Icma.az
close
up
RU
Dünyanın ən böyük qızıl yatağı tapıldı 1100 ton, 83 milyard dollar...

Dünyanın ən böyük qızıl yatağı tapıldı 1100 ton, 83 milyard dollar...

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Çin geoloqları nəhəng hesab edilən yeni qızıl yatağı aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" jurnalı məlumat yayıb.

Mütəxəssislərin fikrincə, bu yataq təkcə qızıl deyil, bütün qiymətli metallar arasında indiyə qədər məlum olan ən böyük yataq ola bilər. Onların hesablamalarına görə, Hunan əyalətində yerləşən bu nəhəng yataqda 1100 ton qızıl mövcuddur.

Çin mediasının məlumatına görə, geoloqlar 2000 metr dərinlikdə yerləşən Vanqu qızıl yatağının altında 40-dan çox qızıl damarı aşkarlayıblar, bu damarların ehtiyatı təxminən 330 ton qızıl filizi təşkil edir. Lakin aparılan 3D modelləşdirmə göstərib ki, 2900 metr dərinlikdəki laylarda 1100 tona qədər qızıl ola bilər. Əgər bu göstəricilər dəqiqdirsə, yatağın ümumi dəyəri təxminən 83 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.

Araşdırma nəticəsində məlum olub ki, yeni yataqda hər ton filizdə 138 qram qızıl var — bu, qızıl hasilatında çox nadir rast gəlinən yüksək konsentrasiyadır. Hunan əyalətinin Geologiya İdarəsinin filiz kəşfiyyatı üzrə mütəxəssisi Çen Julin bildirib: "Qazılmış süxur nüvələrinin çoxunda görünən qızıl aşkarlanıb".

Əgər 1100 ton göstəricisi təsdiqlənərsə, bu yataq hazırda 1025 ton ehtiyatı olan Cənubi Afrikanın South Deep yatağını da geridə qoyaraq dünyanın ən böyük qızıl yatağı olacaq. Dünyanın ən iri qızıl mədənləri sırasında İndoneziya, Rusiya, Yeni Qvineya və Çilidəki yataqlar da ilk beşlikdə qərarlaşıb. ABŞ-ın Nevada ştatında yerləşən Carlin Trend və Cortez mədənləri isə müvafiq olaraq altıncı və onuncu yerləri tutur.

Tarixən dünyada ümumilikdə 233 min ton qızıl hasil edilib və bu metalın hamısı bu gün də mövcuddur. Onun 2/3-si 1950-ci ildən sonra çıxarılıb.

Hazırda dünyanın ən böyük qızıl istehsalçısı olan Çin qlobal hasilatın təxminən 10 faizini təmin edir. Ölkə ildə hasil etdiyi miqdardan təxminən üç dəfə çox qızıl istehlak edir və buna görə də bu qiymətli metaldan ən çox idxal edən ölkə hesab olunur. Yeni kəşf dünya qızıl bazarlarında ciddi təlatüm yaradıb və qızılın qiymətinin artmasına səbəb olub.

Çin Geologiya Bürosunun rəis müavini Liu Yunzyunun sözlərinə görə, kəşf edilmiş əsas yatağın ətrafında aparılan qazma işləri zamanı əlavə qızıl filizi layları da müəyyən edilib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri