Icma.az
close
up
RU
Dünyanın ən dəqiq atom saatı yaradıldı

Dünyanın ən dəqiq atom saatı yaradıldı

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Standartlar və Texnologiyalar üzrə Milli İnstitutunun (NIST) alimləri dünyanın ən dəqiq atom saatını hazırlayıblar. Yeni qurğu alüminium ionu əsasında işləyir və vaxtı 19 onluq dəqiqliklə ölçmək gücünə malikdir.

Sfera.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Physical Review Letters (PRL) jurnalında dərc olunub.

Yeni optik saat iki əsas göstərici üzrə əvvəlkiləri üstələyib:

Dəqiqlik — standart zamana yaxınlıq baxımından əvvəlki modellərdən 41% daha dəqiqdir;

Sabitlik — zamanın ölçülməsindəki dalğalanma isə 2,6 dəfə azalıb.

Bu uğur 20 il davam edən təkmilləşdirmələr — lazerlərdən tutmuş vakuum kamerasına qədər bütün komponentlərin yenidən işlənməsi nəticəsində əldə olunub.

Alüminium – yeni zaman etalonu

Layihənin rəhbərlərindən olan fizik Devid Hium bildirib ki, alüminium ionunun "tik-tik" tezliyi son dərəcə sabitdir və bu, onu hazırda beynəlxalq standart sayılan seziumdan üstün edir:

"Lakin alüminiumla işləmək asan deyil. Onu soyutmaq və lazerlə idarə etmək çətindir. Bu problemi həll etmək üçün alimlər sistemə ikinci ion – maqnezium əlavə ediblər. O, həm soyutma funksiyasını yerinə yetirir, həm də alüminiumun vəziyyətini oxumağa imkan verir. Bu yanaşma "kvant məntiq spektroskopiyası" adlanır".

Aparıcı tədqiqatçı, doktorant Uilla Artur-Dvorşak bu texnologiyanı belə izah edib

“Maqnezium və alüminium birlikdə hərəkət edir. Biz maqnezium vasitəsilə alüminiumun davranışını oxuyuruq”.

Texniki çətinliklər və unikal həllər

Tədqiqat zamanı bir sıra texniki problemlər də üzə çıxıb. Məsələn, ionlar tutucu içərisində mikroskopik elektrik disbalansı səbəbindən azacıq hərəkət edirdi. Bu, saatın dəqiqliyini azaldırdı. Mühəndislər bu problemi elektrodların örtüyünü dəyişərək və qurğunu almaz lövhə ilə sabitləyərək həll ediblər.

Digər bir çətinlik vakuum kamerasının divarlarından çıxan hidrogen qazı olub. Bu qaz ionlarla toqquşaraq onların sabit işləməsinə mane olurdu. Alimlər paslanmayan poladı titanla əvəz ediblər və bu, hidrogen səviyyəsini 150 dəfə azaldıb.

Yeni atom saatı artıq fasiləsiz olaraq bir neçə gün işləyə bilir, halbuki əvvəlki modelləri yarım saatdan bir yenidən işə salmaq lazım gəlirdi.

Layihənin rəhbəri, fizika mütəxəssisi Meyson Marşall deyib:

“Belə saatlar yaratmaq – fundamental fizikanın ön cəbhəsində işləmək deməkdir. Bu, son dərəcə maraqlı və əhəmiyyətli bir prosesdir”.

İnci

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri