurumdakı şəbəkə haqda şok – DTX ortaya elə cinayətlər çıxara bilər ki… 

Əkrəm Həsənov

Hüquqşünas qeyd edib ki, sistemli mübarizə üçün bir neçə tədbir vacibdir:

“Əvvəla, vəzifəyə təyin olunan məmura yüksək maaş verilməli və bu, ictimaiyyətə açıqlanmalıdır. Bundan əlavə, məmurlar qanunla gəlir və xərclərini bəyan etməlidirlər. Bu, bütün sivil ölkələrdə belədir. Azərbaycanda isə belə bir qanunun 2005-ci ildə qəbul edilməsinə baxmayaraq, hələ də Nazirlər Kabineti bəyannamə formasını hazırlamayıb və təsdiq etməyib. Paralel olaraq, daşınmaz əmlakın dövlət reyestri açıq olmalı və vətəndaşlar bütün əmlak məlumatlarını görə bilməlidirlər. Kommersiya hüquqi şəxslərin reyestrinə də ictimai nəzarəti təmin etmək vacibdir. Bu halda məmurların, onların ailə üzvlərinin və əməkdaşlarının əmlakı görünəcək və korrupsiya halları üzə çıxarılacaq. Belə şəraitdə korrupsiyaya qarşı mübarizə daha effektiv olacaq və məsul şəxslər ağır cəzaya məhkum ediləcək. Ölkəmizdə hər hansı məmur pozuntu etdikdə, onu həbs etmək mümkün olsa da, əksər hallarda sanksiyalar ciddi olmur. Ümumiyyətlə, əlində geniş səlahiyyəti olan məmurların 99 faizi korrupsionerdir”.

Qeyd edək ki, Çin də daxil olmaqla, Vyetnam, Tayland və İranda korrupsiya cinayətləri ölüm hökmü ilə cəzalandırılır.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Avqust 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri