Icma.az
close
up
RU
Dünyanın ən qəddar həkimi: Ölüm mələyinin amansız təcrübələri

Dünyanın ən qəddar həkimi: Ölüm mələyinin amansız təcrübələri

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Baku TV-də 400 mindən çox yəhudinin cəlladı olan və "Ölüm mələyi" adlandırılan doktor Yozef Mengele haqqında araşdırma materialı yayımlanıb.

Bildirilib ki, Auşvits həbs düşərgəsinin məşhur həkimi Yozef Mengele 1911-ci il martın 16-da Bavariyada anadan olub. Y.Mengele 1938-ci ildə doktorluq dərəcəsi alır. O, 1940-cı ildə həkim kimi İkinci Dünya müharibəsində iştirak edir.

1942-ci ildə isə yaralanır və müharibədə iştirak üçün yararsız olur. Sağaldıqdan sonra o, Auşvits həbs düşərgəsinin qaraçılar olan bölməsinə həkim təyin edilir. Y.Mengele 21 ay ərzində məhbuslara olmazın müsibətlər yaşadaraq "Ölüm mələyi" adını qazanır.

Əsasən əkizlər və fiziki qüsurlu insanlarla maraqlanan həkimin əlindən 900-dən 1 500-ə qədər əkiz uşağın əzab gördüyü təxmin edilir. Əkizlərdən birini normal şəraitdə saxlayan həkim digərini buza qoyur və ya bədəninə elektrik cərəyanı buraxırdı. Bir əkiz öləndə digərini də öldürür, yarır, aralarında olan fərqləri araşdırırdı.

Y.Mengele həmçinin hər hansı fiziki qüsuru olan insanları diqqətlə öyrənir, onların hündürboy və ya liliput olmalarının səbəbini axtarırdı. O, iki uşağı bir-birinə tikərək onlardan siam əkizləri yaratmağa çalışsa da, uşaqlar bir neçə günə iltihabdan ölürdülər. 1944-cü ildə düşərgənin yarısının bağlanması səbəbindən bütün qaraçılar qaz kamerasında məhv edilir və Y.Mengele Birkenauya baş həkim təyin edilir.

1945-ci ilin əvvəlində alman ordusunun məğlub olacağını bilən Y.Mengele tədqiqatlarının sənədlərini götürüb Qross Rozen düşərgəsinə, oradan isə qərb tərəfə qaçır. 1949-cu ildə nasistlərin ölkədən qaçdıqları "siçovul cığırı" adlandırılan yol ilə Y.Mengele Argentinaya qaçır, orada qeyri-qanuni tibbi fəaliyyətlə məşğul olur. Xəstələrindən birinin ölümü nəticəsində həkim təhlükəsizlik orqanları ilə problem yaşayır və Paraqvaya qaçmağa məcbur olur.

70-ci illərin sonunda Volfqanq Gerhard Avstriyaya qayıtdıqdan sonra Y.Mengele onun adından və sənədlərindən istifadə edir. Bu adla o, vəfat etdikdən sonra 1979-cu ildə San-Paulu yaxınlığında dəfn edilir.

Y.Mengelenin qalıqları ekshumasiya edilir və onun şəxsiyyəti 1985-ci ilin iyulunda Braziliya hakimiyyəti tərəfindən təsdiq edilir. Yozef Mengele minlərlə günahsız insanın cəlladı olsa da, təəssüf ki, cəzasını almır. Doğulduğu Günzburgda "Ölüm mələyi"nin törətdiyi cinayətləri əks etdirən, məhv etdiyi, işgəncə verdiyi, gözlərini çıxardığı qurbanlara həsr olunmuş xatirə barelyefi quraşdırılıb.

Ətraflı süjetdə:

Dünyanın ən qəddar həkimi: "Ölüm mələyi"nin amansız təcrübələri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Dekabr 2024 02:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri