Icma.az
close
up
RU
Dünyanın diqqəti yenidən Bakıya yönəlib TƏHLİL

Dünyanın diqqəti yenidən Bakıya yönəlib TƏHLİL

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Paytaxtımızda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası keçirilir

Azərbaycan dünyanın aparıcı dövlətlərdən biri olaraq əksər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub. Xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında səmərəli, hər iki tərəfin maraqlarına cavab verən münasibətlər mövcuddur. Bu əlaqələrin təməli isə ölkəmiz müstəqilliyini qəbul etdikdən dərhal sonra qoyulub. 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilən dövlət və hökumət başçılarının 5-ci konfransında Azərbaycan tamhüquqlu üzv kimi təşkilata qəbul olunub. Bu barədə qərar Dakar sammitinin yekun kommunikesinin 14-cü maddəsində əksini tapıb. Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasəti apardığı zaman İƏT sərt açıqlama ilə çıxış edib. İKT-nin Xarici İşlər Nazirləri Şurasının Kəraçidə keçirilən sessiyasında Ermənistan müvafiq qətnamə ilə Azərbaycana qarşı təcavüzdə ittiham olunub. İslam Konfransı Təşkilatı Mərakeş (1994), Tehran (1997) sammitlərindəki Ermənistanın Azərbaycana qarşı təcavüzünü ittiham siyasətini növbəti zirvə görüşlərində də davam etdirib. Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə təmsil olunduğu 12-13 noyabr 2000-ci il Doha (Qətər) və 16-17 oktyabr 2003-cü il Putracaya (Malayziya) sammitlərində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunması, Ermənistanın qoşunlarının çıxarılması barədə BMT qətnamələrini (822, 853, 874, 884) yerinə yetirməməsinə cavab olaraq təşkilatın nizamnaməsinin VII fəslinin (sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər) tətbiq olunması, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in 2-3 dekabr 1996-cı il Lissabon zirvə görüşü zamanı qəbul edilmiş prinsiplərin (Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu və Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyinə təminat) əsas götürülməsi tələblərini əks etdirən sənədlər qəbul olunub.

Əlaqələr ürəkaçandır

Ürəkaçan hal ondan ibarətdir ki, islam dünyasının, ümumilikdə dünyanın BMT-dən sonra əsas nüfuzlu beynəlxalq təşkilatlardan olan İƏT ilə Azərbaycan arasında isti əlaqələr mövcuddur. Məhz bu əlaqələrin nəticəsi olaraq İKT-nin xarici işlər nazirlərinin 33-cü sessiyası 19-21 iyun 2006-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib. 23-24 iyun 2010-cu il tarixlərində Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının XXXV illik toplantısı keçirilmişdir. Bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Azərbaycanın 2013-cü ilin oktyabr ayından BMT TŞ-da başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 2013-cü ilin 28 oktyabr tarixində “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edilmişdir. 20-21 oktyabr 2014-cü il tarixlərində isə Bakıda “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V beynəlxalq konfrans keçirilmişdir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunub. 2015-ci ilin aprel ayında isə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın evsahibliyi etməsi barədə İHİF ilə müqavilə imzalanıb. 2018-ci il aprelin 17-19-da Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilib.

Əlaqələrin dinamik inkişafı uğurların davam etməsinə geniş və əhatəli imkanlar yaradır. İyunun 24-dən başlayaraq Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasından 35 il ötür: “İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardandır. Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əsasda da möhkəm dostluq və qardaşlıq münasibətlərinə söykənən çoxşaxəli əməkdaşlıq əlaqələri qurmuşdur. Biz də, öz növbəmizdə, İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik. İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk”.

Ermənilərin işğal dövründə torpaqlarımızda törətdiyi cinayətlər islamofobiyanın təzahürüdür

Prezident İlham Əliyev müraciətində işğal dövründə Ermənistan tərəfindən urbisid və kultursidə məruz qalmış şəhər və kəndlərimizdə bəşəri əhəmiyyətə malik məscidlər və çoxəsrlik İslam memarlığı abidələri qəsdən dağıdıldığı və talan olunduğunu vurğulanır. Qeyd olunur ki, işğal zamanı 67 məsciddən 65-i məhv edilmiş, qalan məscidlərə isə ciddi zərər vurulmuşdur: “Bu müqəddəs yerlərin tövlə kimi istifadə olunması və orada dinimizdə haram sayılan heyvanların saxlanılması təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinə təhqirdir. ICESCO və İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası bu vandalizm aktlarının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi missiyaları zamanı əyani şahidi olmuşdur.Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış dini ocaqlarımız tarixi görkəmi nəzərə alınmaqla bərpa edilir, yeni məscidlər inşa edilir, minarələrdən uzun illərdən sonra yenidən azan sədaları ucalır.

Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət almışdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir”.

İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib

Prezidentin müraciətində o da vurğulanır ki, İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfranslar təşkil edilir: “İslamofobiyanın narahatedici şəkildə getdikcə yayıldığı bir dövrdə Azərbaycanın bu konfranslara ev sahibliyi etməsi dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi və dinimizlə bağlı stereotiplərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir.

Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür. 2017-ci ildə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir.Bir neçə gün öncə Bakıda müsəlman ölkələrinin dayanıqlı rifahı naminə regional inteqrasiya mövzusuna həsr olunmuş İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları uğurla təşkil edilmişdir”.

Dövlət başçısı İlham Əliyev onu da qeyd edir ki, 2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək: “Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində çıxışı zamanı aktula məslələrə toxunub. Bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı həmrəyliyimizin gücləndirilməsi üçün mühüm və effektiv platformaya çevrilib və əməkdaşlığımızın, birgə fəaliyyətimizin, ümumi məsələlərdə qətiyyətli mövqeyimizin inkişafı üçün mühüm bir şəbəkədir. Parlament diplomatiyası, dialoq və təcrübə mübadiləsi vasitəsilə biz cəmiyyətlərimizin üzləşdiyi çağırışların həllinə və xalqlarımızın rifahının yüksəldilməsinə töhfə verə bilərik: “İslam dünyası hələ də həllini gözləyən ciddi çağırışlarla üz-üzədir. Yoxsulluq, sosial və iqtisadi bərabərsizliklər, silahlı münaqişələr, humanitar böhranlar, terrorizm və ekstremizm davamlı inkişaf naminə göstərilən səylərə ciddi şəkildə mənfi təsir göstərir və onları məhdudlaşdırır. Bu çağırışların öhdəsindən gəlmək və özünün tam potensialını reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi əbədi İslami dəyərlərə uyğun olaraq birliyə və həmrəyliyə ehtiyacı var”.

İ.ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri