Dünyanın ən böyük təyyarə mühərriki: 30 min detal, 42 milyon dollar FOTO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
“Boeing”in yeni 777X modeli 2026-cı ildən istismara veriləcək.
Avtosfer.az xəbər verir ki, təyyarə yeni GE9X mühərrikləri ilə təchiz ediləcək. Mühərrikin texniki göstəriciləri heyrət doğurur.
6 il gecikmə istismara buraxılacaq yeni mühərrikin dametri 3,4 metrdir. Başqa sözlə, “Boeing 747”nin füzelyajından daha enlidir. 30 min detaldan ibarət mühərrikin kütləsi 10 tondur və ən böyük aviasiya mühərriki kimi Ginnesin Rekordlar Kitabına düşüb. Bu ölçüdə qurğunun gücü 12 qırıcı təyyarə mühərrikinə bərabərdir.
4200 saat uçuş keçirmiş mühərrikin yanacaq sərfiyyatı əvvəlki mühərriklərdən 10 faiz azdır. Güc qurğusunun qiyməti də ölçüsünə mütənasibdir – 42 milyon dollar. Nəzərə alaq ki, hər təyyarədə bu mühərrikdən 2 ədəd quraşdırılır. Nəzəri olaraq bu mühərriklər yeni təyyarənin birbaşa 13 500 kilometr qət etməsinə imkan verəcək.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















