Dünyanın ən gözəl hava limanı artıq Sinqapurda deyil: Zirvənin yeni sahibi bəlli oldu
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Uzun illərdir "dünyanın ən yaxşı hava limanı" ünvanını heç kəsə verməyən Sinqapurun məşhur Çangi Hava Limanı bu il taxtını itirib. Aviasiya reytinqləri üzrə ixtisaslaşmış "Skytrax" agentliyinin 2026-cı il üzrə hesabatına əsasən, dünyanın yeni "nömrə bir"i Qətərin paytaxtı Dohada yerləşən Hamad Beynəlxalq Hava Limanı olub.
Milli.Az xəbər verir ki, Doha Hamad Hava Limanı həm müasir arxitekturası, həm də sərnişinlərə təqdim etdiyi yüksək səviyyəli xidmətlərinə görə Sinqapuru geridə qoyaraq siyahıda birinci yerə yüksəlib.
12 dəfə dünyanın ən yaxşısı seçilən Çangi Hava Limanı bu il ikinci pillə ilə kifayətlənməli olub.
Siyahıda üçüncü yeri isə Cənubi Koreyanın İnçxon Beynəlxalq Hava Limanı tutub.
İlk onluğa Avropadan Paris Şarl de Qoll, Münhen və Sürix hava limanları daxil ola bilib.
Sərnişinlər arasında keçirilən sorğularda Dohadakı Hamad Beynəlxalq Hava Limanının xüsusilə alış-veriş imkanları, terminal daxilindəki tropik bağçası (The Orchard), komfortu və transfer rahatlığı yüksək qiymətləndirilib.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 Yanvar 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















