Dünyanın ən məşhur futbolçularından biri klubunu dəyişir 3 variant var
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransalı hücumçu Kərim Benzemanın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Demokrat.az xəbər verir ki, o, yay transfer pəncərəsi başa çatmamış Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə yollarını ayırmağa yaxınlaşıb. Təcrübəli forvardın qarşısında üç əsas seçim var. Bunların başında Səudiyyə Ərəbistanında qalmaq və ya ABŞ liqasına keçmək gəlir.
AS qəzetinin məlumatına görə, Benzema Səudiyyə Ərəbistanında qalma variantını nəzərdən keçirir. Bu halda onun əvvəllər formasını geyindiyi "Əl-İttihad"a qayıtması və ya "Əş-Şabab"a keçməsi gündəmə gələ bilər.
38 yaşlı Benzema ötən qış transfer pəncərəsində "Əl-Hilal"a qoşulmuşdu. Lakin klub rəhbərliyinin transfer pəncərəsi bağlanmazdan əvvəl onunla müqaviləyə xitam verilməsi barədə danışıqlara başlamasından sonra fransalı futbolçunun klubdakı karyerasının sona yaxınlaşdığı görünür.
Gələcəyi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, Benzema hələlik karyerasını başa vurmağa hazır görünmür. AS fransalı hücumçunun futbolu buraxmaq niyyətində olmadığını təsdiqləyib. "Marca" isə karyerasını başa vurmaq variantının tamamilə istisna edilmədiyini yazıb. Beləliklə, bütün ehtimallar açıq qalır.
Transfer eksperti Fabrizio Romanonun sözlərinə görə, Benzema hazırda Avropa futboluna qayıtmağı düşünmür. Bu isə son vaxtlar adı "Lion"la hallanan futbolçunun Fransa klubuna keçidi ehtimalını azaldır.
Bununla yanaşı, Səudiyyə Ərəbistanında qalmağa alternativ olaraq Benzemanın ABŞ liqasına keçməsi variantı da ön plana çıxır.
Digər tərəfdən, bəzi məlumatlarda fransalı hücumçunun Şotlandiya liqasında çıxış edə biləcəyi də bildirilir. Bu variantla bağlı xəbərlər hələ də gündəmdədir.
Beləliklə, Benzemanın qarşıdakı günlərdə karyerasını hansı istiqamətdə davam etdirəcəyi və 38 yaşında yeni macəraya başlayıb-başlamayacağı məlum olacaq.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Kazemiro dünyanın ən çox qazanan futbolçularından biri olacaq
07 Yanvar 2025 11:23
Arda Güler dünyanın ən bahalı futbolçularından biri oldu
07 Yanvar 2026 21:53
Dünyanın ən bahalı futbolçularından ibarət komanda SİYAHI
29 Mart 2025 15:33
Dünyanın ən məşhur pikapları
06 İyun 2025 16:45
Dünyanın ən MƏŞHUR çimərlikləri
17 İyun 2025 16:34
Baxış sayı:180
Bu xəbər 31 Avqust 2026 17:31 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları