Icma.az
close
up
RU
Dünyanın 200 ə yaxın LOR mütəxəssisi Bakıda toplaşacaq FOTO

Dünyanın 200 ə yaxın LOR mütəxəssisi Bakıda toplaşacaq FOTO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

03-04 iyun tarixlərində Bakıda Hilton Oteldə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə “Foniatriyada yeni üfüqlər” mövzusunda Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 4-cü, Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyətinin 1-ci Beynəlxalq konqresi keçirilir.

Modern.az xəbər verir ki, Konqres “Avropa Foniatrlar İttifaqı”, Türkiyə Cümhruiyyətindən “Kulak, burun, boğaz ve baş boyun cerrahisi derneği”, “Ses, konuşma, yutma bozuklukları derneği”, “Professional Ses Derneği” və “Laringoloji derneği” kimi elmi cəmiyyətlərlə birlikdə keçirilməklə, hədəfi səs problemlərinin müayinə və müalicə üsullarının geniş şəkildə müzakirəsindən ibarətdir. Konqresin proqramına bu problemlərin ələ alınacağı 10 elmi panel daxil edilib.

200-ə yaxın otorinolarinqoloqun iştirakı ilə keçirilən konqresin məruzəçiləri arasında Türkiyə Respublikası, ABŞ və Azərbaycandan 40-a yaxın otorinolarinqoloq və loqopedlər yer almışlar.

Konqresin ilk günü Avropa Foniatrlar İttifaqının Prezidenti Prof.Dr. Haldun Oğuz, DoctorVOX səs terapiyası üsulunun müəllifi Dosent Dr. İlter Denizoğlu, və Avropa Foniatrlar İttifaqı idarə heyətinin üzvü Dosent Dr. Ramil Həşimlinin səs xəstəkiklərinin müalicəsində ən geniş istifadə olunan “Səs terapiyası tətbiqi” haqda geniş bir müzakirəli interaktiv kurs keçirilmişdir. Kursda Həkim-otorinolarinqoloqlarla bərabər defektoloq-loqopedlər, sənətçilər, Milli konservatoriyanın müəllim-tələbə heyəti də iştirak etmişdir.

04 iyun səhər Konqresin rəsmi açılış mərasimi keçirilmişdir. Gün ərzində qırtlağın xoş və bəd xassəli törəmələri, iflicləri, uşaqlarda disfoniyalar, audio-vestibulyar diaqnostika yenilikləri, foniatriyada süni zəka tətbiqi və s. kimi müxtəlif səs problemlərinin müayinə və müalicəsinə həsr olunmuş 7 panellə elmi proqram davam edəcəkdir.

05 iyun 2026-cı il tarixində Qarabağ Universiteti ev sahibliyi ilə “1-ci Qarabağ Səs Konqresi” də keçiriləcəkdir. Konqresin keçirilməsində məqsəd yerli və xarici mütəxəssislərlə (həkimlər, incəsənət xadimləri) bərabər professional səsin müxtəlif aspektlərini, Azərbaycan musiqisi, muğam və milli vokal üslubunun xüsusiyyətlərini elmi yöndən müzakirə etmək, gələcək elmi araşdırmalar üçün ortaq platforma qurmaqdan ibarətdir. Bu il keçiriləcək ilk konqresin əsas mövzusu professional səsin müxtəlif aspektləri, ömür boyu sağlam səslə performans, səs-vokal elmində elmi tədqiqat imkanlarına həsr olunmuşdur. Yuxarıda qeyd edilən elmi cəmiyyətlərin nümayəndələri burda da iştirak edəcəklər.

Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tibbi şurası tərəfindən 13 DTT krediti ilə akkreditasiya edilmişdir və LOR Hospitalın baş sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyun 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri