Icma.az
close
up
RU
Dünyanın ən dəbli məşhurları seçildiFOTOLAR

Dünyanın ən dəbli məşhurları seçildiFOTOLAR

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

- +

“The New York Times” qəzeti “İlin ən dəbli məşhurları” siyahısına istər gündəlik həyatda, istərsə də qırmızı xalçada istərsə də hər mühitdə öz üslubundan istifadə edərək özünü ifadə edə bilən, üslubu ilə diqqət çəkən məşhur adları seçib.

Tribunainfo.az 2024-cü ildə üslubu ilə seçilən həmin məşhurları təqdim edir.

Daniel Kreq

“Ceyms Bond” obrazı ilə yadda qalan britaniyalı aktyor Daniel Kreyq moda dünyasına addım atıb. “Queer” filmi ilə gündəm olan ulduz “Loewe” markası üçün kamera qarşısına keçib.

Aktyor qırmızı xalçada yeni saç düzümü və fərqli üslubu ilə diqqət çəkməyi bacarıb.

Demi Mur

90-cı illərdə iz buraxan “Ghost” filmi ilə şöhrət qazanan Demi Mur sonuncu dəfə “The Substance” filmində çəkilib.

Performansı ilə bəyənilən ulduz üslubu ilə də adından söz etdirib.

Adele

“Easy On Me”, “Hello”, “Someone Like You” və “Rolling in the Deep” hitləri ilə tanınan britaniyalı müğənni Adel Las-Veqasdakı konsertlərindəki çıxışları ilə üslubunu yeni səviyyəyə qaldırıb.

Colman Domingo

Emmi mükafatlı HBO serialı “Euphoria”da rol alan və “Sing Sing” filmi ilə Oskar yarışına qatılacağı gözlənilən aktyor üslubu ilə bəyənilib.

Zendaya

Dune: Desert Planet Part 2 filminin ulduzu Zendaya stilisti Law Roach ilə qırmızı xalçada inanılmaz görünüşlər yaratmağa davam edib.

Chappell Roan

“Uğurlar, bala!” 2024-cü ildə mahnısı ilə iz buraxan Roan özünəməxsus üslubu ilə də bəyənmə qazanıb.

Sandra Hüller

Ötən il “Maraq zonası” və “Payızın anatomiyası” filmləri ilə iz qoyan aktyorun zərif və iddialı üslubu da tam qiymət alıb.

Cynthia Erivo və Ariana Grande

“Wcked” filminin ulduzları personajlarının geyinmə tərzindən ilhamlanaraq qırmızı xalçada dəbli görünüş əldə ediblər.

Film Oz Sehrbazı tərəfindən Qərbin pis ifritəsinə çevrilən yaşıl dərili qadından bəhs edir.

Beyons

“Kovboy Karter” albomu ilə 2024-cü ildə iz buraxan və hər hərəkəti ilə gündəm olmağı bacaran Beyons bu il də siyahıdadır!

Charli XCX

2024-cü ildə “Brat” adlı albomu ilə öz sözünü deyən britaniyalı müğənni təkcə mahnıları ilə deyil, üslubu ilə də çox danışılıb.

Radhika Tacir və Anant Ambani

Asiyanın ən zəngin iş adamı Mukeş Ambaninin kiçik oğlu Anant Ambani və Radhika Tacirin günlərlə davam edən şənliklərdəki üslubu da The New York Times-ın siyahısına düşüb.

Nicola Coughlan

Bridgerton serialının ulduzu hər tədbirdə özünəməxsus üslubu ilə diqqət çəkməyi bacarıb.

Siyahıya Tyla, Phyllis Kao, Flavor Flav, Larry David, LeBron James və Bronny James, Jean Smart, Dylan Bachelet, Apple Martin və Ayo Edebiri kimi adlar da daxil edilib.

Ceyran

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri