Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Dünyanı silkələyən Rumıniya İnqilabı :23 illik qudurğanlığın açı sonu: 35

Dünyanı silkələyən Rumıniya İnqilabı :23 illik qudurğanlığın açı sonu: 35

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

O vaxtlar Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Leonid İliç Brejnev vardı. Yəni SSRİ-nin indiki dillə desək prezidenti!


Bu çox “ manyak” biri imiş. Qarşısına keçən siyasi şəxsləri, diğər ölkə rəhbərini, səfirlərin dodaqların ən azı bir 3-4 dəqiqəlik uzunsürən öpüş alırmış. Guya bu qədim rus ənənəsiymiş, dostluğa və mehribançılığa dəlalət edirmiş. Deyəcəksiniz ki, bunun nəyi “manyak”lıqdır, öpüb də.Brejnev Yuqoslaviyaya səfəri zamanı ölkə başçısı İosif Titoya dodağından necə hərarətlə öpürsə, Titonun dodağı partlayıb və qanı axıb.
Ümumiyyətlə, Brejnev qarşısına keçəni belə “manyakal” öpüşlərə qərq etməsə əl çəkməzmiş. Amma Rumıniya başçısı Nikolay Çauşeski  bu öpüşdən imtina edir əllə salamlaşmağı üstün hesab edir.
 

Diktator Çauşeski ...

Adalet.az xəbər verir ki,  bu gün -1989-cu ilin 25 dekabr tarixindә iqtidardan uzaqlaşdırılan Rumıniyanın keçmiş dövlәt başçısı Nilolay Çauşesku vә xanımı Yelena Çauşesku edam edilib.

Rumın siyasətçi və dövlət xadimi Nikolay Çauşeski 1965-ci ildə- 47yaşındaykən Rumıniya Kommunist Partiyası MK-nın baş katibi seçilib.1974-cü ildə konstitusiyanı dəyişmək qərarına gəlir və ölkədə prezident vəzifəsini tətbiq edir. Tarixçilərin qənaətincə, o, bu addımı 1971-ci ildə Asiya səfərindən sonra atmaq qərarına gəlib. Səfər zamanı Çauşeskunu regionun kommunist ölkələrində – Çin, Şimali Vyetnam və Şimali Koreyadakı sərt dövlət modelləri heyrətə gətirib. Rumın liderinin təyin etdiyi seçkilərdə şübhəsiz ki, özü də qalib gəldi. Bundan sonra isə – ömürlük hakimiyyətdə qalacağını bəyan etdi.


Çauşesku  ailəsinin əlində böyük hakimiyyət cəmləşdirdi. Həyat yoldaşı və sadiq dostu Yelena ölkənin ikinci şəxsi oldu. Ancaq dərhal yox. Yelena Çauşesku əvvəlcə Rumıniya Kommunist Partiyasında bir sıra əhəmiyyətli vəzifə tuturdu. Lakin həyat yoldaşının rəsmi səfərlərində onu müşayiət etmirdi. 1971-ci ildə Çauşeskunun həyat yoldaşı ilə Çinə səfəri hər şeyi dəyişdi. Yelena Mao Tszedunun xanımı Dzyan Tsinin real hakimiyyət sahibi olduğunu gördü.

Baş nazir vəzifəsini  prezident postu ilə birləşdirən Çauşesku xanımını 1972-ci ildə  Mərkəzi Komitəyə üzv və 1980-ci ildə isə baş nazirin birinci müavini vəzifəsinə təyin etdi.  Onları 3 övladı vardı: Valentin idman sahəsinə, Zoya biznesə maraqlı olur, əxlaqı yerində olmayan  Nikunu Transilvaniya regionunun mühüm əyaləti olan Sibiunun başçısı təyin edilir. Hər üçünün “milli iqtisadiyyatın dağıdılmasında” "böyük əməyi" olub.

Çauşeskunun xalqı müflis edən islahatları 

 Bu ölkədə hər şey onun ailəsinə məxsus idi – tarixi dəyərlərdən tutmuş qoruq meşələrindəki marallara qədər. Həddən artıq ehtiyatlı  Çauşesku o dövr üçün  ən böyük mühafizəyə sahib idi. Həmişə də hər hansı xəstəliyə yoluxacağından qorxurdu. Onun şəxsi mühafizəçisi özü ilə spirt flakonu gəzdirir və Çauşesku hər hansı əşya ilə təmasdan sonra əllərini silirdi. 


Çauşesku özü dəbdəbə içində yaşayır, qiyməti 100 min dollar olan bahalı maşınlarda gəzirdi. Özü və ailəsi üçün tikdirdiyi çoxsaylı iqamətgahların yemək otaqlarında qablar bahalı metallardan, büllur tualetlərində unitazlar isə mərmərdən idi. Rəhbərin həyatının təminatı üçün yol verilən israfçılıq ölkə büdcəsinin böyük hissəsinin xərclənməsinə səbəb olurdu. Bu da nəticədə xarici borcun artmasına gətirib çıxardı. 

70-ci illərin sonuna borc 13 milyard dollara çatdı.Rumıniya isə iqtisadi iflas ərəfəsində idi. Bundan sonra Çauşesku konstitusiyada gələcəkdə xaricdən borc alınmasını yasaqlayan dəyişikliyin edilməsi məqsədi ilə referendum keçirdi. 1980-ci ildən xarici borcların ödənməsi ölkənin əsas prioritetinə çevrildi.

Çauşesku onun hakimiyyəti dövründə yaranan borcları ödəmək üçün istehsal edilən məhsulların böyük hissəsini ixraca göndərdi. Bu da ölkə daxilində məhsul qıtlığı yaratdı. O vaxtdan yanacaq və ərzaq çatışmazlığı rumınların gündəlik həyatının tərkib hissəsinə çevrildi. Ancaq bununla yanaşı, ədalətlə qeyd etmək lazımdır ki, 1989-cu ilin yayında, Çauşesku devrilməmişdən bir neçə ay əvvəl Rumıniya bütün xarici borclarını ödədi. Ancaq qıtlıqla yanaşı, kütləvi ixracın da qarşısı alınmadı.

Görməmiş Çauşesku Korbu adlı iti


Əmək fəaliyyətinə pinəçi köməkçisi kimi başlayan Nikolay Çauşeskunun hakimiyyət zirvəsinə yüksəlişi Roma imperatorları stilində dəbdəbə ilə davam etdi. Atını senator edən Kaliqulaya tam bənzəmək üçün Çauşesku Korbu adlı sevimli təmtəraqlı itini şan-şöhrətə bürüdü. İtə onu Buxarestdə gəzdirən xüsusi limuzin ayrılmışdı, o, Çauşeskunun çoxsaylı villalarının birində dəbdəbəli otaqda yatırdı. Sevimli itin xidmətində hətta telefon da var idi. Hər gün Londondan it biskvitləri alıb Buxarestə göndərmək isə Rumıniyanın Böyük Britaniyadakı səfirinin xidməti vəzifəsinə daxil idi.

Devrilməzdən bir müddət əvvəl Çauşesku sevimli itinə Rumıniya ordusunun polkovniki rütbəsi verdi.
Öz mükafatlarının sayına görə isə Çauşesku Leonid Brejnevlə rəqabətə girə bilərdi. Dəfələrlə Sosialist Əməyi Qəhrəmanı adını alan Çauşesku dost xalqların da bir çox mükafatını əldə etmişdi. Bununla yanaşı, Çauşesku ölkəsinin və xalqının nüfuzu barədə də düşünürdü. Onlarla akademik rumınların romalıların davamçısı olduğunu, rumın dilinin isə latın dilinə ən yaxın dil olduğunu sübut etmək üçün arxivlərdə çalışırdı.Həmin vaxt isə ölkə iqtisadiyyatı uçuruma doğru gedir, bir vaxtlar Avropanın "çörək səbəti" olan Rumıniyada ildə on beş min adam acından ölürdü.
Ər-arvad hakimiyyətinin fırıldaqları

Baxmayaraq ki,  Rumıniya diktatoru Nikolay Çauşeski və xanımı Yelena da “Biz sizin valideynlərinizik” deyirdi, amma mənzərə elə deyildi. Həmin dövrdə Qərb mediası yazırdı: Rumıniyadakı repressiv Çauşesku rejiminin dəhşətli təzahürlərindən biri də əhalinin sayını  və beləliklə işçi qüvvəsini artırmaq məqsədi ilə qəbul edilmiş kontrasepsiya və abortun qadağan edilməsi haqqında fərman idi (1966). Yeni qanunlara riayət edilməsinə gizli polis  nəzarət edirdi. Uşaq sayı 5-dən az olan ailələr isə özəl vergi ödəməyə məcbur idilər. Doğum sayı beləcə birdən-birə artdı. Eyni zamanda, gözlənilməyən problemlər meydana çıxdı. Uşaqlarının baxım məsrəflərini qarşılaya bilməyən bir çox yoxsul ailə onları uşaq evlərinə buraxmaq məcburiyyətində qalırdılar. Çauşeski hakimiyyətinin devrildiyi 1989-cu ildə uşaq evlərinə tərk edilmiş uşaqların sayı 17000 idi. 


Yetərincə qidalanmayan və həddən artıq gigiyenik olmayan şəraitdə  yaşayan uşaqlara qarşı laqeyd və qəddar  münasibət hökm sürürdü. Uşaq evlərində geyim çatışmırdı, soyuq idi və uşaqlar tibbi yardım almırdılar. Ancaq ən pisi mental və sensor stimullaşmanın, insan sevgisinin, yaxınlığının və şəfqətin tamamilə olmaması idi. Uşaqlar çılpaq divarlarla əhatə olunmuşdu, oyuncaqlar və kitablar yox idi. Uşaqlar beşiklərdə saxlanılırdı, fiziki cəhətdən zəif idilər. “Biz sizin valideynlərinizik” cütlüyün uşaqlar üçün yaratdığı mənzərə belə idi

Çauşeskunun 23 illik hakimiyyəti,  növbəti dəfə başçı olmaq  sevdası və Ruminiya inqilabı

1989-cu ilin noyabrında Rumıniya Kommunist Partiyasının 14-cü qurultayında Nikolae Çauşesku yenidən partiyanın baş katibi seçildi.Bu artıq rumınların səbr kasasını daşıran son səbəb oldu. Beləki, Rumıniyanın şimal-qərbindəki  bütün dövr ərzində təzyiq altında olan.Transilvaniyadakı macarlarından biri- macar keşişinin rejimə müxalif olduğu əsası ilə sürgünə göndərilməyə cəhd edildikdən sonra 15 dekabrda qiyam başladı. Dekabrın 16-da başlayan hadisələr polisin və Sekuritatın (gizli polis) müdaxiləsi ilə daha da genişlənib. Etirazlar ilkin səbəblərindən kənara çıxdı və birbaşa Çauşesku rejimini hədəf almağa başladı.


İğtişaşlar və etirazlar ertəsi gün də davam etdi; rayon komitəsinin binası zəbt olundu. Hadisələr gərginləşdikcə ordu içəri girdi; dekabrın 18-i səhər saatlarında şəhərə nəzarət ancaq əldə edilə bildi. Həmin gün şəhərdə hərbi vəziyyət elan edilib. Dekabrın 20-də yürüş iştirakçıları şəhərə daxil oldular; etirazçıların böyük bir qrupu şəhərin Operey meydanını zəbt etdi. 

İrana səfər edən Nikolae Çauşeskunun yerinə onun həyat yoldaşı Yelena Çauşesku hadisələri sakitləşdirmək üçün etirazçılara məhbusların əksəriyyətinin azad edilməsini təklif etsə də, qiyamçılar Çauşesku geri çəkilənə qədər davam edəcəklərini bildirərək bu təklifi rədd ediblər.

Çauşeskunun dekabrın 20-də axşam qayıtmasına baxmayaraq, vəziyyət daha da gərginləşdi. Həmin axşam televiziya çıxışında Çauşesku Timişoarada baş verənləri "xarici güclərin Rumıniyanın daxili işlərinə müdaxiləsi" və "Rumıniyanın suverenliyinin pozulması" kimi qiymətləndirib. Budapeşt radiosu ilk olaraq Timişoarada baş verənləri dünyaya çatdırdı, qərb mediası isə qırğından xəbər verdi, on minlərlə insanın ölümündən danışdı, milli televiziyadan məlumat ala bilməyən Rumıniya xalqını Çauşesku rejiminə qarşı ayağa qalxmağa təşviq etdi. Çauşeskunun nəzarətində olan Rumıniya Televiziyası dekabrın 21-də Varşava Müqaviləsi ölkələrinin Rumıniyaya girməsinin qarşısını almaq, Çauşeskuya dəstək vermək üçün 1968-ci ildə olduğu kimi Buxarestdə böyük bir toplantı keçiriləcəyini açıqladı.
Çauşesku vəziyyətə hakim kimi görünsə də, iğtişaşlar tezliklə Buxarestə yayıldı;Dekabrın 22-də səhər saat 9:30 radələrində Çauşeskunun müdafiə naziri Vasile Milea şübhəli şəkildə ölüb Milea Çauşeskunun nümayişçilərə atəş açmaq əmrini yerinə yetirməkdə tərəddüd edir, baxmayaraq ki, həmin səhər Buxarest şəhər mərkəzinə tanklar göndərilmişdi. Milea əvvəlcə Çauşesku ilə Timişoaraya həqiqi döyüş sursatı olmadan qoşun göndərdiyinə görə mübahisə edirdi. 

Hakimiyyət hərisinin son aqibəti


Çauşeskunun izdiham qarşısında ikinci uğursuz cəhdindən sonra o, arvadı Yelena ilə birlikdə dama qalxan liftə minib. Bir qrup etirazçı binaya zorla daxil ola bilib, Çauşeskunun mühafizəçilərini zərərsizləşdirib və eyvana çıxmazdan əvvəl onun ofisindən keçib. Onlar Çauşeskudan cəmi bir neçə metr aralı olduqlarından xəbərsiz idilər. Liftin elektrik cərəyanı sonuncu mərtəbəyə çatmazdan əvvəl kəsilib və Çauşeskunun mühafizəçiləri lifti zorla açıb cütlüyü damın üstünə çıxarıblar.


Vertolyot Piteştiyə gedən köhnə yolun yanındakı tarlaya endi. Malutan daha sonra dörd sərnişininə daha çoxunu edə bilməyəcəyini söylədi. Sekuritatın adamları yolun kənarına çıxaraq yoldan keçən maşınları saxlamağa başlayıblar. İki maşın dayandı, biri meşə gözətçisi, digəri isə həkimin idarə etdiyi qırmızı Dacia idi. Həkim isə bu işə qarışdığına sevinmədi və qısa müddətdən sonra mühərrikin sıradan çıxdığını deyərək Çauşeskunu aldatdı.

Daha sonra bir velosiped ustasının maşını saxlanıldı və o, onları Tarqovişte tərəfə apardı. Təmirçi Nikolae Petrisor onları şəhərin kənarındakı kənd təsərrüfatı texniki institutunda gizlənə biləcəklərinə inandırdı. Çatdıqlarında o, Çauşeskunu bir otağa apardı və sonra onların qapısını kilitlədi. Onlar saat 15:30 radələrində yerli polis tərəfindən həbs edilib, daha sonra bəzi adamları ətrafda gəzib-dolaşdıqdan sonra Tqrqovişte qarnizonunun hərbi birləşməsinə köçürülüb və məhkəməyə qədər bir neçə gün əsir saxlanılıblar.


Dekabrın 24-də yeni yaradılmış Milli Azadlıq Cəbhəsi Şurasının (MSŞ) sədri İon İliyesku Fövqəladə Hərbi Tribunalın, Çauşeskunun soyqırım və digər cinayətlərə görə mühakimə olunması üçün hərbi tribunalın yaradılması haqqında fərman imzalayıb. Buxarestin şimal-qərbindəki Târqovişte kazarmasında saxlanılan Çauşesku və həyat yoldaşı, təxminən bir saat davam edən məhkəmə prosesindən sonra 1989-cu il dekabrın 25-də kütləvi qətl, korrupsiya, vəzifədən sui-istifadə, vətənə xəyanət və dövlət əmlakını mənimsəmə ittihamları ilə edama məhkum edildi. Onlar elə həmin gün güllələnərək edam ediliblər.

Beləcə, Rumnyada 1989-cu ilin dekabr ayı  23 illik bir dövrün bitməsi ilə başa çatır.

Əntiqə Rəşid

(Məqalə Vikipediya materiallarına istinadən yazılıb) 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri