Icma.az
close
up
RU
Dünyanın ən bahalı mənzili satılıb Sahibi bu türk iş adamıdır

Dünyanın ən bahalı mənzili satılıb Sahibi bu türk iş adamıdır

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Tech Bullion"-un məlumatına görə, 2025-ci ilin əvvəlində Dubai Palm Jumeirah adasında yerləşən Como Residences layihəsindəki ultra lüks mənzil 130–136 milyon dollara satıldığı açıqlanmışdı. Alıcının kimliyi aylarla gizli qalsa da, həmin daşınmaz əmlakı ABŞ-də yaşayan türkiyəli iş adamı, "A&S Investment Holding"-in rəhbəri Uğur Akkuşun aldığı iddia edilir.

Nəşrin yazdığına görə, dünyanın ən bahalı mənzili sayılan bu satış, türk bir investor tərəfindən edilən ən böyük beynəlxalq daşınmaz əmlak sövdələşməsi kimi qiymətləndirilir.

Palm Jumeirahın ən yüksək nöqtəsində yerləşən mənzil  360 dərəcə dəniz mənzərəsi, xüsusi teras və göy hovuzu ilə Dubayın ən lüks yaşam yeri hesab olunur. Dəniz qabığı və dalğa formalarından ilhamlanaraq dizayn olunan kompleksin 2027-ci ilin üçüncü rübündə təhvil verilməsi planlaşdırılır.

Dubay mediası sövdələşməni ölkənin lüks mənzil bazarında indiyə qədərki ən yüksək məbləğli satışlardan biri kimi dəyərləndirib.

"Tech Bullion"-un iddiasına görə, əvvəlcə adı gizli saxlanılan Uğur Akkuş bu mənzili ailəsinə hədiyyə olaraq alıb. Satış məlumatı yayılmağa başlayandan sonra Akkuş həm Dubayda, həm də Türkiyədə biznes dairələrinin yenidən diqqət mərkəzinə gəlib.

"Forbes" məlumatlarına əsasən, Uğur Akkuş Türkiyənin ən zəngin iş adamları arasında ilk üçlükdə qərarlaşıb. Onun sərvətinin təxminən 5,5 milyard dollar olduğu bildirilir. Bu sərvət "A&S Investment Holding" vasitəsilə bankçılıq, daşınmaz əmlak, enerji, inşaat, IT, turizm, mədən və pərakəndə sahələrindəki yatırımlardan gəlir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:514
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Noyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri