Dünyanın ən populyar bloqeri evləndi FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Dünyanın ən məşhur "YouTube" bloqerlərindən biri olan "MrBeast" (əsl adı Cimmi Donaldsondur) sevgilisi Teya Boysen ilə ailə həyatı qurub.
Bizim.Medi xəbər verir ki, bu barədə o, "Instagram" hesabında toy mərasimindən fotolar paylaşaraq məlumat verib.
Fotolarda bəy ağ pencək, qara şalvar və kəpənək qalstukda, gəlin isə klassik gəlinlikdə görüntülənib.
"People" nəşrinin məlumatına görə, toy mərasimi britaniyalı sahibkar Riçard Brensona məxsus şəxsi Neker adasında keçirilib. Təntənəli mərasimə 70-ə yaxın qonaq dəvət olunub.
Teya Boysen Cənubi Afrikadan olan strimer, yazıçı və neyropsixologiya üzrə mütəxəssisdir. O, "Twitch" platformasında "TheaBeasty" ləqəbi ilə canlı yayımlar aparır. "Instagram" hesabını isə 1,3 milyondan çox istifadəçi izləyir.
Cütlük 2022-ci ildə Cənubi Afrikada tanış olub. Onların ilk görüşü ortaq dostlarının təşkil etdiyi şam yeməyi zamanı təsadüfən baş tutub.
"Business Insider"in məlumatına görə, "MrBeast" şəxsi gəlirlərinin böyük hissəsini özünə məxsus "Beast Industries" şirkətinin inkişafına yatırır. Şirkət onun "YouTube" kanallarını, kontent istehsalını və digər layihələrini idarə edir.
Bildirilir ki, təkcə 2024-cü ildə "Beast Industries" videoların hazırlanmasına təxminən 250 milyon dollar xərcləyib. Bununla yanaşı, nəşrin proqnozuna əsasən, şirkətin 2025-ci ildə gəlirlərinin 899 milyon dollara yaxınlaşacağı, ümumi dəyərinin isə 5 milyard dollara çata biləcəyi gözlənilir. (oxu.az)






Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 22 İyul 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















