Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

“Facebook” inqilabı”ndan “TikTok” inqilabı”na keçid

“Facebook” inqilabı”ndan “TikTok” inqilabı”na keçid

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş nazir Nikol Paşinyanın Ermənistanın üç keçmiş prezidenti ilə Qarabağ mövzusunda debat təklifi ölkənin siyasi həyatının başlıca mövzusudur. Xaricdə və daxildə bununla bağlı müxtəlif rəylər, çıxarılan nəticələr var. Ən başlıca qənaət isə budur ki, Paşinyan iqtidarı 2026-cı il seçkilərinə indidən hazırlaşır.

Nikol Qarabağ məsələsinin xəstə erməni cəmiyyəti üçün nə dərəcədə böyük prioritet daşıdığını gözəl anlayır və bu həssaslığın üzərinə oyun qurur. Onun konkret olaraq hansı oyunu qurmağı barədə söz açacaq, müəyyən fikirləri diqqətə çatdıracağıq.

***

Arayış üçün bildirək ki, dekabrın 23-də N.Paşinyan “Facebook” hesabında paylaşım edərək, Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan–Ermənistan nizamlama prosesinə dair danışıqlarda Qarabağın Azərbaycanın tərkibində qalması kazusunun əsas götürüldüyünü bildirdi. O, 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra bunu xalqa deməməklə böyük səhvə yol verdiyini etiraf etdi. Baş nazir daha böyük səhvə isə bir il sonra yol verdi və bu məsələyə nəzər salacağıq.

Əlqərəz, Paşinyanın Qarabağ danışıqları ilə bağlı paylaşımı xüsusilə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisi tərəfindən hiddətlə qarşılandı. Ofisin rəhbəri Baqrat Mikoyan və ölkə parlamentinin Koçaryanın tərəfdarı olan deputatı Artur Xaçatryan Paşinyanı yalan danışmaqda günahlandırdılar, onu satqın kimi qələmə verdilər. Baş nazir məhz buna cavab olaraq üç keçmiş prezidenti – Levon Ter-Petrosyanı, Robert Koçaryanı və Serj Sarkisyanı canlı ictimai debata çağırdı.

Ermənistanın hər üç keçmiş prezidenti öz nümayəndələri vasitəsilə Paşinyanın təklifini qətiyyətlə rədd etdilər. Məsələn, S.Sarkisyanın ofisi baş nazirə ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinin (Rusiya, ABŞ və Fransa) prezidentləri ilə debat keçirməyi məsləhət gördü. Ermənistanın üçüncü prezidentinin tərəfdarları onu da bildirdilər ki, 2009 və 2013-cü illərdə Minsk qrupuna daxil olan ölkələr 5 dəfə danışıqların formatı və Qarabağ probleminin həlli prinsipləri ilə bağlı bəyanatlar səsləndiriblər.

R.Koçaryanın tərəfdarları Paşinyana daha kəskin reaksiya verdilər və bəyan etdilər ki, 2018-ci ildən indiyədək Ermənistanda bütün hakimiyyət bir nəfərə – yaşananlara görə tam məsuliyyət daşıyan hazırkı baş nazirə məxsusdur. Onlar öz bəyanatlarında Nikolu ciddi mövzuların müzakirəsindən kənar “Tik-Tok” platformasının komik personajı kimi qələmə verdilər.

Baş naziri məsxərə predmetinə çevirmək baxımından birinci prezident L.Ter-Petrosyanın tərəfdarları da geri qalmadılar. Onlar bildirdilər ki, N.Paşinyan özü özü ilə debat keçirsə və hakimiyyəti müddətində yol verdiyi qanunsuzluqların hesabını sorsa, bu, Ermənistan üçün daha faydalı olardı.

İmtinalara cavab olaraq, Paşinyan yenidən keçmiş prezidentlərə müraciət ünvanladı. Nikol eksləri qərarlarına yenidən baxmağa və debat dəvətini qəbul etməyə çağırdı. O, debatın erməni xalqı üçün əhəmiyyətini vurğuladı və bildirdi ki, insanlar üçüncü respublikanın bütün tarixi boyu baş verən hadisələrdən qəti nəticə çıxarmalıdırlar.

N.Paşinyan da öz növbəsində məsxərə tonundan geri qalmadı və keçmiş prezidentlərə müzakirə aparacaq heç bir şeyləri olmadığı təqdirdə, təqaüdə çıxmağı, öz üzərilərində məhkəmə qurmağı məsləhət gördü.

***

Az əvvəl Paşinyanın 2018-ci ildə Qarabağ danışıqlarının həmin vaxta qədərki mahiyyəti barədə xalqa düzgün informasiya verilməməsini səhv kimi dəyərləndirdiyini diqqətə çatdırdıq. Yada salaq ki, növbəti səhv onun 2019-cu ildə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı olmuşdu. Axı 44 günlük müharibəyə başlıca səbəb məhz həmin bəyanat oldu. Görəsən, N.Paşinyan indi nə üçün Qarabağ mövzusunun erməni cəmiyyətindəki həssaslıq amilinə söykənir? Məgər bilmir ki, bu, son dərəcə ziyanlıdır?

Bəli, Nikolun 2019-cu ildəki bəyanatı Qarabağ danışıqlarını heçə saymaq, prosesi dalana dirəmək idi. 2018-ci il inqilabının qalibi olmuş Paşinyan sözügedən çıxışı ilə özünü ekslərdən daha qətiyyətli göstərmişdi. Nikol xal qazanmağa çalışmış və o an istəyinə çatmışdı. Hay cəmiyyəti onu erməni milli identikliyi deyilən cəfəngiyyatın mühüm tərkib hissəsi sayılan məsələdəki qətiyyətini görmüş və beləliklə əmin olmuşdu ki, Paşinyan özündən əvvəlki liderlərdən köklü surətdə fərqlənir.

Baş nazir “qətiyyətinin” cəzasını 44 günlük müharibədə artıqlaması ilə çəkdi. Təzadlı məqam isə odur ki, hazırda Paşinyan siyasi dividendi Qarabağ itkisində məsuliyyəti boynundan atmaqla qazanmağa çalışır. Hesab edirik ki, bir siyasətçi, dövlət xadimi, ölkə rəhbəri statusunu daşıyan şəxs üçün bundan böyük rəzillik yoxdur. Ancaq Nikolun mənəvi məqamları zərrə qədər düşünmədiyi gün kimi aydındır.

***

Qeyd edək ki, son həftələrdə N.Paşinyanın komandası sosial şəbəkələrdə görünməmiş aktivliyə başlayıb. Ekspertlərin fikrincə, elə bu amil seçki kampaniyasına erkən startın verildiyini göstərir. Ermənistan iqtidarının məqsədi, nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmaq, 2026-cı il seçkilərində qalib gəlməkdir. Qarabağ məsələsi ilə bağlı ictimai debat keçirmək təklifi mövcud istiqamətdəki ilk əhəmiyyətli addımdır.

Bölgənin əldən çıxma ağrısı üzərinə oyun oynayan erməni iqtidarı ənənəsinə sadiq qalaraq, eksləri qınamaq yolunu tutub. Şübhəsiz, Paşinyan ölkəsinin sabiq liderlərinin Qarabağ uğrunda heç nə etmədiklərini vurğulayacaq. Onların korrupsiya və rüşvətxorluq hallarını normaya çevirmələrini, Qarabağa dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitini mənimsədiklərini hayqıracaq. Yəni təkcə sabiqlərin diplomatik səriştəsizliklərini diqqətə çatdırmaqla kifayətlənməyəcək. Beləliklə, erməni cəmiyyətinin yadına keçmişin bərbad idarəçilik tarixçəsini salacaq. Nəzərə alaq ki, Paşinyanın keçmiş prezidentlərə Qarabağ məsələsini müzakirə etmək təklifi sosial şəbəkələrdə nəzərəçarpacaq populyarlıq qazanıb.

***

Baş nazirin komandası sosioloji məlumatları əsas götürür. Nikolun tərəfdarları artan ictimai laqeydlik fonunda siyasi fəal azlığına arxalanaraq, müxtəlif demoqrafik qruplara ünvanlı yanaşma yolunu seçiblər. Bunu Ermənistandakı Demokratiya və Təhlükəsizlik Regional Mərkəzinin rəhbəri, politoloq Tiqran Qriqoryan deyib. “Biz Nikol Paşinyanın sosial şəbəkələrdəki fəallığının nəzərəçarpacaq dərəcədə artmasının şahidi oluruq. Növbəti parlament seçkiləri 2026-cı ilə təyin olunsa da, faktiki olaraq, seçkiqabağı dövr başlanıb. Eyni zamanda, 2025-ci il bir çox qüvvələrin, xüsusən, Paşinyan və onun ətrafının siyasi mövqeyi üçün əsas il olacaq”, – deyən ekspertin sözlərinə görə, baş nazirin tərəfdarları Qarabağ münaqişəsi, 2020-ci il müharibəsində məğlubiyyət və danışıqlar prosesi ilə bağlı məsələlərdən müntəzəm olaraq manipulyasiya və öz məsuliyyətlərinin dərəcəsini azaltmaq cəhdləri üçün yararlanırlar: “Bu məqsədlə onlar bəzən hətta özlərini aldatmaqla da məşğul olurlar”.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan da həmkarının fikirlərini təkrarlayıb. O deyib ki, hakimiyyət ən əlverişli başlanğıc şəraiti yaratmaq üçün artıq erkən seçki kampaniyasına start verib: “Müxalifət seçkilərdə iştirak formalarını belə müəyyənləşdirməyib, hakimiyyət isə artıq kampaniyaya başlayıb. İnzibati resurslar və hökumət qərarları ilə yanaşı, hazırda sosial şəbəkələr Paşinyan üçün əsas alətdir”. O, baş nazirin erməni siyasi elitası üçün gözlənilmədən “TikTok”da hesab yaratmasına da diqqət çəkib və deyib ki, belə bir gediş əhalinin müxtəlif təbəqələrinə çatmaq istəyindən xəbər verir. Ekspertin fikrincə, Paşinyanın komandası sosioloji araşdırmalara əsaslanan məqsədyönlü yanaşma tərzi seçib və konkret demoqrafik qruplarla işləyir: “Son bələdiyyə seçkilərinin göstərdiyi yüksək siyasi laqeydliyi nəzərə alsaq, yəqin ki, səsvermədə siyasi cəhətdən fəal azlıq iştirak edəcək. Bu kontekstdə sosial şəbəkələr hədəf auditoriya ilə məqsədyönlü iş üçün əlverişli vasitədir”.

***

Sonda vəd etdiyimiz kimi, baş nazir N.Paşinyanın 2026-cı il parlament seçkilərinə erkən hazırlığı məsələsində start verdiyi Qarabağ ritorikasının zərərli tərəfinə nəzər salaq. Əvvəldə də vurğuladıq ki, Nikol erməni cəmiyyətinin Qarabağ həssaslığı üzərində oyun qurur. Yəni ona görə ölkənin eks rəhbərlərini debata çağırır ki, bölgənin itirilməsinə görə məsuliyyətdən boyun qaçırsın. Daha doğrusu, öz əməlini başqalarının boynuna yıxsın. Paşinyan onu da bildirib ki, əgər sabiqlər debata gəlməsələr, xalqa öz bildiyi həqiqətləri anladacaq. Bu isə o deməkdir ki, o, Qarabağ mövzusunu sosial şəbəkələrə, o cümlədən, yenicə aktivləşməyə başladığı “Tik-Tok”a çıxaracaq.

Bu o deməkdir ki, istər-istəməz, şüurlarda Qarabağ erməni milli identikliyinin rəmzi kimi qalacaq. Deməli, dolayısı ilə Azərbaycana ərazi iddiası məsələsi aktuallığını saxlayacaq. Ən başlıcası isə belə bir durumun və ab-havanın hökm sürdüyü şəraitdə Azərbaycanla sülh müqaviləsinin nə dərəcədə real olmasıdır. Əgər Paşinyan 2026-cı il seçkilərində qalib gəlməyi düşünürsə, öz reytiniqini aşağı salmaq istəməyəcək, nüfuzunu yüksəltməyə çalışacaq, seçkiyədək barış sazişini imzalamaqdan boyun qaçıracaq.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri